Xocalının Malıbəyli kəndi sakinlərinə əkin sahələri veriləcək
İQTİSADİYYAT
Bugün, 11:01
Bu gündən Xocalının Malıbəyli kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbulu başlayıb.
Mia.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qəbul prosesi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsi ilə aparılacaq və avqustun 6-sı günün sonunadək davam edəcək.
Malıbəyli kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanının 4.1-ci bəndi və Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli 544 nömrəli qərarı ilə təsdiqlənən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları"na əsasən həyata keçiriləcək.
Torpaq sahələri minimum 5 hektar təşkil etməklə suvarılan ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafında yerləşən torpaqlardır. Malıbəyli kəndində birillik və çoxillik bitkilərdən - şaftalı, nektarin, ərik, nar, alma, şabalıd, xurma, armud, gilas, qoz, üzüm (süfrə və texniki), çiyələk, qarağat, mavigilə (dibçəkdə), moruq, pomidor, xiyar, badımcan, bibər, soğan, tərəvəz lobyası, mətbəx çuğunduru, kök, kələm, buğda, arpa, qarğıdalı (dən və silos üçün), soya, noxud, mərcimək, kartof, tütün, şəkər çuğunduru, yonca, xaşa, müxtəlif ot qarışıqlarının (vika, yulaf, arpa, çovdar) əkilməsi nəzərdə tutulur.
Əkin sahələrində müasir damlama və çiləmə suvarma sisteminin olması tələb edilir.
Malıbəyli kəndinə köçən sakinlər aşağıdakı arıdıcıllıqla torpaqların güzəştli qaydada əkinlərin aparılması məqsədi ilə istifadəsi üçün müraciət edə bilərlər: EKTİS-də qeydiyyatdan keçmək (avtomatlaşdırılmış qaydada fermer elektron kabinetinə sahib olmaq), elektron kabinet "Müraciətlərim" bölməsində "torpaq icarəsinə müraciət" – "Malıbəyli" seçməklə ərizə formasını doldurmaq, şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerindən asılı olmayaraq faktiki yaşayış yerinin Malıbəyli kəndi olduğunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "e-polis" tətbiqində qeyd etmək.
Müraciət edən şəxslər ilə müqavilələrin imzalanması, təlimlərin keçirilməsi və ərazilərin yerində tanıdılması 10 avqust-10 sentyabr tarixləri arasında baş tutacaq. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.
Fermerlər əlavə məlumat üçün Xocalı Dövlət Aqrar İnkişaf Mərkəzinə (010-213-41-21, 055-716- 91-95) müraciət edə bilərlər.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Baş prokurorluq 21 yaşlı Fatimənin cinayət işini nəzarətə götürüdü: erməni qadın, Azərbaycan vətəndaşı olan sevgili... - TƏFƏRRÜAT (YENİLƏNİB)
Bugün, 11:49 KRİMİNAL
-
Tramp Ankaraya gəlir: səfər proqramı dəqiqləşdi - Anıtqəbir…
Bugün, 11:38 GÜNDƏM
-
Nigeriyada əkinçilər tarlada atəşə tutulub – 9 nəfər ölüb, qalanları qaçırılıb
Bugün, 11:16 DÜNYA
-
Tramp NATO sammitinə saatlar qalmış foto paylaşdı, Baş naziri ələ saldı: “Uzaqlaşdırma qərarı çıxarmaq lazımdır”
Bugün, 11:16 GÜNDƏM
-
Hikmət Hacıyev: "Qəbələ Azərbaycanın zəngin kulinariya irsinin əsl dadını təqdim edir" - VİDEO
Bugün, 11:05 MƏDƏNİYYƏT
-
Xocalının Malıbəyli kəndi sakinlərinə əkin sahələri veriləcək
Bugün, 11:01 İQTİSADİYYAT
-
Azərbaycanda bir ilk: kamança üzrə milli standartlar təsdiqlənib
Bugün, 10:41 MƏDƏNİYYƏT
-
Azərbaycan Hərbi Hava Qüvvələri təlimdə - VİDEO
Bugün, 10:38 GÜNDƏM
-
Qumral: "Düşünürəm, qadağa götürüləcək, siyahıda olanların bəziləri artıq efirlərə çıxırlar"
Bugün, 10:36 ŞOU-BİZNES
-
Paşinyan Rusiyaya gedib
Bugün, 10:18 GÜNDƏM
-
Məhərrəm ayı nə vaxt başa çatır?
Bugün, 10:07 CƏMİYYƏT
-
Dilçək (Hekayə)
Bugün, 09:59 MƏDƏNİYYƏT
-
Rusiya gecə Kiyevə ağır zərbələr endirdi – Şəhər alova büründü, ölənlər var
Bugün, 09:21 GÜNDƏM
-
Cəbrayıla növbəti köç olub
Bugün, 09:05 GÜNDƏM
-
DÇ-2026: Braziliya və Meksika turnirlə vidalaşdı - Norveç və İngiltərədən inanılmaz oyun....
Bugün, 09:00 İDMAN
-
“Qalatasaray” 21 milyon avro maaş tələb edən futbolçudan imtina etdi
Bugün, 01:10 İDMAN
-
Sevgilisindən Türkiyə yığmasının hücumçusuna “xəyanət ittiham”ı: “O, məni aldatdı…” - FOTO
Bugün, 00:55 ŞOU-BİZNES
-
SOCAR-ın Ukraynada "zapravka"sı vuruldu - Rusiya tərəfindən + FOTOLAR
Bugün, 00:30 GÜNDƏM
-
Kriştiano Ronaldo jurnalistə hirsləndi: “Səndənmi soruşacam?”
Bugün, 00:17 İDMAN
-
Yığmanın futbolçusu İslam dinini qəbul etdi: “Kəliməyi-şəhadət gətirdim…"
Bugün, 00:16 İDMAN
-
Netanyahu Trampın "O, kimin patron olduğunu bilir" sözünə belə reaksiya verdi: "İsrailin dostu təkcə ABŞ deyil, həm də..."
Bugün, 00:06 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT
-
İran Parlamentinin sədri: "Sülh planının hər bəndi İran üçün qələbə, ABŞ üçün isə məğlubiyyətdir"
Bugün, 00:01 DÜNYA
-
Novxanı-Pirşağı-M1 avtomobil yolunda tikilməkdə olan körpü su altında qalıb - VİDEO
05.07.2026, 18:03 CƏMİYYƏT
-
İTV rəhbəri: "Televiziyalar yalnız sosial şəbəkələr və ya saytların yaydığı xəbəri təsdiqləyir"
05.07.2026, 14:19 PRESS
-
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirildi - 11 nəfər zaldan xaric edildi (YENİLƏNİB)
05.07.2026, 13:31 GÜNDƏM
-
Xaçmaz rayonunda zəlzələ olub
05.07.2026, 09:16 GÜNDƏM
-
DÇ-2026: Fransa Paraqvayı penalti ilə məğlub etdi
05.07.2026, 08:58 İDMAN
-
"Jugendamt" - Türk ailələrinin kabusu və ya 6 nəfərin ölümünün arxasındakı gizlinlər...
05.07.2026, 00:04 SİYASƏT
-
DÇ-2026: Kanada məğlub edib
04.07.2026, 23:57 İDMAN
-
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
04.07.2026, 18:00 GÜNDƏM
-
Manaf Ağayev: ”Məni saxlamayıblar, zənglə dəvət ediblər, gəlmişəm" - "Deyirlər ki, guya balaca qardaşımdı"
04.07.2026, 17:13 ŞOU-BİZNES
-
Ağdamda ata və iki övladı su anbarında batdı
04.07.2026, 17:12 CƏMİYYƏT
-
Zaur Kamal qəza etdi - “Bu da belə getdi”
04.07.2026, 14:50 KRİMİNAL