İsrail Baş Qərargah rəisi Suriya ərazisini ziyarət edib

 İsrail Baş Qərargah rəisi Suriya ərazisini ziyarət edib

DÜNYA

Bugün, 17:20

Ötən gün İsrail ordusunun Hələbdə hava limanını bombalamasından sonra İsrail Baş Qərargah rəisi Eyal Zamir Suriyanın cənubuna - yeni işğal olunmuş əraziyə gəlməsi böyük maraq doğurub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qərargah rəisini yüksək rütbəli zabitlər müşayiət ediblər.

Məlumatda qərargah rəisinin gəlişinin səbəbi və oradakı fəaliyyəti haqqında məlumat verilməyib.

Xəbərdə o da deyilir ki, bu səfər Suriya və Türkiyənin diplomatik etirazlarını artırıb.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR