TÜRKİYƏDƏ DAHA BİR TƏRİQƏT LİDERİ QANDALLANDI: arvadiyla birgə... + FOTOLAR

TÜRKİYƏDƏ DAHA BİR TƏRİQƏT LİDERİ QANDALLANDI: arvadiyla birgə... + FOTOLAR

SİYASƏT

Bugün, 09:32

Dünən Türkiyə prezidenti Ərdoğanın müşaviri Oktay Saralın Süleymançı təriqətinin lideri və üzvlərinin həbsinə sərt  etiraz edən Furkan Fondunun rəhbəri Alparslan Kuytulu hədələməsini "barı" bu gün verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  Adana şəhərində sübh çağı keçirilən əməliyyatla Furkan Fondunun (Vəqf) təsisçisi və rəhbəri Alparslan Kuytul və həyat yoldaşı saxlanılıb.

Məlumata əsasən, xüsusi təyinatlı qüvvələrin dəstəyi ilə Seyhan rayonundakı evlərində axtarış aparılıb, bu zaman isə ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb: "Kuytul cütlüyü və saxlanılan vəqf üzvləri geniş təhlükəsizlik tədbirləri altında müayinədən keçirilmək  üşün Adana Məhkəmə Tibbi Ekspertiza İnstitutuna gətirilib. Oradan isə polis bölməsinə aparılıblar. Bu gün onların ifadələrinin alınmasına başlayacaqlar".

Maraqlı burasıdır ki, saxlanılarkən Kuytulu arvadı barmaqları ilə "zəfər" işarəsi mesajı verib.

Xatırladaq ki, dünən Prezidentin baş müşaviri Oktay Saral sosial media paylaşımında "Vaxtın tükənir, Kuytul! Sən ağıllanmadın, növbəni gözlə!"

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR