Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama: nələr üzə çıxdı? - Nöqsanlarla bağlı 4 quruma məlumat göndərildi
CƏMİYYƏT
Bugün, 16:46
Hesablama Palatası Elm və Təhsil Nazirliyinin tabeliyindəki Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) 2023-2025-ci illər üzrə fəaliyyətinin təşkilinin səmərəliliyinin və fəaliyyətin icrasının nəticəliliyinin qiymətləndirilməsi məqsədilə səmərəlilik (performans) auditi formasında kənar dövlət maliyyə nəzarəti tədbiri həyata keçirib.
Mia.az xəbər verir ki, bu barədə Palata məlumat yayıb.
Bildirilib ki, Agentliyin fəaliyyəti dövründə atılan addımlar ali təhsildə keyfiyyətin təminatının gücləndirilməsinə, bununla da məzunların respublikada və xarici ölkələrdə məşğulluğuna müsbət təsir göstərməkdədir:
"Xarici kvalifikasiyaların tanınması istiqamətində bir sıra fəaliyyətlər nəticəsində saxta diplomlar müəyyənləşdirilib.
Kvalifikasiyaların tanınması üzrə məhkəmə qərarlarının böyük əksəriyyətinin TKTA-nın mövqeyini dəstəkləməsi qəbul edilən qərarların ümumilikdə hüquqi əsaslı olduğunu qeyd etmək imkanı verib. Qabaqcıl təcrübədə təhsildə keyfiyyətin təminatı qurumunun müstəqilliyi ilə yanaşı onun maliyyələşmə mənbəələrinin əsas komponentlərindən birinin məhz dövlət büdcəsi vəsaiti olması qəbul edilir və respublikamızda bu prinsip tətbiq edilməkdədir.
Audit əsas nəticələri aşağıdakılar olub:
TKTA-nın fəaliyyətində idarəetmə, hüquqi tənzimləmə, maliyyə idarəetməsi, keyfiyyət təminatı və institusional inkişaf istiqamətləri üzrə bir sıra sistem xarakterli problemlər olub, müəyyən edilmiş nöqsanlar qurumun fəaliyyətinin effektivliyinə, maliyyə dayanıqlılığına mənfi təsir göstərməklə keyfiyyət təminatı mexanizmlərinin etibarlılığının gücləndirilməsi addımlarının genişlənməsinə mane olub.
TKTA-nın Nazirliyin tabeliyində fəaliyyət göstərməsi və Akkreditasiya Şurasına icra orqanının rəhbərinin sədrlik etməsi akkreditasiya prosesində maraqların toqquşması riskləri yaradıb, müstəqillik üzrə yerli və beynəlxalq standartlarla uyğunsuzluq TKTA-nın beynəlxalq akkreditasiya imkanlarını məhdudlaşdırıb, strateji planlaşdırma, fəaliyyət hədəflərinin müəyyən edilməsi və hesabatlılıq mexanizmlərində çatışmazlıqlar olub.
Akkreditasiya sahəsində normativ baza, akkreditasiya meyarları bütün təhsil pillələrini əhatə etməmiş, akkreditasiya qrafikləri icra edilməyib, elektron sistemlər yaradılmayıb, sənədləşdirmə və ekspert fəaliyyətində çatışmazlıqlar olub, bəzi təhsil müəssisələri akkreditasiyasız fəaliyyət göstərib.
Kvalifikasiyaların tanınması istiqamətində qanunvericiliyin imkan verdiyi alternativ mexanizmlərin tam tətbiq olunmaması, normativ aktların təkmilləşdirilməsinə ehtiyac müraciətlərə baxılma müddətlərinin uzanması ilə nəticələnib, bəzi qiymətləndirmə meyarlarının təkmilləşdirilməməsi xarici kvalifikasiyaların tanınması ilə bağlı fəaliyyətin gücləndirilməsinə zərurət olduğunu göstərib.
Müvafiq audit tapıntıları QFİTT (qeyri-formal və informal təhsilin tanınması) fəaliyyətinin təşkilati modeli, ekspert potensialının idarə olunması, dövlət təhsil standartlarının müasirləşdirilməsi, analitik fəaliyyətlərin nəticəyönümlülüyü və metodiki təminatın gücləndirilməsi istiqamətlərində də təkmilləşdirmələrə ehtiyac olduğunu deməyə əsas vermişdir.
Dövlət vəsaitləri bir sıra hallarda təyinatına uyğun istifadə edilməyib, dövlət satınalmaları demək olar ki, yalnız bir mənbədən satınalma metodu tətbiq edilməklə müsabiqəli mühitin formalaşdırılması təmin olunmayıb, satınalma müqavilələrində nəzarətin təmin edilməməsi ödənilmiş vəsait və əldə olunmuş nəticə arasında uyğunsuzluqlara yol açıb, uçot-hesabat işlərində nöqsanlar müəyyən edilib. Funksional fəaliyyətdən gəlirlər xərcləri, xüsusilə əməkhaqqı xərclərini qarşılaya bilməyib, proqram akkreditasiyası, xarici kvalifikasiyaların tanınması və digər xidmətlər üzrə mövcud gəlir potensialından tam istifadə edilməyib.
Ümumilikdə, auditin nəticələri TKTA-nın fəaliyyətinin səmərəliliyi və nəticəliliyinin təmin edilməsi üçün idarəetmə modelinin, hüquqi bazanın, maliyyə idarəetməsinin, akkreditasiya və kvalifikasiyaların tanınması mexanizmlərinin beynəlxalq standartlara uyğunlaşdırılması, şəffaflığın, səmərəliliyin və institusional müstəqilliyin gücləndirilməsi istiqamətində kompleks islahatlar həyata keçirilməsinin zəruriliyini göstərmişdir.
Auditin nəticələri barədə qəbul edilmiş Kollegiya Qərarında aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədi ilə Auditor hesabatı Elm və Təhsil Nazirliyi və TKTA-ya göndərilib, vəsaitlərin idarə olunması ilə bağlı müəyyən edilmiş nöqsanlar barədə Maliyyə Nazirliyinə, həmçinin ekvivalenti olmayan tibb ixtisasları üzrə xaricdə təhsil almış tələbələrin diplomlarının tanınması ilə bağlı müəyyən edilmiş hallar barədə Səhiyyə Nazirliyinə məlumat göndərilməsi qərara alınıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Türkiyənin 47 illik nəhəng şirkəti müflis olub - 4000-dən çox tərəfdaşı var!
Bugün, 18:07 İQTİSADİYYAT
-
Milli Məclisin növbəti iclasında hansı qanunlara dəyişiklik olunacaq? - SİYAHI
Bugün, 18:00 GÜNDƏM
-
Müğənni Murat Boz Hadisənin bu şəkillə yada saldı - FOTO
Bugün, 17:59 ŞOU-BİZNES
-
"Fənərbaxça"nın ingilis müdafiəçisi derbiyə belə hazırlaşır - FOTO
Bugün, 17:48 İDMAN
-
“Baku Steel Company”də struktur dəyişiklikləri və yeni təyinatlar aparılıb
Bugün, 17:35 İQTİSADİYYAT
-
Rayonlarda yağıntılı hava iki gün davam edəcək - Xəbərdarlıq
Bugün, 17:30 GÜNDƏM
-
13 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxamadı ki?
Bugün, 17:13 CƏMİYYƏT
-
Mərkəzi Bankda yeni təyinat olub
Bugün, 17:08 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama: nələr üzə çıxdı? - Nöqsanlarla bağlı 4 quruma məlumat göndərildi
Bugün, 16:46 CƏMİYYƏT
-
Arif Mərdanov kollektivə belə təqdim edildi - FOTO
Bugün, 16:17 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Fərman imzalayıb
Bugün, 16:05 GÜNDƏM
-
Əli Kərimlinin işi məhkəməyə göndərildi
Bugün, 15:56 SİYASƏT
-
Bakı, Gəncə və Sumqayıtda əməliyyat: 82 kiloqram narkotik vasitə və...
Bugün, 15:51 KRİMİNAL
-
Arsen Venger Bakıda - FOTO
Bugün, 14:05 İDMAN
-
Milli Məclisin növbəti iclasının vaxtı bəlli oldu
Bugün, 13:48 GÜNDƏM
-
Azərbaycan və Hindistan XİN başçısı bir arada: "Son illər bir sıra məsələlərdə fikir müxtəlifliyi olub, amma..." - Yeni əməkdaşlıq mesajları verildi (Yenilənib)
Bugün, 13:42 SİYASƏT
-
"Aqrar sahə haqqında" qanun layihəsi qəbul olunub
Bugün, 13:35 İQTİSADİYYAT
-
PUTİNDƏN MÜSAHİBƏ: "Bu, bir növ siyasi şizofreniyadır, ümid edirəm ki..." - "Rusiyanı döyüş meydanında məğlub etmək mümkün deyil"
Bugün, 13:08 SİYASƏT
-
Azərbaycanda terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir
Bugün, 13:02 SİYASƏT
-
Magistratura və doktoranturanı bitirərən hərbçilər... - Yeni qanun
Bugün, 12:51 GÜNDƏM
-
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
Bugün, 12:48 İQTİSADİYYAT
-
"Trabzonspor"un qapıçısı qəzaya düşüb
Bugün, 12:47 İDMAN
-
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib - FOTOLAR
Bugün, 12:41 GÜNDƏM
-
Bələdiyyə sədri 30 məclis üzvüylə birgə istefa verdi
Bugün, 12:41 DÜNYA
-
Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanılıb və...
Bugün, 12:26 GÜNDƏM
-
PREZİDENT FƏRHAD XƏİLOVU "İSTİQLAL"LA TƏLTİF ETDİ - Sərəncam
Bugün, 12:24 GÜNDƏM
-
Sabah yağış yağacaq
Bugün, 12:18 CƏMİYYƏT
-
Kılıçdaroğlu ilə Özgür Özəl arasında yeni dava: "5 milyonu geri gətir, yoxsa..."
Bugün, 12:15 SİYASƏT
-
Türkiyədə mədəndə partlayış: 2 ölü, 5 yaralı var
Bugün, 12:03 DÜNYA
-
Xocavənd və Ağdərəyə növbəti köç olub
Bugün, 12:01 GÜNDƏM
-
Prezidentin köməkçisi yeni icra başçısını kollektivə təqdim etdi - FOTOLAR
Bugün, 11:52 SİYASƏT
-
Türkiyədə fond qalmaqalı - Həbs olunan iş adamı Britaniyaya nə qədər pul "qaçırıb?"
Bugün, 11:47 İQTİSADİYYAT
-
Azərbaycan neftinin qiyməti qalxdı
Bugün, 11:25 İQTİSADİYYAT