Arif Mərdanov kollektivə belə təqdim edildi - FOTO

Arif Mərdanov kollektivə belə təqdim edildi - FOTO

CƏMİYYƏT

Bugün, 16:17

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən "İri Şəhərlərin Su Təchizatı" QSC-nin icraçı direktoru Arif Mərdanov kollektivə təqdim edilib.

Mia.az xəbər verir ki, bu barədə ADSEA məlumat yayıb.

Bildirilib ki, təqdimat dövlət şirkətinin Müşahidə Şurasının sədri Xəyyam Məmmədov, üzvü Etibar Məmmədovun iştirakı ilə keçirilib.

Məlumata əsasən, təqdimatdan sonra səhmdar cəmiyyətin qarşısında duran prioritet məsələlər, növbəti dövrlər üçün müəyyən edilmiş hədəflər, su təchizatı, tullantı və yağış sularının səmərəli şəkildə idarə olunması sahəsində xidmətlərin təkmilləşdirilməsi məsələləri müzakirə edilib. Həmçinin qarşıya qoyulan vəzifələrin icrası, fəaliyyətin effektivliyinin artırılması və əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR