Əniştə Əkrəm Əylislini niyə öpmüş və ya AYB-nin üz qarasının taleyi

Əniştə Əkrəm Əylislini niyə öpmüş və ya AYB-nin üz qarasının taleyi

YAZARLAR

Bugün, 13:20

Kəbutər Hakverdi,

Xüsusi olaraq Mia.az üçün

***

Əvvəlki yazını buradan oxuya bilərsiniz:

***

II yazı 

***

Əkrəm Əylislinin “Adamlar və ağaçlar” əsərinin beynəlxalq mükafata təqdim olunması ilə bağlı gecikmiş I yazımda “Bayram deyil, seyran deyil əniştə Əkrəm Əylislini niyə opsün?” sualının cavabını qismən verdiyimi təxmin edirəm: Erməni lobisinin Əkrəm Əylisli projesi fiyaskoya uğradışından çarxı geri sarıb bütün prosesi sıfırdan başlamaq cəhdi.

Əvvəla “Daş yuxular”la bağlı yazıya ona görə gecikmiş dediyimi izah edim: Məsələ belədir ki, AYB-nin XI Qurultayına Orxan Pamukun Fəxri qonaq kimi dəvət olunmasına o zaman kimsə (içi mən qarışıq. “Yeni Azərbaycan” kimi möhtəşəm bir qəzetdə çalışırdım, media ilə əlaqələrim mükəmməlin üstündə idi və sairə və ilaxır) nə rəsmi nə də qeyri rəsmi etiraz etmədi. Və başda sədr olmaqla Orxan Pamukun AYB-nin qurultayına Fəxri qonaq kimi dəvət olunması Əkrəm Əylislinin “Daş yuxular”ından daha təhlükəli və yanlış siyasi bir akt idi. Zaman da bunu isbat etdi və bu siyasi korluq illər sonra, həm də ölkəmizin beynaəlxalq müstəvidə uğurlar əldə etməyə başladığı ən həll edici anda AYB-nin mənəvi övladı “Daş yuxular”ın doğulmasını təmin etdi. Hələ də Orxan Pamukun qurultaya dəvət olunması fikrini AYB sədrinin ağlına kimin saldığını müəyyənləşdirə bilməmişəm. Yoxsa Rəsul Rza kimi bir postamentin üstündə ucalan, “Qobustan” kimi nəhəngə imza atan, SSRİ dövründən siysi proseslərin içində qaynayan (Qorbaçov üstünə qışqıranda susmaqla “etiraz aksiyası”na imza atması da bir ayrı konu), müstəqilliyimizin atributlarının (Azərbaycan dövlət dilinin) müzakirəsində Heydər Əliyev kimi nəhənglə müzakirələr aparan bir ziyalı bu qədər zərərli bir addımı necə ata bildi. Bu haqda I yazıda geniş yazıldığı üçün təkrara getmədən açıq qalan sualımıza keçəlim: 

“Əniştəmiz Əkrəm Əylislini niyə öpdü?”  

Bir neçə ay öncə Əkrəm Əylislinin beynəlxalq mükafat alması xəbəri tirajlandı və ədəbi camiəmizin libiralları yazıçını sosial paltformada təbrik yağmuruna tutub, uğuruna şərik oldular. Hadisənin siyasi tərəfinə nəzər salmaq və yaxud Əkrəm Əylislinin birdənbirə yada düşməsinin, tərcümə olunaraq beynəlxalq mükafata təqdim olunmasının pərdə arxasını müşahidə etmək kimsənin marağında olmadı. Orxan Pamukun Azərbaycana dəvət olunub, “əlinin öpülməsi kimi”. Əslində ədəbi cameənin bu passivliyi də başa düşüləndi. Hazırda Azərbaycan ədəbi cameəsi ədəbiyyat strategiyasından məhrum, fəaliyyət planı yalnız qurumun fəaliyyətinə etiraz edənləri üzvülükdən rədd etmək kimi məişət hərəkətlərinə sığınmış, kürsüləri pay-püşk edilmiş, “əlini soyuq sudan isti suya vurmayan”, 1987 ci ildən əlini ətəyini siyasətdən çəkməyə çalışan, xırda məhəlli projelərlə baş girələyən, ölkənin ictimai mədəni həyatında susqunluğu (deputat Anar Rzayev nümunəsi) ilə seçilən mərkəzləşmiş bir təşkilatın formalaşdırdığı sahədir. Mövzumuz Əkrəm Əylislinin Azərbaycanda rezonans doğuran beynəlxalq mükafatı olduğu üçün AYB-nin ədəbi siyasətsizliyi haqqında başqa yazıda. Xülasə bizim liberallara Azərbaycan nəsrinin şah əsərlərindən olan “Ağaclar və adamlar” əsərinin tərcüməçisi haqqında məlumat verəndə ən yaxşı halda o təbrikləri sosial mediadan qaldırmağa çalışacaqlarından çübhə etmirəm. 

 «Adamlar və ağaclar» (“People and Trees”) əsəri ingilis dilinə tanınmış amerikalı tərcüməçi və şair Ketrin E. Yanq (Katherine E. Young) tərəfindən tərcümə edilib. Ən əvvəl erməni mətbuatının Ketrinq Yanq haqqında yazdıqlarını diqqətinizə çatdırıram: “Həqiqətin Qərbə çatdırıcısı” kimi təqdim edilən Ketrin Yanqı erməni mətbuatı (Armenian Weekly, CivilNet, USC Dornsife Erməni Araşdırmaları İnstitutu və s.) “ tarixi körpü" kimi dəyərləndirir. Yəqin ki erməni dilini bilən mütəxəssislərimiz bu beynəlxalq fiquru (K.Yanqı nəzərdə tuturam) araştırsalar onun qonşularımız üçün nə qədər əziz bir imza olduğunu ortaya çıxara bilərlər. Mən yalnız onu deyə bilərəm ki, erməni mediası Ketrin Yanqı birbaşa ermənipərəst tərcüməçi kimi deyil, ermənilərin tarixi iddiaları və narrativləri ilə üst-üstə düşən mühüm mənbələri tərcümə edən bir imza kimi sevdiklərini gizlətmirlər. Üstəlik Əkrəm Əylislinin üz qarası “Daş yuxular”ının daxil olduğu “Əlvida Əylis” toplusunu da bir neçə il öncə Ketrin xanım ingilis dilinə (“Farewell, Aylis”) tərcümə edib. Bu tərcümə erməni medyası və mütəxəssisləri tərəfindən: ”Yanqın bu tərcüməsi olmasaydı, Əylislinin təsvir etdiyi 1919-cu il Əylis hadisələri və 1990-cı il Bakı hadisələri geniş ingilisdilli auditoriyaya bu qədər dərindən çatdırıla bilməzdi.” cümlələrilə öz tərifini alıb. Mən daha keçən yazımda olduğu kimi burada da Qərbin maraqlı qüvvələrinin və erməni lobbisinin Əkrəm Əylislini yenidən daha fərqli bir formatda gündəmə gətirməyə çalışdıqlaırını yazmıram. Təkcə onu vurğulayım ki, Əylisli faktöründan qazana bilmədikləri “uğuru” sona qədər təmin etməyə çalışacaqları məlum idi. Çünki əllərinə bir də “Daş yuxular” kimi fürsət və Əkrəm Əylisli kimi mənfəət üçün ilk vaz keçdiyi vətəni olan bir ziyalı keçməyəcək. Hər halda ümid edək ki keçməyəcək. Əkrəm Əylislinin mükafata layiq görülən əsəri ABŞ-nın “Academic Studies Press” -ASP nəşriyyatının bədii ədəbiyyat bölməsi daha doğrusu təsisatı olan “Cherry Orchard Books” seriyası tərəfindən çap olunub. ASP 2007-ci ildə ABŞ-nin Boston şəhərində rus İgor Nemirovsky tərəfindən təsis edilmiş müstəqil akademik və ədəbi nəşriyyatdır. Nemirovsky Rus edebiyatı, slavistik ve Yahudi çalışmaları sahəsində uzmanlaşmış bir filolog ve yayıncıdır. Və yayınevi xüsusi olaraq Yəhudi araştırmaları (Jewish Studies), Slav ve Doğu Avropa çalışmaları (Slavic-Russian Studies), Orta Doğu və Osmanlı -Türk tarixi kimi bəşəri və sosyal elmlər sahəsində akademik araşdırmalar, monografiyalar, tərcümələr və resenziyalı məqalələrlə fokuslanıb. Adamın çalışma sahəsinə baxıram və sövq-təbii milli kökəni ilə bağlı Google.com da araşdırma verirəm.

Təxminlərim düz çıxır: İqor Nemirovski yəhudi əsilli rusdur. Və yaratdığı nəşriyyatın prioriteti slavyanşünaslıq, yəhudi araşdırmaları, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya tarixi, mədəniyyəti və ədəbiyyat. Yəni Soyuq Mühribə Dövrünün mirası olan ölkələrinin hüdudsuz qazanc gətirəcək siyasət bazarı. Odur ki, Ketrin Yoqla sıx çalışmalar da təsadüf ola bilməz. Çünkü ermənilərin göz bəbəyindən biri (digəri də Əkrəm Əylislidir) tərcüməçi Ketrin məhz SSRİ dağıldığı dövrdə Moskvaya yerləşib və uzun illər beynəlxalq əlaqələr üzrə tərcüməçi kimi çalışıb. Bu insanların fəalliyyət planını didib tökmək, özkeçmişini araşdırmaq əslində izafi vaxt itkisidir amma I yazımda qeyd etdiyim kimi bir ədəbi nümunənin besteller olması, uluslarası mükafatlara layiq görülməsi heç də o məhsulun mükəmməlliyinin nəticəsi deyil. Eynən bizim “Ağaclar və adamlar” kimi. Onu da qeyd edim ki, “Ağaclar və adamlar”ın nəşr olunduğu “Cherry Orchard Books” ASP-nin bədii ədəbiyyat qolu olaraq nəşriyyatın ən məşhur təsisatlarından biridir. Bu xətt üzrə post-sovet məkanı, Şərqi Avropa və digər qeyri-qərb ölkələrinin müasir və klassik bədii nəsri, poeziyası və memuarları yüksək keyfiyyətli ingilis tərcümələrində yayımlanıb beynəlxalq mükafatlara təqdim olunur. Yani bizim əniştəmiz sayılan “COB” Əkrəm Əylislini boş yerə öpməyib. Üstəlik Əkrəm Əylislinin «Daş yuxular» (Stone Dreams) və «Əlvida, Əylis» (Farewell, Aylis) kitabları məhz Ketrinq Yanqın tərcüməsində “COB”-da çap olunub və yayınlanıb.

Erməni mediası, diaspor təşkilatları və ermənişünaslıq mərkəzləri Ketrin Yanqın Əkrəm Əylislidən etdiyi tərcümələrə çox böyük üstünlük verir. Onu öz analitik yazılarında, xəbərlərində və ədəbi rəylərində əsasən “azad sözü müdafiə edən xadim” kimi təqdim edirlər. Erməni mətbuatı Ketrin Yanqı beynəlxalq ədəbi təşkilatlarda (məsələn, PEN America) və Qərb mətbuatında Əkrəm Əylislinin hüquqlarının müdafiəçisi, Əylislinin "beynəlxalq vəkili və səsi" adlandırır. Erməni ədəbi tənqidi Yanqın Əkrəm Əylislidən tərcümə etdiyi mətnlərdəki dini, tarixi və etnoqrafik çalarları -kilsə təsvirləri, erməni personajı Aykanuşun xarakteri, kənd həyatı- ingilis dilinə çox böyük həssaslıq və ustalıqla köçürdüyünü yazır və öyünür. Bundan başqa Erməni lobbi qurumları və xaricdəki institutları öz yazılarında Yanqın Əkrəm Əylislidən tərcümələrini "Azərbaycan cəmiyyətindəki dözümsüzlüyün və dövlət senzurasının bariz sübutu" kimi təqdim edərək siyasi arqument və təbliğat vasitəsi kimi istifadə edirlər.  

Ədəbiyyatımıza “Ağaclar və adamlar” əsərini beynəlxalq mükafata təqdim edib, mükafatın qazanılmasını təmin edərək “çox möhtəşəm” xidmət göstərmiş Ketrin Yanq eyni zamanda Moskvada yaşayan erməni əsilli rusdilli şairə və kinorejissor Tatyana Danilyantsın rus dilində yazdığı bir sıra şeirlərini ingilis dilinə tərcümə edib və müxtəlif beynəlxalq ədəbi jurnallarda (The White Review, Tupelo Quarterly və s.) dərc etdirib. Kinomatoqrafiya və incəsənət, eyni zamanda ədəbi sahədə uğurları olan erməni Tatyana Danilyants daha şox erməni mədəni irsi və müasir incəsənətinin araşdırmaçısı olaraq şöhrət qazanıb.  

Alın sizə “Ağaclar və adamlar”ın qazandığı beynəlxalq “İlin ədəbiyyat ödülü-2026” mükafatı və siyasətdən uzaq, müstəqil, canım sizə desin, azad ədəbiyyat!

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR