Türkiyədə sabiq nazir və əri 2 saat 15 dəqiqə istintaqa ifadə verdi - Məhkəməyə göndərildilər

Türkiyədə sabiq nazir və əri 2 saat 15 dəqiqə istintaqa ifadə verdi - Məhkəməyə göndərildilər

SİYASƏT

Bugün, 00:30

Türkiyənin keçmiş Ailə və sosial siyasət naziri və ötən aya qədər  prezidenti Ərdoğanın sədrlik etdiyi AKP-də müavin vəzifəsi tutan Fatma Betül Sayan Kaya fond dələduzluğu ittihamı üzrə 2 saat 15 dəqiqə dindirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, milyardlıq dələduzluqda ittiham olunan sabiq nazirlə yanaşı, əri İlyas Kaya barələrində həbs qətimkan tədbiri seçilmək üçün məhkəməyə "etap" edilib.

Məlumata görə, onlar qanunsuz gəlir əldə etmək məqsədiylə cinayətkar təşkilat qurmaq, qanunsuz fond əməliyyatları aparmaq və sair cinayətlərdə ittiham olunurlar.

Xəbərdə deyilir ki, məhkəmə az sonra ər-arvad haqqında qərarını elan edəcək.

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR