"ADY-dən bilet əldə edə bilmək üçün 3 həftə gözlədik, gecə saat 4-də..." - Aparıcıdan Bakı-Tbilisi qatarına bilet satışı ilə bağlı narazılıq...

\"ADY-dən bilet əldə edə bilmək üçün 3 həftə gözlədik, gecə saat 4-də...\" - Aparıcıdan Bakı-Tbilisi qatarına bilet satışı ilə bağlı narazılıq...

CƏMİYYƏT

Bugün, 16:26

Aparıcı Aytən Səfərova ailəsi ilə birlikdə Gürcüstana səfər edib.

Mia.az Axşam.az-a istinadla xəbər verir ki, aparıcı Tbilisidən Bakıya necə qayıtması ilə bağlı sualları cavablayıb.

A.Səfərova “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bilet əldə edə bilmək üçün həftələrlə gözləməli olduğunu açıqlayıb:

“Azərbaycan Dəmir Yolları” QSC-nin saytını ailəmlə birlikdə həftələrlə izlədik. Düz 3 həftə sonra, gecə saat 4-də biletlərə giriş açıldı və biz biletləri əldə etdik. Düz 3 telefonla daxil olduq və ödənişi etdik. Nə qədər insan gözləyir və qatarlar boş qayıtmır”.

Qeyd edək ki, son günlər sərnişinlər ADY-dən bilet alaraq Tbilisiyə getsələr də, geri qayıtmaqda çətinlik çəkdiklərini deyirlər. Sərnişinlərin əksəriyyəti bilet tapa bilmədiklərini və ya qatarların gecikdiyini bildiriblər.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR