Xalq artisti: "Kişi istər efirdə, istər səhnədə, istərsə də həyatda kişi kimi geyinməlidir"
MƏDƏNİYYƏT
19.08.2026, 11:50
“Kişiyə kişi deyiblər, qadına qadın. Kişi istər efirdə, istər səhnədə, istərsə də həyatda kişi kimi geyinməlidir. Avropanın adını eşidiblər, bilmirlər nə etsinlər.. Kiprik, qaş, göz, yanaq bərbad haldadır. Söhbət kişi müğənnilərdən gedir. Avropa bizimkilərin yanında yalandır. Kişinin oxumağından kişi iyi gəlməlidir. İndiki müğənnilərə baxırsan, üzünü çevirirsən elə bil ki, qadın oxuyur. Kişinin səsinin gücü olmalıdır. Rəşid, Bülbül, Müslüm görün necə oxuyublar?! Sənətdə belə yadda qalmaq lazımdır. O qədər oxuyan var ki, əgər birini tanıyıramsa atama lənət.. Səhnədə oxumaq mədəniyyəti göstərməlisən. Janqlyorluq başqadır, bu sirkdə olur”.
Mia.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Zaur Rzayev deyib.
O daha sonra əlavə edib: “Efirdə toy söhbətləri edirlər. 50 il toylara getmişəm, hələ indiyə qədər bir dəfə də efirdə toy adı çəkməmişəm. Mənim adıma görə uşaqlarının adını Zaur qoyan ailələr olub. Efirlərdə elə verilişlər olmalıdı ki, tamaşaçıya da xoş gəlsin. Oturub danışanda biləsən ki, sözünün əvvəli nədir, axırı nədir? Hər şeyi zarafata salırlar. İndi hamı bir-birini tərifləyir, deyib-gülürlər. Ayıbdır vallah. Adam xəcalət çəkir. Guya bu biri komandanı dağıtdılar ki, səviyyəliləri gələcək. İndi gələnlər ondan da betərdir. O birlərin heç olmasa savadlı var idi. Bunlar kənddə-kəsəkdə kim varsa hamısını efirə çıxarırlar. Efir müqəddəs bir yerdir. Orada layiqli insanlar çıxış etməlidir. Deməzdim ki, yaxşı aparıcılar və verilişlər yoxdur. Məsələn, Saleh Bağırov, Yalçın Uğur və s. Yalçının tez-tez verilişinə gedib gəlirəm. Onun xətrini çox istəyirəm, həqiqəti danışır. Bayağılıqdan uzaqdır. Efirində mənim də, oğlumun da köhnə lentlərini yayımlayır. Mən ümumiyyətlə heç vaxt heç kimdən xahiş etməmişəm ki, məni efirə çıxarın. Məni özləri hər zaman axtarıb tapıblar. Sənətə, insanlığa, kişiliyə diqqət veriblər”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
QƏBUL İMTAHANI QAYDASI DƏYİŞİR? - Məleykə Abbaszadə yayılan iddialara cavab verdi
Bugün, 13:58 CƏMİYYƏT
-
"Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür" - Nazir elə açıqlama verdi ki...
Bugün, 13:55 SİYASƏT
-
8 ayda 1448 nəfər işdən azad olunub? - "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə nə baş verir?
Bugün, 13:23 GÜNDƏM
-
Rusiya Kiyevə növbəti dəfə zərbə endirib - İki nəfər ölüb, 10 nəfər yaralanıb
Bugün, 13:11 DÜNYA
-
Rezidenturaya boş qalan plan yerlərinə ixtisas seçimi başlayıb
Bugün, 13:05 GÜNDƏM
-
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istəyiblər
Bugün, 12:53 KRİMİNAL
-
YAP-ın VIII Qurultayına hazırlığa start verildi
Bugün, 12:50 SİYASƏT
-
Prezident İlham Əliyev Qordana Silyanovska-Davkovaya məktub göndərib - MƏTN
Bugün, 12:40 GÜNDƏM
-
AFFA klubları cərimələyib
Bugün, 12:36 İDMAN
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:14 CƏMİYYƏT
-
Azərbaycan İnvestisiya Holdinqində gözlənilməz dəyişiklik - Əli Əsədov Əlixanovu vəzifədən azad etdi, "PAŞA Holdinq"in rəsmisini yüksək vəzifəyə gətirdi
Bugün, 12:09 GÜNDƏM
-
Baham adalarında kiçik təyyarə yoxa çıxdı - Eyni ailənin 4 üzvündən xəbər yoxdur
Bugün, 11:56 DÜNYA
-
Çempionlar Liqası: bu gecə 6 oyun olacaq
Bugün, 11:44 İDMAN
-
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib - FOTOLAR
Bugün, 11:35 CƏMİYYƏT
-
Dünya Bankı Azərbaycanda aqrar sektor ilə bağlı əsas prioriteti açıqlayıb
Bugün, 11:33 İQTİSADİYYAT
-
DİM boş qalan yerlərə qəbul elan edib
Bugün, 11:17 GÜNDƏM
-
Sosial mediada "hoqqa" verən "blogerlər"in hesabı bloklanıb - Aralarında tanınmış simalar da var
Bugün, 11:06 PRESS
-
Kılıçdaroğlu İmamoğlunu "siyasi məhbus" saymır: "Özgür Özəl və tərəfdarlarının gedişi isə..."
Bugün, 10:58 SİYASƏT
-
Hakan Çalhanoğlu geyimi ilə gündəm oldu - FOTOLAR
Bugün, 10:49 İDMAN
-
İki kollecdə təyinatlar olub
Bugün, 10:31 CƏMİYYƏT
-
Küləkli havada 4 nəfər xəsarət alıb
Bugün, 10:25 CƏMİYYƏT
-
"Qalatasaray"ın sabiq futbolçusu yeni klubla anlaşdı
Bugün, 10:21 İDMAN
-
"Zəngulə” romanı - Şahidlik nəsri və müharibənin qlobal anatomiyası
Bugün, 10:09 PRESS
-
Fərid Şəfiyev: "Cənubi Qafqazda yeni geosiyasi landşaft formalaşıb"
Bugün, 10:02 SİYASƏT
-
Ağ Ev dəhlizlərində qısqanclıq krizi: Melaniya kimdən narahat olub? - "Mənim üçün ən dəyərli sənsən, əgər səhv etsəm..." (FOTO)
Bugün, 09:50 GÜNDƏM
-
Türkiyədə meşə yanğını: əhali yaşayış məntəqələrindən təxliyə olunub - FOTOLAR
Bugün, 09:32 GÜNDƏM
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Bugün, 09:19 İQTİSADİYYAT
-
Hacıqabulda avtomobil aşıb: 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb
Bugün, 09:13 KRİMİNAL
-
CHP-dən qovulan bələdiyyə sədri məhkəmədə huşunu itirdi
Bugün, 09:00 SİYASƏT
-
"Bavariya" "Qalatasaray"dan aldığı futbolçunu satışa çıxardı
Bugün, 00:24 İDMAN
-
Türkiyədə həbsdə olan kürd siyasətçi azadlığa buraxılır
Bugün, 00:24 DÜNYA
-
Bayılda külək binanın fasadını qopardı - VİDEO
Bugün, 00:17 CƏMİYYƏT
-
Sədr və qardaşına yaxın vəzifəlilər AZAL-dan uzaqlaşdırılıb - Yoxlamanın nəticəsi nə vaxt elan olunacaq?
Bugün, 00:12 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 MƏDƏNİYYƏT