Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır

Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır

YAZARLAR

Bugün, 19:01

Samir Feyruzov

***

Bizim cəmiyyətdə savadlılıq heç vaxt yüksək səviyyədə olmayıb, kütləvi savadsızlıq həmişə öndə dayanıb. Məhz buna görə də azacıq bicliyi olan, amma heç bir intellekti, savadı və əxlaqı olmayan şəxslər, xüsusilə də yazıçılar bu savadsız cəmiyyəti təəccübləndirə biliblər. Onlara ziyalı deyib efirlərə dırmaşdırırlar.

Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma özünü kitab əhli, Kafkadan bir iki əsər oxuyub dərin mütaliəçi kimi göstərən, hökumətdən yararlanmaq üçün hər cür məxfi alçaqlığa imza atan yazıçıların gəlişi gözəl və dərin tülkülüyə əsaslanan fikirləri çoxlarını təəccübləndirir.

Bu adamların özlərini qabaqcıl fikir adamı və ziyalı kimi göstərmək üçün Mirzə Cəlilə istinad etmələri də təsadüfi deyil. Çünki Mirzə Cəlillə eyni yolun yolçularıdırlar, eyni xislətli adamlardırlar. Mirzə Cəlilin əsərləri orta məktəbdə oxuyanda məni sevindirə bilərdi, çünki o, ən cındır adamları əsərlərinə qəhrəman edərək xalqın zövqünü oxşayır və özünü ziyalı mərtəbəsinə qaldırırdı. Mirzə Cəlilin bicliyini orta məktəb şagirdi anlaya bilməzdi. Cəsarəti, savadı, mənliyi çatıb xalqın başına gətirilən bəlalardan yaza bilmirdi. Bəli, “Molla Nəsrəddin” jurnalında karikaturalar, felyetonlar vasitəsilə və ayrı-ayrı hekayələrində sətiraltı atmacalar atıb, amma heç zaman sovet hökumətini fundamental şəkildə ifşa edən sistemli, çılpaq bir əsər yarada bilməyib.

M.Cəlil Allahsız olub? Xeyr! O, dini mövhumatı hədəfə alırdı, özü də məişət üslubunda! Və nəhayət M.Cəlilin naşı, səriştəsiz üslubu üzərində sovet siyasi texnoloqları kiçik korrektələr edərək onu azərbaycanlılara Allahsız bir yazıçı kimi tanıtdırdı. Heç vaxt məişət probemlərini də qlobal müstəvidə qələmə ala bilmədi. Əxlaqı, savadı, cəsarəti, istedadı çatmırdı. O, heç vaxt Q.Q.Markes, M.Bulqakov, L.Tolstoy, B.Şou ola bilmədi, bilməzdi də. Çünki bu adamlar ən xırda məişət məsələlərini belə qlobal fikir müstəvisində müzakirəyə çıxara bildilər. Sənin poçta məktub ata bilməyən, say bilmədiyinə görə yumurtanı divarlara çəkən obrazların primitiv tənqiddən başqa bir şey deyildi.

Bu həqiqətlər niyə xalqa deyilmir? Dəqiqəbaşı Mirzə Cəlilin adını önə çəkib özünü ona bənzədənlərin niyyətləri niyə ifşa olunmur?

Mirzə Cəlilin öz əsərlərində xalqa namus dərsi keçir, amma özü azyaşlı uşaqlara qarşı əxlaqsızlıqla məşğul olurdu. Həyat yoldaşı Həmidə xanımın xatirələri daha dəhşətlidir. M.Cəlilin küçədə söz atmadığı, sataşmadığı qadın qalmamışdı, bütün əxlaqsız qadınlar onu özünə həmdəm sayırdılar. Səbəbini açıqlamaq istəmirəm. Araşdırın, Həmidə xanım bu adamın ayağına niyə güllə atmışdı? Hamamda qəbz yaza-yaza ölən Mirzə Cəlil hansı adla məşhur idi? Onu küçələrdən yığışdırıb adam halına gətirən qadını el-aləm içində rüsvay edən adama istinad edənlər də onun mənəvi davamçılarıdır. Özlərini ziyalı kimi göstərməklə deyil ki... Görün nə yazılar: “Heyf səndən Mirzə Cəlil”, “Mirzə Cəlil, bu xalq hələ də düzəlməyib, necə qoymusan, elə dəqalıb", “Allah Mircə Cəlilə rəhmət eləsin, biz hələ də dinə inanırıq” və s. Anlamıram, ədəbiyyatımızın Con Sinsi - Mirzə Cəlil bizdən nə umurdu ki, nə də olmuşuq?!

Mən qəti şəkildə əminəm, Azərbaycanın heç vaxt elə bir yazıçısı olmayacaq ki, onu bütün xalqlar sevə bilsin. Bu, mümkün deyil. Hansısa yazıçının əsəslərinin bir neçə dildə, milyon tirajlarla nəşr olunması, yayılması da o demək olmayacaq.

Heç düşündünüzmü ki, niyə Azərbaycanda şairlik yazıçılıqdan daha çox inkişaf edib? Nə üçün bizim şairlərin dünyada tayı-bərabəri yoxdur? Niyə bizim şairlər qədər heç bir xalqın şairi duyğuların dibinə enə bilmir? Amma yazıçılarımız barədə bunu demək mümkün deyil.

Ona görə ki, şairlik istedadla bərabər həm də emosiya və hisslərlə bağlı məsələdir, yazıçılıq isə istedadla yanaşı birbaşa intellektə bağlıdır.

Hətta zibil qutusuna atılmağa layiq olmayan əsərlərin müəllifləri ədəbiyyatımıza salınıb. Tarixən belə olub. Bundan sonra da belə olacaq. İndidən təxmin edə bilərsiniz, görün nəvələriniz bu gün sağ olan hansı əxlaqsızları oxuyub, kimlərə dahi deyəcəklər...

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR