Təəssüf etməli, yoxsa sevinməli? - VAHİD TAĞIYEV YAZIR
YAZARLAR
18.09.2026, 09:59
Vahid TAĞIYEV,
Təcrübəli təhsil işçisi
***
İlk növbədə yeni dərs ilinin başlanması ilə əlaqədar təhsil prosesinin bütün iştirakçılarını, təhsilimizin təəssübünü çəkən hər bir insanı təbrik edir, uğurlar arzulayıram!
Yeni dərs ilinin başlanması ilə əlaqədar bu sahədə qarşıda duran vəzifələr və bir çox məsələlər barədə son günlər ictimaiyyətə açıqlamalar verilir. Bir reallıq ortadadır ki, prinsip etibarilə Elm və Təhsil Nazirliyinin aradan qaldırmaq barədə indi düşündüyü problemlər illərlə davam edib.
Səsləndirilən fikirləri dinlədikcə düşünürsən: qeyd olunan problemlərin dərinləşib sistemə bu qədər ağır zərbə vurmasından əvvəl, onları qabaqlayıcı tədbirlərlə vaxtında aradan qaldırmaq olmazdımı?
Axı, insafən, prosesi görən, onun içərisində olanlar həmişə, müxtəlif səviyyələrdə bu məsələləri aidiyyəti üzrə qaldırır, deyir, yazırdılar...
Problemləri hər kəs durduğu yerdən, öz səviyyəsindən və malik olduğu məlumatlardan çıxış edərək görür. Həmişə fikirləşirəm, bəlkə bilmədiyimiz məqamlar çoxdur. Amma bütün hallarda bu gün peşəkar yanaşma kimi görünən bir çox məsələnin niyə bu qədər gecikdiyini fikirləşməli olursan...
Əlbəttə, təhsil sistemində illərlə yığılıb qalan problemlərin olduğunu, çətinliklərin mövcudluğunu bilirik. Ancaq söhbət bəzi məsələlərə vaxtında və haradan başlamağın daha düzgün seçim olmasından gedir. Ədalət naminə, illərlə yığılıb qalmış bir çox vacib, əhəmiyyətli məsələlərin həlli istiqamətində çox işlər görülmüşdür və bunlar dəyərləndirilməlidir.
İndi istər nazirlikdə, istərsə də regionlarda çox bacarıqlı kadrlar yetişib. Ancaq ilkin müşahidə olunan odur ki, onlar çox vaxt təşəbbüslə çıxış edə, məsuliyyəti öz üzərinə götürə, aparıcı liderə çevrilə bilmirlər. Görünür, bunun üçün lazımi şərait yaradılmır, yaxud lazımınca səlahiyyət verilmir...
Son illərin ən böyük uğurlarından biri yüksək səviyyədə akademik biliyə malik müəllimlərin formalaşmasıdır. Uzun illər müəllimlərlə işləyən şəxs və bir neçə il respublika üzrə müəllimlərin işə qəbulu üzrə müsahibə komissiyasının sədri olaraq əminliklə deyə bilərəm ki, müəllimlərimizin böyük əksəriyyətinin hazırkı bilik səviyyəsi təhsil tariximizin ən yaxşı nəticələrindən biridir. İndi əsas məsələ onların biliklərini tətbiq etmə bacarığı və peşəkarlıqlarının daim artırılmasıdır.
Hazırda daha çox müzakirə olunan məsələlərdən biri repetitorluqdur. Məsələ bu qədər dərinləşdikdən sonra ona münasibətdə hazırda müzakirə olunan tədbirlər, həlli istiqamətində atılan addımlar ortadadır...
Halbuki, bir vaxtlar rəhbər səviyyəsində repetitorluğun adi hal, dünyada gedən qaçılmaz proses kimi qiymətləndirildiyini unutmamışıq. Və beləliklə, bir vaxtlar seyrçi mövqe ortaya qoyulmuş sayılırdı. Nəticədə bu sahədə müxtəlif kommersiya maraqları üçün də yol genişlənib: hazırlıqla bağlı kitab nəşrləri, əlavə vəsaitlər, güclü müəllimlərin məktəbə marağının azalması və s.
Axı, belə yanaşma əvəzinə, ən azı 7- 8 il əvvəldən müəyyən tədbirlər görülsəydi, problem daha asan həll olunar, bu qədər əlavə fəsadlar da yaranmazdı.
Təhsil işçisi olmaqdan əlavə, bir valideyn kimi də bu problemlərin şahidi, iştirakçısı olaraq yaşamışam. Son beş ildə dörd nəvəm istəklərinə uyğun olan ali məktəblərə yüksək balla qəbul olublar, ardı davam edir. Nə qədər əziyyətlər çəkiblər, yuxusuz gecələr, vaxt problemi... Səhər məktəb, günortadan sonra hazırlıqlar... Bəzən hansısa fənnin hazırlığının başa çatdığı dəqiqə o biri fənnin hazırlığı başlayır. Sözün həqiqi mənasında baş qaşımağa vaxtları olmur. Adamın ürəyi ağrıyır... Bunlar musiqi, kino, bədii ədəbiyyat və s. ilə nə vaxt məşğul olmalıdırlar?..
Məktəblilər kəskin stress yaşayır, ali məktəbə qəbul səviyyəsində test suallarına cavab vermək üçün 2-3 il ərzində sözlə ifadəsi asan olmayan bir gərginlik keçirir, bu da onların həyatında zərərli, dərin izlər buraxır. Valideynlər də onlarla bərabər həm maddi, həm də mənəvi sıxıntılar yaşamalı olurlar. Bir ailədən 2 nəfər yuxarı sinifdə məktəbə, həm də hazırlığa gedirsə orada xüsusi bir rejim hökm sürür... Hazırda çıxış yollarından biri təmayül tədris modelinin gücləndirilməsi, dəstəklənməsidir. Özünü doğrultsa inam da yaranacaq, ora axın da olacaq.
Digər bir məsələ isə nazir səviyyəsində məktəblərdə dərslərin dinlənilib müzakirə edilməsi, menecer fəaliyyətinə üstünlük verilməsi və məktəb rəhbərlərinin də bu imkan və bacarığa malik şəxslər arasından təyin edilməsi ilə bağlı səsləndirilən fikirlərdir. Bunlar gecikmiş olsa da, dəyərlidir.
Nəzərə alınmalıdır ki, son illərdə ciddi problemlərdən biri hər rayonda 15–20 məktəb direktoru vəzifəsinin illərlə vakant olmasıdır. Əsasən direktor vəzifəsi müavinə həvalə edilir, o da çatdıra bilmir. Beləliklə, məktəbdə nəinki direktor, müavin vəzifəsi də normal icra edilmir.
Təlim-tərbiyə prosesinin keyfiyyətli nəticələrinin birbaşa müəllimdən, onun bilik və peşəkarlıq səviyyəsindən asılı olduğunu hamı bilir. Müəllimlərə isə məsafəcə ən yaxın, onların gündəlik fəaliyyətini izləmək və istiqamət vermək baxımından daha çox imkanı olan məktəb direktorlarını heç kim əvəz edə bilməz. Bu, təzə bir yenilik kimi təqdim edilir və bundan sonra nəzərə alınacağı mühüm məsələlərdən biri olaraq göstərilir.
Yəqin ki, indi bu barədə illər öncə əsaslandırılmış yazılarımızı xatırlatsaq, qeyri-təvazökarlıq kimi qəbul ediləcək. Halbuki, neçə il əvvəldən bu məsələlər çox geniş şəkildə qaldırılırdı. Bu mövzularda şəxsən nazirliyə bir neçə dəfə rəsmi məktubla təkliflər göndərmişəm. İmkan olanda rəsmi şəxslərə konfrans və yığıncaqlarda müraciət etmişəm. Həm də müraciətlərin çoxu bu sahədə rəhbər vəzifədə işlədiyim zamanlarda olub.
Regional təhsil idarələri yarananda bu istiqamətdə irəli sürdüyüm layihəni bəyənmişdilər. İcrasının bir neçə rayonda həyata keçirilməsinə istiqamət vermək mənə həvalə olundu, böyük bir həvəslə işə başladıq. Sonra məsələnin genişlənməsinə imkan verilmədi.
Hətta zona konfransında görülmüş işlər və gələcəkdə bunun davam etdirilməsi barədə ictimaiyyətə açıqlama verməyim nəzərdə tutulmuşdu. Sonda o da olmadı, həmişəki kimi ümumi, şablon yığıncaq keçirildi. Yenə köhnə qayda ilə buraxılış imtahanının nəticələri niyə belədir, texniki işçilər vaxtında işdə olurlarmı və s. - gündəlik nəticələrə ciddi təsiri olmayan müxtəlif kargüzarlıq məsələləri müzakirə edildi.
Ancaq həmin dövrdə qaldırılmış məsələlər, təkliflər, yaxud bəzi görülmüş işlər sosial şəbəkələrdə, müxtəlif saytlarda işıqlandırılırdı. Linklərə indi və hər zaman baxmaq olar.
Olsun, indi əsas hədəflər istiqamətində işlərə başlanması çox yaxşıdır. Bunları görmək xoşdur. Bu məsələlər respublikanın qabaqcıl mütəxəssisləri tərəfindən həmişə qaldırılıb...
Sonda yenə şükür etməliyik ki, təhsilimizin, şagirdlərin bilik və bacarıq nəticələrini yüksəltmək üçün haradan başlamaq düşünülür və dəqiqləşdirilir...
Təhsil həmişə inkişaf və dəyişiklik içərisindədir. Bu prosesdə həllini gözləyən yeni problemlərin yaranması da gözlənilən, təbiidir. Əsas məsələ müvafiq tədbirlərin vaxtında görülməsidir ki, inkişaf ləngiməsin, yeni və əlavə çətinliklər yaranmasın.
Bütün fikir və düşüncələrim müxtəlif bölgələrdə mənə yaxın yaşda olan, həyatını təhsilə həsr etmiş xeyli sayda təcrübəli təhsil işçiləri, eləcə də gənclərlə illərlə davam edən fikir mübadiləsinə, praktik təcrübəyə əsaslanır.
Tam əminliklə qeyd edirəm ki, insanların çoxunun narahatlığı şəxslərə qarşı deyil, təhsilimizin təəssübkeşliyindən yaranır.
Təhsilimizin inkişafı naminə bu şərəfli və məsuliyyətli sahədə çalışanlara uğurlar arzulayıram!
Qeyd: Əlavə edilən fotoda 2022-ci ildə regional konfransda yazıda qeyd edilən məsələlərlə bağlı təkliflərimi nazirliyin şöbə müdirinə çatdırdığım an əks olunub.
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq?
Bugün, 15:24 CƏMİYYƏT
-
Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək - Xəbərdarlıq
Bugün, 15:14 GÜNDƏM
-
Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə müzakirə aparıb
Bugün, 15:01 SİYASƏT
-
Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu
Bugün, 14:21 GÜNDƏM
-
Prezident İlham Əliyev və birinci xanım Qarabağda - YENİLƏNİR
Bugün, 14:10 GÜNDƏM
-
Nihat Kahveci canlı yayımda əsəbləşdi: "Boğaram səni..."
Bugün, 14:03 İDMAN
-
Nazir müavnindən dərmanlarla bağlı açıqlama: "Nazirliyi qərarı ilə qeydiyyatdan keçmədən..."
Bugün, 13:45 CƏMİYYƏT
-
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı -Baş Prokurorluq və DİN açıqlama yaydı
Bugün, 13:29 KRİMİNAL
-
DRONLARIN QƏNİMİNƏ ÇEVRİLƏN TÜRKİYƏNİN YENİ SİLAHI: onun hansı imkanları var? - VİDEO
Bugün, 13:09 GÜNDƏM
-
"Netflix"in 10 illik yubileyi: türk aktrisa işəri buraxılmadı - FOTO
Bugün, 13:01 MƏDƏNİYYƏT
-
Gürcüstandaə iki azərbaycanlı qardaş öldürülüb
Bugün, 12:53 KRİMİNAL
-
Sabah yağış yağacaq
Bugün, 12:29 CƏMİYYƏT
-
22 % vergi, oyunçuların isə... - Lotereya və mərc operatorları ilə bağlı dəyşiklik (YENİLƏNİB)
Bugün, 12:17 İQTİSADİYYAT
-
TAKSİ SÜRÜCÜLƏRİ VERGİYƏ NECƏ CƏLB OLUNACAQ? - İZAHAT (YENİLƏNİB)
Bugün, 12:14 İQTİSADİYYAT
-
Emin Mahmudov millidəki karyerasını "nöqtələyir"
Bugün, 12:05 İDMAN
-
İstanbulda kirayə dələduzluğu: bu dəfə İkardiyə 8 milyon "yükləmək" istədilər, lakin... - FOTOLAR
Bugün, 11:47 İDMAN
-
Bakıda Zəfər günü hərbçilərin yürüşü keçiriləcək - MN açıqlama yaydı
Bugün, 11:40 CƏMİYYƏT
-
Gürcüstandakı soydaşlarımızın diqqətinə: 90 günlük müvəqqəti qeydiyyat qaydası dəyişir, rüsum planı var
Bugün, 11:32 GÜNDƏM
-
"Həkim təyinatı olmadan uşaqlara dərman vasitələri verməyin"
Bugün, 11:18 CƏMİYYƏT
-
Seçkini uduzan və ABŞ-a qaçan müxalifət lideri: "Bu sirri məzarıma aparacağam"
Bugün, 11:18 DÜNYA
-
Vincenzo Italiano: "3 xalı zibilliyə atdıq, çox əsəbiyəm"
Bugün, 11:06 İDMAN
-
Milli Məclisə nə qədər pul ayrılır? - DAHA 40 FAİZ ARTIRLIR
Bugün, 10:56 SİYASƏT
-
NAZİRLƏR KABİNETİNİN SƏRƏNCAMINDA NƏ QƏDƏR PUL OLACAQ? - Məbləğlər
Bugün, 10:42 İQTİSADİYYAT
-
TÜRKİYƏ ƏHALİSİNİN ÇOXU NƏ İQTİDARA, NƏ MÜXALİFƏTƏ GÜVƏNİR - Daha bir seçki qorğusu təhlükəli vəziyyəti üzə çıxardı
Bugün, 10:39 SİYASƏT
-
Publik hüquqi şəxslərin rəhbəri və müavininin vəzifə maaşı müəyyənləşdi - Ayda 3600 və...
Bugün, 10:24 GÜNDƏM
-
MƏŞHUR OMİD MAĞAZALAR ŞƏBƏKƏSİNİN RƏHBƏRİ VƏ SATIŞ MÜDİRİ TUTULDU - Səbəb + VİDEO
Bugün, 10:24 KRİMİNAL
-
Tanınmış xanəndənın həyat yoldaşı həbs olundu - Narkotiklə...
Bugün, 10:12 MƏDƏNİYYƏT
-
Rəis parkinqdə 71 yaşlı qadını maşınla vurub
Bugün, 10:06 KRİMİNAL
-
ABŞ-dakı seçki ilə bağlı son məlumat: Demokratlar Nümayəndələr Palatasında 253, Respublikaçılar isə 157 yer əldə edib
Bugün, 09:57 GÜNDƏM
-
Gədəbəy, Kəlbəcər, Daşkəsən, Xızı, Şahdağ, Xınalıq, Qrız, Xaltan, Qusar, Şahbuza qar yağdı
Bugün, 09:50 CƏMİYYƏT
-
Azərbaycan nefti cüzi bahalaşdı
Bugün, 09:49 İQTİSADİYYAT
-
Abşeronda evdə partlayış: iki nəfər xəsarət alıb
Bugün, 09:26 CƏMİYYƏT
-
Zidandan Türkiyə ilə oyuna sürpriz hazırlıq... - Hansı futbolçular heyətə çağırıldı?
Bugün, 09:08 İDMAN
-
Alaattin Çakıcı MHP-nin qərargahında - Dövlət Baxçalı ilə görüş oldu + FOTO
Bugün, 09:00 SİYASƏT