Sabirabadda 36 yaşlı şəxs 8 kiloqram narkotiklə tutulub

Sabirabadda 36 yaşlı şəxs 8 kiloqram narkotiklə tutulub

KRİMİNAL

Bugün, 11:48

Sabirabadda 36 yaşlı şəxs 8 kiloqram narkotiklə tutulub.

Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 36 yaşlı İlkin Əbdürəhmanov saxlanılıb. Ondan 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR