DAHA BİR TƏRİQƏTİN MALİYYƏ QAYNAQLARINA "ƏL QOYULDU" - 5 şirkətə qəyyum təyin edildi, 349 sosial media hesabı bloklandı

DAHA BİR TƏRİQƏTİN MALİYYƏ QAYNAQLARINA \"ƏL QOYULDU\" - 5 şirkətə qəyyum təyin edildi, 349 sosial media hesabı bloklandı

SİYASƏT

19.08.2026, 13:22

Bu gün sübh çağı Adana başda olmaqla, Türkiyənin 6 şəhərində dini təriqətçilərin mərkəzi olan Furkan Fondu (Vəqf) və onun lideri Alparslan Kuytul və həyat yoldaşı Semra Kuytul başda olmaqla xeyli dindarın həbsinə paralel olaraq, təriqətçilərə məxus maliyyə qaynaqlarına da "əl qoyulub".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ölkədə ciddi siyasi gücə və maddiyyata sahib olan "Süleymançılar" təriqəti kimi, bu təriqətə də aid ofis, iş yerləri və digər məkanlarda axtarış aparılıb: "Qısa zamanda 49 fərqli məkanlarda axtarışlar aparılıb, 5 şirkətə əl qoyulub, onların başına yeni qəyyumlar təyin olunub, üstəlik, təriqətin rəhbər şəxslərinə məxsus 349 sosial media hesabına giriş bloklanıb..."

Əməliyyatın təfərrüatları ilə bağlı rəsmi açıqlama verən Ədliyyə naziri Akın Gürlek yayılan xəbəri təsdiqləyib.

Yeri gəlmişkən, təriqət lideri Alparslan Kuytul evində qoluna qandal vurulmasına etiraz edib: "Siz çox, çox ayıb iş görürsünüz. Bəyəm hakim qərar verdimi?".

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR