Kılıçdaroğlu ilə Özgür Özəl arasında yeni dava: "5 milyonu geri gətir, yoxsa..."

Kılıçdaroğlu ilə Özgür Özəl arasında yeni dava: \"5 milyonu geri gətir, yoxsa...\"

SİYASƏT

Bugün, 12:15

Bir neçə ay əvvəl yeni partiya yaradan Özgür Özəllə məhkəmə qərarı ilə CHP-nin başına  gətirilən Kamal Kılıçdaroğlu arasında yeni dava başlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kamal Kılıçdaroğlu Özgür Özəl və keçmiş partiya rəhbərlərinin CHP-dən ayrılmadan əvvəl partiyanın kasasından pul götürdüklərini iddia edib.

Kılıçdaroğlu bildirib ki, onlar partiyanın hesabından Yeni Partiyaya 5 milyon 100 min TL pul köçürüblər: "Bu, qanunsuz məbləğdir və dərhal geri ödənilməlidir. Əks halda rəsmi şikayətlə onları cinayət məsuliyyətinə cəlb etdirəcəyik".

Hüseyn Namazov

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR