Yeni Partiyanın təşkilat sədri istintaqa çağırıldı - Deputatın bıçaqlanmasına görə

Yeni Partiyanın təşkilat sədri istintaqa çağırıldı - Deputatın bıçaqlanmasına görə

DÜNYA

Bugün, 17:56

Türkiyədə dünən bıçaqlanan deputata görə bu gün Yeni Partiyanın Qaziantep şəhər təşkilatının sədri Erhan Deniz Güngen istintaqa çağırılıb.

Mia.az Türkiyə mətbuata istinadla xəbər verir ki, o, Qaziantepdən deputat Melih Meriçi bıçaqlayan CHP-nin Oğuzeli Rayon təşkilatının keçmiş sədri Seydi Ahmet Keleş arasındakı mübahisə üzrə ifadə verəcək.

Məlumata görə, bıçaqlanma hadisəsindən dərhal sonra təşkila sədrinin "Bu hücum demokratiyanı boğa bilməyənlər və partiyamıza mane olmaq istəyənlər tərəfindən həyata keçirilib", - sözləri də istintaqda ondan soruşulacaq: "Çünki bu, açıq şəkildə yanlış məlumat yaymaqla cəmiyyətdə gərginliyə səbəb verməkdir..."

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR