Romelu Lukaku: "Mərhələ adlamaq üçün savaşacağıq"

Romelu Lukaku: \"Mərhələ adlamaq üçün savaşacağıq\"

İDMAN

Bugün, 11:19

Ötən gecə "Lion"la qarşılaşmada "Fənərbağça" formasını ilk dəfə geyinən belçikalı hücumçu Romelu Lukaku 1-1 bitən matçdan sonra jurnalistlərə açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla bildirir ki, o, türk azarkeşlərin yaratdığı atmosferə heyran olduğunu gizlətməyib və əlavə edib ki, onların güvənini qazanmaq üçün hər şeyi edəcək: "Buraya gəlməzdən əvvəl "Fənərbaxça" azarkeşlərinin ehtirası və coşğusunu bilirdim, amma bunu meydanda canlı yaşamaq tamamilə fərqli bir hissdir. Meydana çıxdığım anda hiss etdiyim dəstək möhtəşəm idi. Matç boyunca bizə inanılmaz enerji verdilər. Kadıköy karyeramda gördüyüm ən yaxşı atmosfer ola bilər. İlk oyunda istədiyimiz qələbəni qazana bilmədik, amma heç-heçə hələ oyunun taleyinin həlli demək deyil. "Lion" güclü rəqibdir, amma biz də öz keyfiyyətimizin fərqindəyik. Səfərdə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq üçün sona qədər savaşacağıq"

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR