Azərbaycanın axtarışa verdiyi rusiyalı nazirin müşaviri vəzifədən istefa verdi
SİYASƏT
18.08.2026, 22:47
Əvvəllər Azərbaycan əleyhinə açıqlamalar verən Rusiya nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev vəzifəsindən istefa verib.
Məlumata görə, keçmiş məmur bu barədə teleqram kanalında yazıb.
"Mən Rusiya nəqliyyat nazirinin müşaviri vəzifəsindən istefa vermək qərarına gəldim", - o qeyd edib/Report.
Xatırladaq ki, avqustun 17-də Azərbaycanın Baş Prokurorluğu Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışların edilməsi faktları ilə başlanmış cinayət işi üzrə adıçəkilən şəxsi də axtarışa verib.
Baş Prokurorluğun məlumatına əsasən, istintaq zamanı müəyyən olunub ki, Rusiya Federasiyası vətəndaşları – "Moskva 24" telekanalının aparıcısı, jurnalist Knyazev İvan Andreyeviç, Rusiya Federasiyasında siyasi məsləhətçi və media eksperti kimi özünü təqdim edən Uralov Semyon Sergeyeviç və televiziya jurnalisti və müxbiri kimi fəaliyyət göstərən, Rusiya Federasiyası nəqliyyat nazirinin müşaviri Çadayev Aleksey Aleksandroviç 14 iyul 2026-cı il tarixdə "YouTube" platformasında "Семён Уралов" adlı kanalda yayımlanan "Чистота понимания" verilişində Azərbaycan Respublikasına qarşı zorakı üsulların tətbiq edilməsi, ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanması, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönələn çağırışlarla çıxış etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, həmin şəxslər 13 avqust 2026-cı il tarixdə qeyd olunan kanalda yayımlanan verilişdə Azərbaycan Respublikasına qarşı zorakı üsullardan istifadə edilməsi, o cümlədən ayrı-ayrı şəxslərin birbaşa fiziki məhvetmə təhlükəsi altında saxlanılması və ünvanlı şəkildə sıradan çıxarılması barədə fikirlər səsləndirərək terrorçuluğa açıq çağırışlar etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci maddələri (milli nifrət və düşmənçiliyin salınması) ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.
Toplanmış sübutlar əsasında Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayev barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2, 281.2 və 283.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələri barədə qərarlar qəbul edilmiş, həmin şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənar olduqlarından axtarış elan olunaraq məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Eyni zamanda, təqsirləndirilən şəxslərin tərəfdaş dövlətlərin ərazisində müəyyən edilərək tutulması və Azərbaycan Respublikasına təqdim olunması məqsədilə aidiyyəti dövlət qurumlarına Baş Prokurorluq tərəfindən müvafiq müraciətlər edilmiş, habelə onların İnterpol kanalları vasitəsilə beynəlxalq axtarışının təşkili istiqamətində zəruri tədbirlər görülüb.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edir ki, Azərbaycan Respublikasının suverenliyinə, konstitusiya quruluşuna və ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən qanunsuz əməllərə qarşı milli qanunvericiliyin və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə uyğun olaraq qətiyyətli hüquqi tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcəkdir.
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
AFFA klubları cərimələyib
Bugün, 12:36 İDMAN
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:14 CƏMİYYƏT
-
Baham adalarında kiçik təyyarə yoxa çıxdı - Eyni ailənin 4 üzvündən xəbər yoxdur
Bugün, 11:56 DÜNYA
-
Çempionlar Liqası: bu gecə 6 oyun olacaq
Bugün, 11:44 İDMAN
-
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib - FOTOLAR
Bugün, 11:35 CƏMİYYƏT
-
Dünya Bankı Azərbaycanda aqrar sektor ilə bağlı əsas prioriteti açıqlayıb
Bugün, 11:33 İQTİSADİYYAT
-
DİM boş qalan yerlərə qəbul elan edib
Bugün, 11:17 GÜNDƏM
-
Sosial mediada "hoqqa" verən "blogerlər"in hesabı bloklanıb - Aralarında tanınmış simalar da var
Bugün, 11:06 PRESS
-
Kılıçdaroğlu İmamoğlunu "siyasi məhbus" saymır: "Özgür Özəl və tərəfdarlarının gedişi isə..."
Bugün, 10:58 SİYASƏT
-
Hakan Çalhanoğlu geyimi ilə gündəm oldu - FOTOLAR
Bugün, 10:49 İDMAN
-
İki kollecdə təyinatlar olub
Bugün, 10:31 CƏMİYYƏT
-
Küləkli havada 4 nəfər xəsarət alıb
Bugün, 10:25 CƏMİYYƏT
-
"Qalatasaray"ın sabiq futbolçusu yeni klubla anlaşdı
Bugün, 10:21 İDMAN
-
"Zəngulə” romanı - Şahidlik nəsri və müharibənin qlobal anatomiyası
Bugün, 10:09 PRESS
-
Fərid Şəfiyev: "Cənubi Qafqazda yeni geosiyasi landşaft formalaşıb"
Bugün, 10:02 SİYASƏT
-
Ağ Ev dəhlizlərində qısqanclıq krizi: Melaniya kimdən narahat olub? - "Mənim üçün ən dəyərli sənsən, əgər səhv etsəm..." (FOTO)
Bugün, 09:50 GÜNDƏM
-
Türkiyədə meşə yanğını: əhali yaşayış məntəqələrindən təxliyə olunub - FOTOLAR
Bugün, 09:32 GÜNDƏM
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Bugün, 09:19 İQTİSADİYYAT
-
Hacıqabulda avtomobil aşıb: 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb
Bugün, 09:13 KRİMİNAL
-
CHP-dən qovulan bələdiyyə sədri məhkəmədə huşunu itirdi
Bugün, 09:00 SİYASƏT
-
"Bavariya" "Qalatasaray"dan aldığı futbolçunu satışa çıxardı
Bugün, 00:24 İDMAN
-
Türkiyədə həbsdə olan kürd siyasətçi azadlığa buraxılır
Bugün, 00:24 DÜNYA
-
Bayılda külək binanın fasadını qopardı - VİDEO
Bugün, 00:17 CƏMİYYƏT
-
Sədr və qardaşına yaxın vəzifəlilər AZAL-dan uzaqlaşdırılıb - Yoxlamanın nəticəsi nə vaxt elan olunacaq?
Bugün, 00:12 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 MƏDƏNİYYƏT
-
Deputatın qardaşı və qardaşı arvadı haqqında qərar verildi - Ölkədən çıxışa qadağa və...
07.09.2026, 21:31 DÜNYA
-
Ərdoğan İsrailə xəbərdarlıq edib, İranla müharibə barədə mesajlar verib: "Sakit davranışımız heç kəsi aldatmasın!" - "Türkiyənin dostları qalib, düşmənləri məğlub olacaq"
07.09.2026, 20:13 GÜNDƏM
-
"Fənərbağça" yapon hücumçu üçün 25 milyon avro təklif verdi, rədd cavabı aldı
07.09.2026, 19:52 İDMAN
-
"Fənərbağça"da daha bir ayrılıq - İstanbuldan yola salanı olmadı
07.09.2026, 18:57 İDMAN
-
"Changan"ların mühərriki niyə tez sıradan çıxır? - VİDEO
07.09.2026, 18:42 İQTİSADİYYAT
-
Abid Şərifovun qardaşı oğlu təqaüdə göndərildi - Nazir əmr imzaladı
07.09.2026, 18:02 GÜNDƏM
-
Məşhur jurnalist ev dustaqlığına buraxıldı - 40 il müddətinə həbsi istənilirdi
07.09.2026, 17:51 PRESS
-
Energetika Nazirliyi: "IRENA ilə COP31-in enerji gündəliyi müzakirə edilib"
07.09.2026, 17:43 İQTİSADİYYAT
-
Partiya bəyanat yaydı - MƏTN
07.09.2026, 17:25 SİYASƏT