QHT işi: Prokuror onlara cəza tələb etdi - Məhkəmə prosesi
SİYASƏT
19.08.2026, 10:48
“QHT işi” üzrə ittiham olunanlardan biri, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri, iqtisadçı Qalib Bayramovun (Qubad İbadoğlunun və deputat Vüqar Bayramovun qardaşı -Mia.az) cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Mia.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror təqsirləndirilən Qalib Bayramovun 5 il sınaq müddəti olmaqla 9 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilməsini tələb edib.
Qeyd edək ki, Qalib Bayramova qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci ( Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə ), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Onun barəsində polis nəzarəti altına vermə qətimkanı seçilib.
Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.
Cinayət işi üzrə bir sıra qeyri-hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırılır.
"İştirak Evi" MMC-nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), "Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Məmməd Alpay (Məmmədzadə) və Bəşir Süleymanlı barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sübhan Həsənli istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.
“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) haqqında cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Daha sonra cinayət işi üzrə Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, sosial işçi - hüquq müdafiəçisi Zamin Zəki və Əhməd Abbas oğlu Məmmədzadə həbs edilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Putin və Tramp arasında qəfil görüş oldu - Liderlər bir saata nəyi razılaşdırıb?
Bugün, 19:32 GÜNDƏM
-
Elnur Məmmədov ABŞ-ın Ermənistandakı diplomatı ilə nəyi müzakirə edib? - AÇIQLAMA + FOTO
Bugün, 19:01 SİYASƏT
-
Bakıda 46 yaşlı keçmiş məhkum tutulub
Bugün, 18:40 KRİMİNAL
-
Şəkidə dəhşətli faciə - İki nəfərin öldüyü mərkəz məşhur iş adamına məxsusdur
Bugün, 18:25 GÜNDƏM
-
Ərdoğan Avropa çempionu olan yığma komanda üzvlərini qəbul edib
Bugün, 18:00 İDMAN
-
Tanınmış modelyer Leyla Əhmədova ev dustaqlığına buraxıldı - Şok ittiham... (Yenilənib)
Bugün, 17:53 KRİMİNAL
-
Əli Əsədov yeni qərar imzalayıb
Bugün, 17:43 İQTİSADİYYAT
-
DİN Amerika Polis Qüvvələri Birliyində müşahidəçi statusu əldə edib
Bugün, 17:43 GÜNDƏM
-
İspaniya və Fransada güclü yanğın... - Türkiyə dörd yanğınsöndürmə təyyarəsi göndərdi
Bugün, 17:20 DÜNYA
-
Azərbaycanla Əlcəzair arasında Birgə Komissiyanın ilk iclası bu tarixdə keçiriləcək
Bugün, 17:15 İQTİSADİYYAT
-
Cahid İsayevə hökm oxundu
Bugün, 17:08 KRİMİNAL
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Fondun yeni sədri kollektivə təqdim olundu - Prezidentin köməkçisi tərəfindən
Bugün, 16:49 GÜNDƏM
-
Avropa İttifaqı İsrailə qarşı bəyanat verdi
Bugün, 16:34 DÜNYA
-
Anar Əsədlinin şikayətinə "yox" deyildi
Bugün, 16:25 SİYASƏT
-
Su böhranı: quraqlıq dünyanın 40 faizini ağuşuna alacaq - Ən çox hansı bölgələr susuzluğa təslim olacaq?
Bugün, 16:11 İQTİSADİYYAT
-
Biz evimizi itirdik, amma ümidimizi itirmədik… - Seymur Verdizadə yazır
Bugün, 15:47 YAZARLAR
-
Məhkəmə Ekspertlərinin Reyestri istifadəyə verilib
Bugün, 15:31 GÜNDƏM
-
Mənsur Yavaş CHP-ninn tədbirinə qatılmaqdan imtina etdi
Bugün, 15:20 SİYASƏT
-
İran XİN başçısından ABŞ-a mesaj: "İslamabad Memorandumundakı öhdəliklərə qayıtsaq..."
Bugün, 15:07 DÜNYA
-
Ali Məhkəmədən onlayn kredit götürənlərə xəbərdarlıq: "Bu, müqavilənin etibarsız sayılması üçün kifayət etmir.."
Bugün, 14:58 İQTİSADİYYAT
-
Sumqayıtda 22 yaşlı qızın meyiti tapıldı
Bugün, 14:51 CƏMİYYƏT
-
“Quyruğumu basanın başından basacağam” - Telli Borçalı
Bugün, 14:39 ŞOU-BİZNES
-
Türk Hava Yolları məşhur futbol klubunun əsas sponsoru oldu - Beş ildə kluba fantastik məbləğ xərclənəcək
Bugün, 14:33 İDMAN
-
TƏBİB-in icraçı direktoru özünə müşavir götürüb
Bugün, 14:28 CƏMİYYƏT
-
Prezident sərəncam imzaladı, Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi - SİYAHI
Bugün, 14:06 PRESS
-
QƏBUL İMTAHANI QAYDASI DƏYİŞİR? - Məleykə Abbaszadə yayılan iddialara cavab verdi
Bugün, 13:58 CƏMİYYƏT
-
"Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür" - Nazir elə açıqlama verdi ki...
Bugün, 13:55 SİYASƏT
-
8 ayda 1448 nəfər işdən azad olunub? - "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə nə baş verir?
Bugün, 13:23 CƏMİYYƏT
-
Rusiya Kiyevə növbəti dəfə zərbə endirib - İki nəfər ölüb, 10 nəfər yaralanıb
Bugün, 13:11 DÜNYA
-
Rezidenturaya boş qalan plan yerlərinə ixtisas seçimi başlayıb
Bugün, 13:05 GÜNDƏM
-
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istəyiblər
Bugün, 12:53 KRİMİNAL
-
YAP-ın VIII Qurultayına hazırlığa start verildi
Bugün, 12:50 SİYASƏT
-
Prezident İlham Əliyev Qordana Silyanovska-Davkovaya məktub göndərib - MƏTN
Bugün, 12:40 GÜNDƏM