Ərdoğan Cənubi Koreyaya gedib - 3 günlük

Ərdoğan Cənubi Koreyaya gedib - 3 günlük

GÜNDƏM

Bugün, 00:12

Bu gün Türkyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreyaya yola düşüb.

Mia.az xarici mətbuata görə, səfər Prezident Li Ce Myunun dəvəti ilə baş tutub.

Məlumata əsasən, Prezident Ərdoğanı Atatürk Hava Limanından vitse-prezident Cevdet Yılmaz, İstanbul valisi Davut Gül və AK Partiyanın İstanbul Vilayət sədri Abdullah Özdemir yola salıblar.

Səfərdə Ərdoğanı həyat yoldaşı Əminə Ərdoğan, Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar, Milli Müdafiə naziri Yaşar Güler və Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır müşayiət edirlər.

Məlumatda deyilir ki, 1-4 noyabr tarixlərində davam edəcək səfəri çərçivəsində noyabrın 3-də iki ölkə liderləri bir araya gələcək: "Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq  müzakirə olunacaq, yeni sənədlər imzalanacaq".

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR