13 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxamadı ki?
CƏMİYYƏT
Bugün, 17:13
Hesablama Palatası İcra Hakimiyyətlərində yoxlama aparıb.
Mia.az xəbər verir ki, bu barədə Palataa məlumat yayıb.
Məlumata örə, qurumun 2026-cı il üzrə İş Planına müvafiq olaraq, 2024–2025-ci illərdə dövlət büdcəsindən 14 yerli icra hakimiyyəti orqanında (Quba, Tərtər, İmişli, Qusar, Ağcabədi, Zaqatala, Lerik, Şabran, Gədəbəy, Ucar, Cəlilabad rayon icra hakimiyyətləri, eləcə də Mingəçevir, Lənkəran və Şəki şəhər icra hakimiyyətləri) yolların əsaslı təmirinə ayrılmış vəsaitin idarə edilməsinin analitik təhlili aparılıb.
Analitik fəaliyyət çərçivəsində yerli icra hakimiyyəti orqanlarında yolların əsaslı təmirinə xərc edilmiş vəsait yalnız sənədli təhlillə (nəzarət ölçü aparılmayıb) əhatə olunub, sübutlar qiymətləndirilərkən yerli icra hakimiyyəti orqanlarının təqdim etdiyi ilkin sənəd və məlumatlar təhlil olunaraq nəzərə alınıb.
Analitik fəaliyyətin nəticəsində əsasən aşağıdakılar müəyyən olunub:
Şəhərdaxili avtomobil yollarında əsaslı təmir işlərinin zəruriliyi müəyyən edilərkən yolun faktiki texniki vəziyyəti instrumental müayinələr, ölçmələr, laborator sınaqlar və müvafiq texniki sənədlərlə kifayət qədər əsaslandırılmayıb, qüsur aktları əsasən vizual baxışla tərtib edilib. Normativ-hüquqi aktların tələblərinə tam riayət olunmaması təmir ehtiyacının obyektiv təyin edilməsini, yerinə yetirilmiş işlərin yolun real vəziyyətinə uyğunluğunun qiymətləndirilməsini, eləcə də dövlət büdcəsi vəsaitlərinin qənaətlilik, səmərəlilik və nəticəlilik prinsipləri əsasında idarə olunmasını məhdudlaşdırıb.
Yolların əsaslı təmirinə dair layihə-smeta sənədləri dövlət ekspertizasından keçib təsdiqlənsə də, layihələrdə asfalt-beton örtüyünün qalınlığının müəyyən edilməsi ilə kifayətlənilib. Yolun uzununa və eninə profilləri, meyllilik göstəriciləri, habelə səth sularının kənarlaşdırılması üzrə texniki həllər layihələndirmə və icra mərhələsində nəzərə alınmayıb.
Nəticədə əsaslı təmir olunmuş yollarda normativ həndəsi parametrlər və təbii suaxını təmin edilməyib yol örtüyündə suyun toplanması, lokal çökəkliklərin və əks-meylliliklərin yaranması riskləri meydana çıxıb. Bu hal yol örtüyünün istismar müddətini qısaltmaqla yanaşı, ayrılmış büdcə vəsaitlərinin gözlənilən effekti verməməsinə və gələcəkdə əlavə təmir xərclərinin yaranmasına şərait yaradıb.
Layihə-smeta sənədlərinin hazırlanmasına əsas olan qüsur aktlarının satınalma prosedurundan sonrakı tarixlərdə tərtib edilməsi obyekt üzrə iş həcmlərinin və ehtimal olunan qiymətin lazımi əsaslandırma aparılmadan formalaşdırıldığını göstərir. 6 yerli icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilmiş 6 milyon 291 min 236 manat məbləğdə təmir işlərində satınalma müqaviləsi bağlandıqdan cəmi 1 - 2 (bəzi hallarda 4) gün sonra işlərin başa çatmasına dair qəbul aktlarının rəsmiləşdirilməsi bu işlərə satınalma prosedurundan əvvəl başlanıldığını təsdiqləyir. Bütün bu nöqsanlar dövlət satınalmalarında rəqabətlilik, şəffaflıq və vəsaitlərdən qənaətlə istifadə prinsiplərinə riayət olunmadığını və proseslərin əsasən formal xarakter daşıdığını göstərir.
Aparılan təhlillərə əsasən, söküntü zamanı əldə olunan tikinti materialları qiymətləndirilərək mədaxil edilməmiş və ya podratçılarla qarşılıqlı hesablaşmalarda nəzərə alınmamışdır. Eyni zamanda, frezlənmə və söküntü materiallarının daşınmasını təsdiq edən müvafiq icazələr olmadığı halda daşınma xərcləri smeta sənədlərinə daxil edilib. Satınalmaya çıxarılan iş həcmləri əsaslandırılmadan dəyişdirilib, bəzi işlərin həcmi müqavilələrdə artırılıb, əvvəlcədən faktiki icra olunmuş işlər sonradan dövlət ekspertizasından keçmiş layihə-smeta sənədlərinə, satınalma şərtlərinə və qəbul aktlarına əlavə olunub.
4 yerli icra hakimiyyəti orqanı üzrə layihə-smeta sənədlərində işlərə hüquqi əsası olmayan digər smeta normativlərinin tətbiq edilməsi, 2 yerli icra hakimiyyəti orqanı üzrə səlahiyyətlərinə aid olmayan yol nişanlanması, xətlənmə və rənglənmə işlərinin yolların əsaslı təmiri üzrə smetalara daxil edilərək rəsmiləşdirilməsi satınalma predmetinin hüquqi və funksional aidiyyətinin düzgün müəyyən edilmədiyini göstərir.
Asfalt-beton örtüklü mövcud təmirli yolların müəyyən hissəsində qüsur aktlarının real vəziyyəti əks etdirməməsi, söküntü və bərpa üzrə texniki normaların gözlənilməməsi layihə-smeta və satınalma sənədlərinə artıq iş həcmlərinin daxil edilməsinə şərait yaradıb. Mühasibat uçotu və tikinti sahəsini tənzimləyən qanunvericiliyin tələblərinin gözlənilməməsi nəticəsində 14 yerli icra hakimiyyəti orqanı üzrə ümumilikdə 1 milyon 78 min 611 manat məbləğində işlərin həcm və dəyərinin artırılmasına və podratçılara artıq ödənişin edilməsinə yol verilib. Analitik fəaliyyət dövründə qeyd olunan məbləğ dövlət büdcəsinə tam bərpa edilib.
Təhlil zamanı bütün yerli icra hakimiyyəti orqanlarında satınalmalar üzrə xarakterik olmaqla, biri-birini təkrarlayan çoxsaylı satınalma qanunvericiliyinin pozulması hallarına, o cümlədən, təchizatçılar tərəfindən icra təminatlarının gecikdirilməklə təqdim olunması, müqavilə öhdəliklərinin vaxtında yerinə yetirilməməsi, habelə öhdəliklərin gecikdirildiyi müddətdə icra təminatının olmaması və dövlət vəsaitinin uzun müddət özəl qurumların istifadəsində qalması halları qeydə alınıb.
Eyni zamanda, öhdəliklərini vaxtında icra etməyən podratçılara müqavilə şərtlərinə uyğun cərimələrin tətbiq edilməməsi və yaxud müqavilələrin xüsusi şərtlərində cərimə faizlərinin nəzərdə tutulmaması öhdəliklərin gecikdirilməsinə və cərimələrin hesablanmasının məhdudlaşmasına səbəb olub.
Şəhərdaxili avtomobil yollarının faktiki vəziyyəti, uzunluğu, yol örtüyünün növü, konstruktiv elementləri, balans və digər göstəricilər üzrə texniki pasportlaşdırma və müvafiq uçotun aparılması, eləcə də bu məlumatların avtomobil yollarının vahid dövlət reyestri, daşınmaz əmlakın dövlət reyestri və kadastr məlumatları ilə uzlaşdırılması qanunvericiliyin tələbinə uyğun təmin olunmayıb. Bu hal yol təsərrüfatı obyektlərinin faktiki və hüquqi vəziyyətinin dəqiq müəyyənləşdirilməsini, onların uçotunun düzgün aparılmasını, saxlanılmasını və əsaslı təmirə dair qərarların obyektiv məlumatlar əsasında qəbul edilməsi imkanlarını məhdudlaşdırıb. Eyni zamanda, şəhərdaxili yolların balansa götürülməməsi nəticəsində analitik fəaliyyətlə əhatə olunan obyektlər üzrə 2024–2025-ci illərdə dövlət vəsaiti hesabına yaradılıb və yaxud əsaslı təmir edilmiş 23 977 875,5 manat məbləğində yol aktivləri mühasibat uçotunda əks olunmayıb, əsaslı xərclər kapitallaşdırılmayıb. Bu nöqsanlar yerli icra hakimiyyəti orqanlarının maliyyə və əmlak hesabatlarının təhrif olunması ilə nəticələnib, ümumilikdə ölkə üzrə dövlət əmlakının uçotunun şəffaflığına və etibarlılığına mənfi təsir göstərib.
Hesablama Palatası tərəfindən yerli icra hakimiyyəti orqanları tərəfindən avtomobil yollarının saxlanılması, əsaslı təmiri və dövlət əmlakının uçotunda vahidliyin təmin edilməsi məqsədilə kompleks tədbirlərin həyata keçirilməsi təklif olunub.
Təkliflərdə:
Avtomobil yollarının əsaslı təmiri üzrə vahid qiymətləndirmə mexanizminin yaradılması, layihələrin hazırlanması üçün məcburi ilkin texniki müayinənin tətbiq edilməsi, zəruri hallar istisna olmaqla qüsur aktlarının yalnız vizual baxış əsasında tərtib edilməsinin qarşısının alınması, habelə layihələrdə həndəsi parametrlər və suötürücü həllər üzrə vahid tələblərin müəyyən olunması;
pərakəndəliyin aradan qaldırılması, normativlərə və icra müddətlərinə riayət olunması, eləcə də dövlət vəsaitindən səmərəli istifadənin təmin edilməsi məqsədilə yerli icra hakimiyyəti orqanları üzrə yolların əsaslı təmiri işlərinin bir layihə ilə Dövlət İnvestisiya Proqramında nəzərdə tutulması və dövlət əsaslı vəsait qoyuluşundan maliyyələşdirilməsi;
dövlət əmlakının uçotunda vahidliyin və tamlığın təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yerli icra hakimiyyəti orqanları ilə birgə dövlət vəsaiti hesabına yaradılmış və əsaslı təmir edilmiş şəhər, qəsəbə və kənddaxili avtomobil yollarının inventarlaşdırılması və elektron reyestrdə uçota alınması üzrə vahid mexanizmin yaradılması;
qanunvericiliyə uyğun olaraq hər bir yol obyektinə unikal reyestr nömrəsinin verilməsi, yolun ünvanı, uzunluğu, sahəsi, örtük növü, konstruktiv elementləri və dəyəri barədə məlumatların elektron reyestrdə əks etdirilməsi, əsaslı təmir edilmiş yol obyektlərinin təhvil-qəbul aktı əsasında balansda rəsmiləşdirilməsi və mühasibat uçotu göstəricilərinin müntəzəm üzləşdirilməsi;
yerli icra hakimiyyəti orqanları tərəfindən şəhər və qəsəbədaxili yolların balans mənsubiyyətinin müəyyənləşdirilməsi, şəhərdaxili yolların faktiki vəziyyəti, uzunluğu və konstruktiv elementləri üzrə texniki pasportlaşdırılmasının aparılması, eləcə də avtomobil yolları haqqında məlumatların dövlət informasiya ehtiyatında sistemləşdirilərək Avtomobil Yollarının Vahid Dövlət Reyestrinə daxil edilməsi ilə öz əksini tapıb.
Hesablama Palatasının Kollegiyası analitik fəaliyyətin nəticələrini müzakirə edərək yol verilmiş nöqsanların və çatışmazlıqların aradan qaldırılmasına dair irəli sürülmüş təkliflərin yerinə yetirilməsi, eləcə də aşkar edilmiş müvafiq məsələlərlə əlaqədar qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərə uyğun tədbirlərin həyata keçirilməsi üçün zəruri sənəd və məlumatların aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Türkiyənin 47 illik nəhəng şirkəti müflis olub - 4000-dən çox tərəfdaşı var!
Bugün, 18:07 İQTİSADİYYAT
-
Milli Məclisin növbəti iclasında hansı qanunlara dəyişiklik olunacaq? - SİYAHI
Bugün, 18:00 GÜNDƏM
-
Müğənni Murat Boz Hadisənin bu şəkillə yada saldı - FOTO
Bugün, 17:59 ŞOU-BİZNES
-
"Fənərbaxça"nın ingilis müdafiəçisi derbiyə belə hazırlaşır - FOTO
Bugün, 17:48 İDMAN
-
“Baku Steel Company”də struktur dəyişiklikləri və yeni təyinatlar aparılıb
Bugün, 17:35 İQTİSADİYYAT
-
Rayonlarda yağıntılı hava iki gün davam edəcək - Xəbərdarlıq
Bugün, 17:30 GÜNDƏM
-
13 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxamadı ki?
Bugün, 17:13 CƏMİYYƏT
-
Mərkəzi Bankda yeni təyinat olub
Bugün, 17:08 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama: nələr üzə çıxdı? - Nöqsanlarla bağlı 4 quruma məlumat göndərildi
Bugün, 16:46 CƏMİYYƏT
-
Arif Mərdanov kollektivə belə təqdim edildi - FOTO
Bugün, 16:17 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Fərman imzalayıb
Bugün, 16:05 GÜNDƏM
-
Əli Kərimlinin işi məhkəməyə göndərildi
Bugün, 15:56 SİYASƏT
-
Bakı, Gəncə və Sumqayıtda əməliyyat: 82 kiloqram narkotik vasitə və...
Bugün, 15:51 KRİMİNAL
-
Arsen Venger Bakıda - FOTO
Bugün, 14:05 İDMAN
-
Milli Məclisin növbəti iclasının vaxtı bəlli oldu
Bugün, 13:48 GÜNDƏM
-
Azərbaycan və Hindistan XİN başçısı bir arada: "Son illər bir sıra məsələlərdə fikir müxtəlifliyi olub, amma..." - Yeni əməkdaşlıq mesajları verildi (Yenilənib)
Bugün, 13:42 SİYASƏT
-
"Aqrar sahə haqqında" qanun layihəsi qəbul olunub
Bugün, 13:35 İQTİSADİYYAT
-
PUTİNDƏN MÜSAHİBƏ: "Bu, bir növ siyasi şizofreniyadır, ümid edirəm ki..." - "Rusiyanı döyüş meydanında məğlub etmək mümkün deyil"
Bugün, 13:08 SİYASƏT
-
Azərbaycanda terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir
Bugün, 13:02 SİYASƏT
-
Magistratura və doktoranturanı bitirərən hərbçilər... - Yeni qanun
Bugün, 12:51 GÜNDƏM
-
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
Bugün, 12:48 İQTİSADİYYAT
-
"Trabzonspor"un qapıçısı qəzaya düşüb
Bugün, 12:47 İDMAN
-
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib - FOTOLAR
Bugün, 12:41 GÜNDƏM
-
Bələdiyyə sədri 30 məclis üzvüylə birgə istefa verdi
Bugün, 12:41 DÜNYA
-
Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanılıb və...
Bugün, 12:26 GÜNDƏM
-
PREZİDENT FƏRHAD XƏİLOVU "İSTİQLAL"LA TƏLTİF ETDİ - Sərəncam
Bugün, 12:24 GÜNDƏM
-
Sabah yağış yağacaq
Bugün, 12:18 CƏMİYYƏT
-
Kılıçdaroğlu ilə Özgür Özəl arasında yeni dava: "5 milyonu geri gətir, yoxsa..."
Bugün, 12:15 SİYASƏT
-
Türkiyədə mədəndə partlayış: 2 ölü, 5 yaralı var
Bugün, 12:03 DÜNYA
-
Xocavənd və Ağdərəyə növbəti köç olub
Bugün, 12:01 GÜNDƏM
-
Prezidentin köməkçisi yeni icra başçısını kollektivə təqdim etdi - FOTOLAR
Bugün, 11:52 SİYASƏT
-
Türkiyədə fond qalmaqalı - Həbs olunan iş adamı Britaniyaya nə qədər pul "qaçırıb?"
Bugün, 11:47 İQTİSADİYYAT
-
Azərbaycan neftinin qiyməti qalxdı
Bugün, 11:25 İQTİSADİYYAT