Hörmüz boğazında gərginlik pik həddə - İran daha 10 tankeri vurub

Hörmüz boğazında gərginlik pik həddə - İran daha 10 tankeri vurub

DÜNYA

Bugün, 09:48

İran İnqilab Keşikçiləri Korpusu ABŞ-ın 5 İran tankerini vurmasına qisas cavabı olaraq, Hörmüz boğazında 2 ABŞ gəmisi, 8 tankeri vurması ilə yetinməyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  İran bölgədə yeni gəmiləri də vurmağa başlayıb.

Mehr Xəbər Agentliyi İnqilab Keşikçiləri Korpusuna istinadla yazıb ki, bu gün gedən səhərədək  ABŞ ordusunun təşviqi və dəstəyi ilə Hörmüz boğazındakı "qadağan olunmuş zona"dan keçməyə çalışan daha 10 neft və ticarət gəmisi vurulub.

SEPAH-dan bildirlib ki, Hörmüz boğazı tam nəzarət altındadır: "İslam İnqilab Keşikçiləri Korpusunun donanması bölgəyə tək hakimdir"

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR