“Qalatasaray” 21 milyon avro maaş tələb edən futbolçudan imtina etdi

“Qalatasaray” 21 milyon avro maaş tələb edən futbolçudan imtina etdi  

İDMAN

Bugün, 01:10

“Qalatasaray” Çempionlar Liqası üçün güclü heyət qurmaq üçün “Mançester Yunayted”in ulduz yarımmüdafiəçisi Bruno Fernandeslə apardığı danışıqları dayandırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb Bruno Fernandesin “Qalatasaray”dan fantastik maaş tələbi olub.

Məlumata görə, “Mançester Yunayted”in 35 milyon avro transfer haqqı tələb etdiyi futbolçu isə özü üçün bütün vergilər çıxıldıqdan sonra illik xalis 21 milyon avro maaş istəyib: “Tələbindən geri çəkilmədiyi üçün “Qalatasaray” transfer danışıqlaırnı dayandıraraq, ondan imtina edib”

Xatırladaq ki, ötən mövsüm "Mançester Yunayted"də 37 oyun keçirən Fernandes 9 qol vurub, 22 məhsuldar ötürmə verib.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR