HƏKİM SƏHVİ, YOXSA... - Ali Məhkəmə xəstə-həkim mübahisələrinə dair izah yaydı
CƏMİYYƏT
19.08.2026, 11:59
"Səhiyyə sahəsində yaranan mübahisələrdə cəmiyyətdə adətən xəstənin səhhətində arzuolunmaz nəticə baş verdikdə bunun avtomatik olaraq həkim səhvi olduğu düşünülür. Halbuki tibbi müdaxilənin arzuolunmaz nəticə ilə yekunlaşması hər zaman həkimin hüquqi məsuliyyəti demək deyil".
Mia.az xəbər verir ki, bu barədə Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, həkimin məsuliyyəti ilk növbədə tibbi müdaxilənin mövcud tibbi göstərişlərə uyğun aparılıb-aparılmaması, diaqnozun düzgün müəyyən edilməsi, müalicə taktikasının tibbi standartlara cavab verməsi və müdaxilənin peşəkar qaydada icra olunması əsasında qiymətləndirilməlidir:
"Təkcə xəstədə sonradan müəyyən fəsadların meydana çıxması həkimin təqsirini təsdiq etmir. Yəni tibbi mübahisələrdə məhkəmə yalnız nəticəyə deyil, həmin nəticəyə aparan prosesin düzgün icra olunub-olunmadığına qiymət verir. Əgər həkim diaqnozu mövcud müayinələrə əsasən düzgün müəyyən etmiş, müalicə üsulunu düzgün seçmiş, əməliyyatı tibbi standartlara uyğun icra etmişdirsə, arzuolunmaz nəticənin baş verməsi özü-özlüyündə həkimin hüquqi məsuliyyət daşıdığını göstərmir".
Ali Məhkəmənin Plenumunun "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" qərarında qeyd olunubdur ki, bütün prosedurlar tibb elminin ümumi qəbul olunan sübutlu təbabət prinsiplərinə uyğun xüsusi diqqət və lazımi tədbirlər çərçivəsində həyata keçirildiyi halda, vurulmuş zərərə görə məsuliyyət istisna edilir: "Bu mənada həkimin tibbi standartlar çərçivəsində hərəkət edərək lazımi diqqət və qayğı göstərməsinə baxmayaraq, ortaya çıxan arzuolunmayan nəticədən qanuni olaraq məsuliyyət daşımayacağı qəbul edilir. Nəzərə alınmalıdır ki, tibbi mübahisələrdə ən mühüm sübutlar məhz tibbi sənədlərdir. Tibb müəssisəsi fəaliyyətinin qanuna, göstərdiyi tibbi xidmətlərin klinik protokollara uyğun olmasını sübut etməlidir. Buna görə xəstənin şikayətləri, aparılan müayinələr, diaqnoz, əməliyyatın səbəbləri, əməliyyat protokolları və pasiyentin məlumatlandırılması və razılığının alınması tam və düzgün sənədləşdirilməlidir. Sənədləşmədə boşluqlar olduqda, hətta tibbi müdaxilə düzgün aparılmış olsa belə, bu vəziyyət sonradan sübutetmə baxımından ciddi çətinliklər yarada bilər".
Ali Məhkəmənin məlumatında qeyd edilib ki, xüsusilə xəstəyə əməliyyat barədə lazımi məlumatın verilməsi və razılığının alınması proseduru formal sənəd imzalatmaqdan ibarət olmamalıdır: "Pasiyentə planlaşdırılan əməliyyatın məqsədi, mümkün risklər, ağırlaşmalar və gözlənilən nəticələr sadə və anlaşılan şəkildə izah edilməli, bu proses lazımi qaydada sənədləşdirilməlidir. Bu yanaşma həm pasiyentin hüquqlarının qorunmasına, həm də sonradan yarana biləcək mübahisələrin qarşısının alınmasına xidmət edir.
Beləliklə, tibbi xidmət sahəsində hüquqi risklərin azaldılması üçün həm həkimlər, həm də xəstəxanalar fəaliyyətlərini yalnız keyfiyyətli tibbi xidmətlə məhdudlaşdırmamalı, hüquqi baxımdan da düzgün təşkil etməlidirlər".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istəyiblər
Bugün, 12:53 KRİMİNAL
-
YAP-ın VIII Qurultayına hazırlığa start verildi
Bugün, 12:50 SİYASƏT
-
Prezident İlham Əliyev Qordana Silyanovska-Davkovaya məktub göndərib - MƏTN
Bugün, 12:40 GÜNDƏM
-
AFFA klubları cərimələyib
Bugün, 12:36 İDMAN
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:14 CƏMİYYƏT
-
Azərbaycan İnvestisiya Holdinqində gözlənilməz dəyişiklik - Əli Əsədov Əlixanovu vəzifədən azad etdi, "PAŞA Holdinq"in rəsmisini yüksək vəzifəyə gətirdi
Bugün, 12:09 GÜNDƏM
-
Baham adalarında kiçik təyyarə yoxa çıxdı - Eyni ailənin 4 üzvündən xəbər yoxdur
Bugün, 11:56 DÜNYA
-
Çempionlar Liqası: bu gecə 6 oyun olacaq
Bugün, 11:44 İDMAN
-
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib - FOTOLAR
Bugün, 11:35 CƏMİYYƏT
-
Dünya Bankı Azərbaycanda aqrar sektor ilə bağlı əsas prioriteti açıqlayıb
Bugün, 11:33 İQTİSADİYYAT
-
DİM boş qalan yerlərə qəbul elan edib
Bugün, 11:17 GÜNDƏM
-
Sosial mediada "hoqqa" verən "blogerlər"in hesabı bloklanıb - Aralarında tanınmış simalar da var
Bugün, 11:06 PRESS
-
Kılıçdaroğlu İmamoğlunu "siyasi məhbus" saymır: "Özgür Özəl və tərəfdarlarının gedişi isə..."
Bugün, 10:58 SİYASƏT
-
Hakan Çalhanoğlu geyimi ilə gündəm oldu - FOTOLAR
Bugün, 10:49 İDMAN
-
İki kollecdə təyinatlar olub
Bugün, 10:31 CƏMİYYƏT
-
Küləkli havada 4 nəfər xəsarət alıb
Bugün, 10:25 CƏMİYYƏT
-
"Qalatasaray"ın sabiq futbolçusu yeni klubla anlaşdı
Bugün, 10:21 İDMAN
-
"Zəngulə” romanı - Şahidlik nəsri və müharibənin qlobal anatomiyası
Bugün, 10:09 PRESS
-
Fərid Şəfiyev: "Cənubi Qafqazda yeni geosiyasi landşaft formalaşıb"
Bugün, 10:02 SİYASƏT
-
Ağ Ev dəhlizlərində qısqanclıq krizi: Melaniya kimdən narahat olub? - "Mənim üçün ən dəyərli sənsən, əgər səhv etsəm..." (FOTO)
Bugün, 09:50 GÜNDƏM
-
Türkiyədə meşə yanğını: əhali yaşayış məntəqələrindən təxliyə olunub - FOTOLAR
Bugün, 09:32 GÜNDƏM
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Bugün, 09:19 İQTİSADİYYAT
-
Hacıqabulda avtomobil aşıb: 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb
Bugün, 09:13 KRİMİNAL
-
CHP-dən qovulan bələdiyyə sədri məhkəmədə huşunu itirdi
Bugün, 09:00 SİYASƏT
-
"Bavariya" "Qalatasaray"dan aldığı futbolçunu satışa çıxardı
Bugün, 00:24 İDMAN
-
Türkiyədə həbsdə olan kürd siyasətçi azadlığa buraxılır
Bugün, 00:24 DÜNYA
-
Bayılda külək binanın fasadını qopardı - VİDEO
Bugün, 00:17 CƏMİYYƏT
-
Sədr və qardaşına yaxın vəzifəlilər AZAL-dan uzaqlaşdırılıb - Yoxlamanın nəticəsi nə vaxt elan olunacaq?
Bugün, 00:12 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 MƏDƏNİYYƏT
-
Deputatın qardaşı və qardaşı arvadı haqqında qərar verildi - Ölkədən çıxışa qadağa və...
07.09.2026, 21:31 DÜNYA
-
Ərdoğan İsrailə xəbərdarlıq edib, İranla müharibə barədə mesajlar verib: "Sakit davranışımız heç kəsi aldatmasın!" - "Türkiyənin dostları qalib, düşmənləri məğlub olacaq"
07.09.2026, 20:13 GÜNDƏM
-
"Fənərbağça" yapon hücumçu üçün 25 milyon avro təklif verdi, rədd cavabı aldı
07.09.2026, 19:52 İDMAN
-
"Fənərbağça"da daha bir ayrılıq - İstanbuldan yola salanı olmadı
07.09.2026, 18:57 İDMAN
-
"Changan"ların mühərriki niyə tez sıradan çıxır? - VİDEO
07.09.2026, 18:42 İQTİSADİYYAT