"Jugendamt" - Türk ailələrinin kabusu və ya 6 nəfərin ölümünün arxasındakı gizlinlər...

\"Jugendamt\" - Türk ailələrinin kabusu və ya 6 nəfərin ölümünün arxasındakı gizlinlər...

SİYASƏT

Bugün, 00:04

Xəbər verildiyi kimi, iyun ayının 30-da Almaniyanın şağı Saksoniya əyalətinin Stade şəhərda bir türk ata üç aylıq uşağını əlindən alan "Jugendamt" (Gənclərin Rifahı Ofisi) təşkilatının altı işçisini öldürüb.

Bu dəhşətli kütləvi qətl, Almaniyada uşaqları qorumaq vəzifəsi daşıyan və immiqrant uşaqları müxtəlif bəhanələrlə ailələrinin əlindən alaraq almanlaşdırmaq məqsədi daşıyan Jugendamt təşkilatının mənfur əməllərinin gözlənilən nəticəsi idi.

Bu təşkilat əslində, nə işlə məşğluldur:

1. Uşaqların uydurma səbəblərdən türk və immiqrant ailələrindən alınması.

2. Zorla götürülmüş bu uşaqları qohumlar və ya türk ailələri əvəzinə alman və eyni cinsli cütlüklərə vermək insanları dəlilik həddinə çatdırdı.

3. Bu şəkildə götürülən uşaqlar dillərindən, mədəniyyətlərindən və dinlərindən uzaqlaşdırılır; başqa sözlə, onlar almanlaşdırılır.

4. 1970-ci illərdən bəri Almaniya, Jugendamt vasitəsilə təxminən 100.000 türk uşağını mənimsəyib almanlaşdırdı. Almaniya demoqrafik problemi üçün təhlükə hesab etdiyi immiqrantları bu şəkildə mənimsəyir.

5. Yugendamt türk ailələrinin üzərindəki kabus kimidir. Bir uşağın ailəsindən ayrılması üçün, məsələn, bir müəllimin məyus  görünən bir uşaın dilindən "Atam məni dostlarımın yanına getməyə qoymadı" kimi şikayət alması kifayətdir. Dərhal Gənclərin Rifahı İdarəsi (Yugendamt) gəlir və uşaq zorla ailədən qoparıllır.

Bir sözlə, bu təşkilat müəllim-polis və prokurorlar çetesi kimi fəaliyyət göstərir.

Fuat Uğur

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR