Rusiya KİV-ləri Azərbaycana qarşı niyə səfərbər olunub? - AÇIQLAMA
SİYASƏT
18.08.2026, 13:47
Rusiyanın bəzi kütləvi informasiya vasitələrində Azərbaycan dövlətinə, xalqına, ölkə rəhbərliyinə və görkəmli şəxsiyyətlərimizə qarşı təhqiramiz, nalayiq və təhdid xarakterli materialların sistemli şəkildə yayılmaqdadır. Artıq məsələ ilə bağlı Azərbaycan Mətbuat Şurası bəyanat yayıb.
Mia.az xəbər verir ki, bəyanatda Rusiya informasiya məkanında müşahidə edilən bu tendensiya qətiyyətlə pislənir.
Bəyanatda diqqəti cəlb edən ən sərt məqam Rusiya informasiya məkanında belə materialların sistemli xarakter daşımasının mümkün siyasi mənasına dair qiymətləndirmədir. Mətbuat Şurası bildirir ki, Rusiya informasiya məkanının sərt qanunvericiliklə tənzimləndiyi bir şəraitdə Azərbaycan əleyhinə bu cür materialların ardıcıl və sistemli şəkildə ortaya çıxması onların Rusiyanın dövlət siyasəti səviyyəsində təsdiqlənməsinə bərabər tutula bilər.
Rusiya KİV-də Azərbaycan dövlətinə, xalqına, ölkə rəhbərliyinə və görkəmli şəxsiyyətlərimizə qarşı təhqiramiz, nalayiq və təhdid xarakterli materialların sistemli şəkildə yazıların verilməsi nədən xəbər verir?
Bu, hansısa jurnalistlərin özfəaliyyətidir, yoxsa dövlətin ən azı hansısa qanadından sifarişlə həyata keçirilən prosesdir?

Politoloq Yusif Bağırzadə Musavat.com-a bildirib ki, burada məsələni yalnız “bir neçə jurnalistin özfəaliyyəti” kimi qiymətləndirmək çətindir: “Son aylarda müşahidə olunan tendensiya da təsdiq edir ki, Rusiyanın bəzi rəsmi dairələrində Azərbaycanla münasibətləri soyuqlaşdırmaq niyyəti mövcuddur. Bu ölkədə media tamamilə müstəqil və dövlət təsirindən kənar fəaliyyət göstərən informasiya sistemi deyil ki, anti-Azərbaycan materiallarının müstəqil jurnalist mövqeyi olduğunu düşünək.
Xüsusilə federal telekanallar, dövlətə yaxın media qurumları və siyasi tok-şoular Rusiyanın ümumi informasiya siyasətinin mühüm alətləridir. Ona görə də belə platformalarda eyni ölkəyə qarşı uzun müddət davam edən, müxtəlif müəlliflər və müxtəlif media qurumları tərəfindən təkrarlanan eyni ritorikanı sırf jurnalistlərin şəxsi mövqeyi kimi izah etmək inandırıcı deyil.
Rusiyanın informasiya sistemində “yuxarıdan gələn göstəriş”lə yanaşı, redaksiyaların dövlət siyasətini əvvəlcədən hiss edərək özünüsenzura və “siyasi xəttə uyğunlaşma” mexanizmi də işləyə bilər. Yəni, jurnalistə “Azərbaycanı təhqir edən yazı hazırla” deyilməsi vacib deyil. Media rəhbərliyi və aparıcılar hansı mövzuların, hansı tonun və hansı tezislərin siyasi baxımdan qəbulolunan olduğunu bilirlər. Jurnalist bilir ki, Azərbaycana qarşı yazısına görə ona nə dövlətin rəsmi qurumlarından, nə də işlədiyi media orqanının rəhbərliyindən mənfi reaksiya olmayacaq”.
Politoloqa görə, Rusiya dövlətinin elan olunan rəsmi mövqeyi ilə Rusiya informasiya məkanında yayılan ritorika arasında ziddiyyət ortadadır: “Moskva rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bildirir. Amma dövlətə məxsus və ya dövlətə yaxın informasiya platformalarında bunun əksinə olan mesajların meydana çıxması artıq sırf jurnalistika problemi deyil.
Azərbaycan Mətbuat Şurasının vurğuladığı məqam da məhz buna görə əhəmiyyətlidir. Rusiya informasiya məkanı kifayət qədər sərt şəkildə tənzimlənirsə və orada müəyyən mövzular üzrə nəşrlər üzərində ciddi nəzarət mövcuddursa, onda Azərbaycan əleyhinə təhqir, təhdid və düşmənçilik ritorikasının arxasında gizli siyasətin dayandığı şübhələri meydana gəlir. Azərbaycana siyasi təzyiq göstərmək üçün media və informasiya resurslarından istifadə edildiyi hiss olunur”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür" - Nazir elə açıqlama verdi ki...
Bugün, 13:55 SİYASƏT
-
8 ayda 1448 nəfər işdən azad olunub? - "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə nə baş verir?
Bugün, 13:23 GÜNDƏM
-
Rusiya Kiyevə növbəti dəfə zərbə endirib - İki nəfər ölüb, 10 nəfər yaralanıb
Bugün, 13:11 DÜNYA
-
Rezidenturaya boş qalan plan yerlərinə ixtisas seçimi başlayıb
Bugün, 13:05 GÜNDƏM
-
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istəyiblər
Bugün, 12:53 KRİMİNAL
-
YAP-ın VIII Qurultayına hazırlığa start verildi
Bugün, 12:50 SİYASƏT
-
Prezident İlham Əliyev Qordana Silyanovska-Davkovaya məktub göndərib - MƏTN
Bugün, 12:40 GÜNDƏM
-
AFFA klubları cərimələyib
Bugün, 12:36 İDMAN
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:14 CƏMİYYƏT
-
Azərbaycan İnvestisiya Holdinqində gözlənilməz dəyişiklik - Əli Əsədov Əlixanovu vəzifədən azad etdi, "PAŞA Holdinq"in rəsmisini yüksək vəzifəyə gətirdi
Bugün, 12:09 GÜNDƏM
-
Baham adalarında kiçik təyyarə yoxa çıxdı - Eyni ailənin 4 üzvündən xəbər yoxdur
Bugün, 11:56 DÜNYA
-
Çempionlar Liqası: bu gecə 6 oyun olacaq
Bugün, 11:44 İDMAN
-
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib - FOTOLAR
Bugün, 11:35 CƏMİYYƏT
-
Dünya Bankı Azərbaycanda aqrar sektor ilə bağlı əsas prioriteti açıqlayıb
Bugün, 11:33 İQTİSADİYYAT
-
DİM boş qalan yerlərə qəbul elan edib
Bugün, 11:17 GÜNDƏM
-
Sosial mediada "hoqqa" verən "blogerlər"in hesabı bloklanıb - Aralarında tanınmış simalar da var
Bugün, 11:06 PRESS
-
Kılıçdaroğlu İmamoğlunu "siyasi məhbus" saymır: "Özgür Özəl və tərəfdarlarının gedişi isə..."
Bugün, 10:58 SİYASƏT
-
Hakan Çalhanoğlu geyimi ilə gündəm oldu - FOTOLAR
Bugün, 10:49 İDMAN
-
İki kollecdə təyinatlar olub
Bugün, 10:31 CƏMİYYƏT
-
Küləkli havada 4 nəfər xəsarət alıb
Bugün, 10:25 CƏMİYYƏT
-
"Qalatasaray"ın sabiq futbolçusu yeni klubla anlaşdı
Bugün, 10:21 İDMAN
-
"Zəngulə” romanı - Şahidlik nəsri və müharibənin qlobal anatomiyası
Bugün, 10:09 PRESS
-
Fərid Şəfiyev: "Cənubi Qafqazda yeni geosiyasi landşaft formalaşıb"
Bugün, 10:02 SİYASƏT
-
Ağ Ev dəhlizlərində qısqanclıq krizi: Melaniya kimdən narahat olub? - "Mənim üçün ən dəyərli sənsən, əgər səhv etsəm..." (FOTO)
Bugün, 09:50 GÜNDƏM
-
Türkiyədə meşə yanğını: əhali yaşayış məntəqələrindən təxliyə olunub - FOTOLAR
Bugün, 09:32 GÜNDƏM
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Bugün, 09:19 İQTİSADİYYAT
-
Hacıqabulda avtomobil aşıb: 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb
Bugün, 09:13 KRİMİNAL
-
CHP-dən qovulan bələdiyyə sədri məhkəmədə huşunu itirdi
Bugün, 09:00 SİYASƏT
-
"Bavariya" "Qalatasaray"dan aldığı futbolçunu satışa çıxardı
Bugün, 00:24 İDMAN
-
Türkiyədə həbsdə olan kürd siyasətçi azadlığa buraxılır
Bugün, 00:24 DÜNYA
-
Bayılda külək binanın fasadını qopardı - VİDEO
Bugün, 00:17 CƏMİYYƏT
-
Sədr və qardaşına yaxın vəzifəlilər AZAL-dan uzaqlaşdırılıb - Yoxlamanın nəticəsi nə vaxt elan olunacaq?
Bugün, 00:12 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 MƏDƏNİYYƏT
-
Deputatın qardaşı və qardaşı arvadı haqqında qərar verildi - Ölkədən çıxışa qadağa və...
07.09.2026, 21:31 DÜNYA