Nigeriyada əkinçilər tarlada atəşə tutulub – 9 nəfər ölüb, qalanları qaçırılıb

Nigeriyada əkinçilər tarlada atəşə tutulub – 9 nəfər ölüb, qalanları qaçırılıb  

DÜNYA

Bugün, 11:16

Nigeriyanın Kaduna əyalətində tarlalarda işləyən əkinçilərə silahlı hücum edilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, quldur dəstələri işləyən şəxsləri atşə tutaraq onlardan 9-nu yerindəcə öldürüb, aralarlında qız və qadınlarn olduğu qalan 30-dək fəhləni isə qaçırıblar.

Məlumata görə, ordu və polis qaçırılanları tapmaq, cinayətkarlaır isə zərərsizləşdirmək üçünəməliyyata başlayıb.

Məlumatda cinayəti hansı qruplaşmanın törətdiyi açıqlanmayıb.

Xatırladaq ki, Nigeriyada bir çox silahlı dəstələr, o cümlədən Boko Haram və İŞİD-in Qərbi Afrika qolu olan ISWAP kimi terror təşkilatları adətən belə hücumlar həyata keçirirlər…

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR