Müşavir dindarları etiraza çağıran Fond rəhbərini hədələdi: "Sənin də suyun isindi, növbəni gözlə!"

Müşavir dindarları etiraza çağıran Fond rəhbərini hədələdi: \"Sənin də suyun isindi, növbəni gözlə!\"

SİYASƏT

Bugün, 14:27

Türkiyə prezidenti Ərdoğanın müşaviri Oktay Saral Süleymançı təriqətinin lideri və üzvlərinin həbsinə sərt  reaksiya verən Furkan Fondunun rəhbəri Alparslan Kuytulu hədələyib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  Saral, Süleymançılar qrupunun lideri Alihan Kurişə qarşı istintaq və həbs qərarlarını tənqid edən Kuytulun videosunu paylaşaraq, "Dövlətdən böyük güc yoxdur" deyərək, ona xəbərdarlıq edib: "Sənin də suyun isinir,  Kuytul! Ağılanmamısan , sənin də növbən gələcək!" (Müşavirin xəbərdarlığını aşağıda olduğu kimi təqdim etmişik - Mia.az)
Xatırladaq ki, Furkan Fondunun lideri  Alparslan Kuytul Süleymançılar təşkilatına qarşı əməliyyatdan sonra  videomüraciət yayaraq, dini icmaların təslim olmamalı olduğunu bildirib və bu istiqamətdə dindarları ayağa qalxmağa çağırıb: "Əgər dini icmalar günahkardırlarsa, problem yaratmağa ehtiyac yoxdur; əgər günahsızdırlarsa, mübarizə aparmalı, təslim olmamamlıdırlar. Dövlət və hökumət öyrənməlidir ki, hər icmanı susdura bilməzlər, hər yerə qəyyumlar təyin edə bilməzlər. Dövlət icmaya kimin rəhbərlik edəcəyinə qərar verəcəkmi? Onlar qəyyumlar təyin etməyə dəhşətli dərəcədə öyrəşiblər. Partiyalara, bələdiyyələrə, fabriklərə qəyyumlar təyin edir, hər kəsin işini və dolanışığını məhv edirlər. İndi bir icmaya qəyyum təyin edəcəksiniz? Əgər bu şəxs ciblərini dolduran və varlanan biri deyilsə, icmalar öz liderlərini müdafiə etməlidirlər."
F.SƏFƏRLİ
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR