Kanada Baş naziri Trampla müzakirə apardı: "Yaxın həftələrdə bu hədəfə doğru çalışağıq"

Kanada Baş naziri Trampla müzakirə apardı: \"Yaxın həftələrdə bu hədəfə doğru çalışağıq\"

DÜNYA

Bugün, 00:03

Avropa İttifaqı ilə strateji münasibətlər quran Kanada Baş naziri Mark Karni ABŞ Prezidenti Donald Trampla telefonda danışıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, iki ölkə lideri uzun müddətdir davam edən ikitərəfli ticarət və digər məsələlərlə bağlı arada yaranan mübahisələrin yoluna necə qoyulması ətrafında fikir mübadiləsi aparıb.

Müzakirə barədə açıqlama verən Kanadanın baş naziri bildirib ki, Trampla müzakirəsi çox əla keçib: "ABŞ-la ticarət əlaqləri bizim vətəndaşlarımız üçün yeni iş yerləri yaradacaq, ailələrin alıcılıq qabiliyyətini artıracaq. Bu, Trampla Kanadanın dillərinə, mədəniyyətinə və suverenliyinə tam hörmət edəcək qarşılıqlı faydalı ticarət müqaviləsini müəyyən edən son konstruktiv müzakirələrimizin davamıdır. Yaxın həftələrdə bu hədəfə doğru çalışağıq".

Kanada Baş naziri bildirib ki, ABŞ onun "qırmızı xətləri"ni qəbul edərsə, ABŞ-la ticarət razılaşması əldə olunacaq.

Xatırladaq ki, Tramp Miçiqanda keçirilən seçki mitinqində  Kanada ilə ticarət məsələsinin tezliklə həll olunacağı bəyan edib.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR