Çağlar Söyüncü "Fənərbağça"dan ayrılır

Çağlar Söyüncü \"Fənərbağça\"dan ayrılır

İDMAN

Bugün, 16:59

Türkiyə millisinin keçmiş üzvü Çağlar Söyüncü "Fənərbağça"dan ayrılır.

Mia.az Türkiyə mətbuatına istinadlaxəbər verir ki, bu barədə klub rəhbərliy ilə onun arasında danışıqlar olub.

Məlumata görə, klub rəhbərliyi baş məşqçi İsmayıl Kartalın ona komandada yer verməyəcəyini deyib və özünə yeni komanda axtarmasını məsləhət görüb: "Bundan sonra Çağlar Söyüncünün menecerləri bir nemçə komanda ilə təmasa keçib. Hələlik müdafiəçiyə ciddi təklif yoxdur. Əgər təklif gələrsə, "Fənərbağça" rəhbərliyi Çağların gedişinə problem yaratmayacağına vəd verib"

Xatırladaq ki, Çağlar Söyüncü 2024-cü ilin yanvar ayında "Atletiko Madrid"dən icarə əsasında "Fənərbaxça"ya keçib. "Sarı-göy" komanda İspaniya komandasına yarım mövsümlük icarə üçün 2 milyon avro ödəyib. Mövsümün sonunda "Fənərbaxça" milli müdafiəçinin transfer hüquqlarını 8,5 milyon avroya əldə edib və oyunçu ilə 3+1 illik müqavilə imzalayıb.

Xəbərdə o da deyilir ki, 30 yaşlı mərkəz müdafiəçisinin hazırkı bazar dəyəri 3,5 milyon avrodur.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR