Dilçək (Hekayə)
MƏDƏNİYYƏT
Bugün, 09:59
Kəbutər Hakverdi,
Xüsusi olaraq Mia.az üçün
***
Mənim dilçəyim yoxdur, necə olubsa dilçəyimin olmadığı anamın da nəzərindən qaçıb. Bəlkə də bunu anadan olan kimi bilsəydi, məni doğum evində qoyub çıxardı, ya da gecənin birində boğub öldürərdi.
Dil açanda baxıblar ki, danışmaq əvəzinə ulartıya, hürüşə oxşar səs çıxarıram. Danışa bilmirəm deyə sevdiyim qıza da yaxınlaşmağa qorxuram. Eh, yaza da bilərəm, əlbəttə. Amma sonra ürəyimdən keçənləri ona necə pıçıladaya biləcəm?
Ömrü boyu ürəyimdə danışmaqdan ürəyim şişib. Elə gözəl səsim var ki, bütün günü ürəyimdə mahnı oxuyuram. Ay Allah, keşgə danışa biləydim, az qalıram partlayım. Belə iş olar? Az da danışırsan, başa düşmürlər. Bərkdən danışırsan, başlayırsan yürüməyə. Ya anqırası deyiləm ha. Hərdən nobata-zada gedəndə "prob" eləyirəm. Elə bir qonşu Alıgilin boz eşşəyidi. Özüm də Alı dayının eşşəyi kimi bombozam. Hələ yaxşı ki, məni uşaq vaxtı görməmisiniz, adımı kirpi qoymuşdular. Elə sarıydım, deyirdin yumurtadan indi çıxmışam. Sarı da yox e, belə əndirabadi rəng....
Hər dəfə məktəbə gedəndə deyirdilər, eşitmişik atan səni sirkə satıb. Ay canım, belə iş olar? Daban asma evə qaçırdım. Onsuz da danışa bilmirəm, bir tərəfdən də ağlamaq imkan vermir. Qalmışam ulaya-ulaya. Məni sakitləşdirib nə baş verdiyindən hali olanacan, gecə yarıdan keçirdi. Anam gülüb məni qucaqlayırdı, atam da qulağımın dibindən birini yapışdırıb deyirdi: "Get öl yerində, sirk səni nə edir? Elə alan olsa, o pösərəyin lülmək oğlunu alardı..."
Sonra da yatmağa gedər, qəzəblə anamı səsləyirdi ki, o da gedib öz yerində ölsün, ta az qalıb səhər açıla. Səhər açılanda qorxa-qorxa çantamı götürüb, qoyun-quzu dalınca örüşə, oradan da məktəbə gedirdim. Gözüm poseləyin lülmək oğlunu axtarırdı, elə bilirdim atamın sözündən sonra hökmən onu almağa gələcəklər.
Aman Allah, sonra ağlıma gəlirdi ki, birdən məni də istərdilər, atam verərmi görəsən?! Onsuz da məndən zəhərləsi gedirdi. Böyük qardaşım bəsləri idi. Caydaq, həm də yaraşıqlı. Paltarların təzəsi onun, yeməyin yaxşısı onun, toya o gedirdi, gəzməyə onu aparırdılar, əslaf ağzımı açan kimi başlardı məni lağa qoymağa. Danışa bilmədiyimdən cavabını da verə bilmirdim. Üstünə qışqıranda, mənə qoşulub ulayırdı, hərdən cumub canını alardım, amma sabahı günü yenə elədiyini eləyirdi. Zəhləm gedirdi ondan, ona bir şey olan kimi sevindiyimdən atılıb düşürdüm. Uğunub gedirdim gülməkdən. Mənim elə gülüşüm var ki, kişmişi. Anam deyəndə eşitmişəm. Yazıq arvad elə deyirdi ki, nə olardı danışığı da gülüşü kimi şirin olsa idi. Özü də əməziyin biri idi, bütün günü ya qol qıçını əzirdi, ya da əl-ayağını qançir edərdilər. Kişinin oğlu dostları ilə dava dava oynayan çıxmışdı. Onlar da quşvuranla daranq birini qoymuşdular gözündən.
Vuran uşaq varlı kişinin oğlu idi. Bizə bir az görüm baxım elədilər. Atam deməsə də, tovlədəki fil boyda dananı da onların gətirdiyini bilirdim. Bəxtimden atam dananı örüşə göndərmirdi, yoxsa kim idi onu dalınca düşüb gəzən....
Qardaşımın gözü isə sifətindən üzü aşağı axıb tökülmüşdü. O qədər kinolarda elə səhnələr görmüşdüm ki. Qardaşımın üzündə isə kinolardakı kimi qan-zad yox idi, iyrənc bir şey sifətinə yayılmışdı. Anam başına-gözünə döyüb ağlayırdı. Ürəyimdə sevinirdim. Allaha qurban olum, bütün günü məni təpəqarama eləmişdi bu eməzik... Bax, görürsən, adamın başına gələni. Qardaşım xəstəxanadan tez çıxdı, həkim demişdi ki, müalicəlik bir şey yoxdur. Ta toylar, qonaqlıqlar yığışmışdı, kəndin içinə də az-az çıxırdı. Büzüşüb armud qaxına dönmüşdü, ağzını açan kimi səksənib üzümə baxırdı ki, onu ələ salıb gülərəm birdən.
Bir dəfə küçədə uşaqların hansısısa ona kör demişdi, az qala bütün yayı evdən çölə çıxmadı. İşi-gücü tək gözü ilə kitab oxumaqdı. Anam özünü öldürürdü ki, həkim hələ oxumağa icazə vermir, salamat gözündə kör edib, məni yaman günə qoyacaqsan. Yox, deyirdi. Məktəbi bitirən kimi çıxıb gedəcəm buralardan ali təhsil alacam. Ta buralara gəlib-eləməyəcəm. Allahın işinə bax da, kör olasan, yenə de inadından əl çəkməyəsən. Çünki həmişə deyirdi ki, mən böyük məktəblərdə oxuyacam, şəhərdə evim olacaq, sən kənddə qalıb menə mal, heyvan saxlayacaqsan. Elə deyəndə cinim çıxırdı, dəliye dönürdüm. Yoxsa bu kör yenə də elə bilir ki, mən ona nökərlik eləyəcəm. Allah vurmuşdu səni. Körun biri olasan, mən də sənə hambalıq edim. Mən ürəyimdən keçəni ona açıq-aydım dedim. Dedim, sənə mal-qara otarmayacam, sən də heç o kör gözünlə məktəbə qurtarıb şəhərə gedə bilməyəcəksən. Məktəbi qurtarana qədər salamat gözün də tutulacaq, evləri kəndin o başında olan Xanı kişi kimi, əllərini divara sürtə-sürtə tualetə gedəcəksən, ayaqlyolunun qapısını tapmadığından elə həyətin ortasında oturub işini görəcəksən. Kəndin yoldan keçən uşaqları da səni tumanpaça görüb, lağa qoyacaqlar, cırnatmaq üçün daş atacaqlar. Atamla anam öləndən sonra isə səni aparıb o həsrətini çəkdiyin şəhərdəki əlillər evinə verəcəm.
Əlillər evini televiziyada görmüşdüm. Deyəsən qardaşım dediklərimə inanmışdı, mən onunla dava edən günün axşamı özünü asdı...
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Xocalının Malıbəyli kəndi sakinlərnə əkin sahələri veriləcək
Bugün, 11:01 İQTİSADİYYAT
-
Azərbaycanda bir ilk: kamança üzrə milli standartlar təsdiqlənib
Bugün, 10:41 MƏDƏNİYYƏT
-
Azərbaycan Hərbi Hava Qüvvələri təlimdə - VİDEO
Bugün, 10:38 GÜNDƏM
-
Qumral: "Düşünürəm, qadağa götürüləcək, siyahıda olanların bəziləri artıq efirlərə çıxırlar"
Bugün, 10:36 ŞOU-BİZNES
-
Paşinyan Rusiyaya gedib
Bugün, 10:18 GÜNDƏM
-
Məhərrəm ayı nə vaxt başa çatır?
Bugün, 10:07 CƏMİYYƏT
-
Dilçək (Hekayə)
Bugün, 09:59 MƏDƏNİYYƏT
-
Rusiya gecə Kiyevə ağır zərbələr endirdi – Şəhər alova büründü, ölənlər var
Bugün, 09:21 GÜNDƏM
-
Cəbrayıla növbəti köç olub
Bugün, 09:05 GÜNDƏM
-
DÇ-2026: Braziliya və Meksika turnirlə vidalaşdı - Norveç və İngiltərədən inanılmaz oyun....
Bugün, 09:00 İDMAN
-
“Qalatasaray” 21 milyon avro maaş tələb edən futbolçudan imtina etdi
Bugün, 01:10 İDMAN
-
Sevgilisindən Türkiyə yığmasının hücumçusuna “xəyanət ittiham”ı: “O, məni aldatdı…” - FOTO
Bugün, 00:55 ŞOU-BİZNES
-
SOCAR-ın Ukraynada "zapravka"sı vuruldu - Rusiya tərəfindən + FOTOLAR
Bugün, 00:30 GÜNDƏM
-
Kriştiano Ronaldo jurnalistə hirsləndi: “Səndənmi soruşacam?”
Bugün, 00:17 İDMAN
-
Yığmanın futbolçusu İslam dinini qəbul etdi: “Kəliməyi-şəhadət gətirdim…"
Bugün, 00:16 İDMAN
-
Netanyahu Trampın "O, kimin patron olduğunu bilir" sözünə belə reaksiya verdi: "İsrailin dostu təkcə ABŞ deyil, həm də..."
Bugün, 00:06 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT
-
İran Parlamentinin sədri: "Sülh planının hər bəndi İran üçün qələbə, ABŞ üçün isə məğlubiyyətdir"
Bugün, 00:01 DÜNYA
-
Novxanı-Pirşağı-M1 avtomobil yolunda tikilməkdə olan körpü su altında qalıb - VİDEO
05.07.2026, 18:03 CƏMİYYƏT
-
İTV rəhbəri: "Televiziyalar yalnız sosial şəbəkələr və ya saytların yaydığı xəbəri təsdiqləyir"
05.07.2026, 14:19 PRESS
-
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirildi - 11 nəfər zaldan xaric edildi (YENİLƏNİB)
05.07.2026, 13:31 GÜNDƏM
-
Xaçmaz rayonunda zəlzələ olub
05.07.2026, 09:16 GÜNDƏM
-
DÇ-2026: Fransa Paraqvayı penalti ilə məğlub etdi
05.07.2026, 08:58 İDMAN
-
"Jugendamt" - Türk ailələrinin kabusu və ya 6 nəfərin ölümünün arxasındakı gizlinlər...
05.07.2026, 00:04 SİYASƏT
-
DÇ-2026: Kanada məğlub edib
04.07.2026, 23:57 İDMAN
-
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
04.07.2026, 18:00 GÜNDƏM
-
Manaf Ağayev: ”Məni saxlamayıblar, zənglə dəvət ediblər, gəlmişəm" - "Deyirlər ki, guya balaca qardaşımdı"
04.07.2026, 17:13 ŞOU-BİZNES
-
Ağdamda ata və iki övladı su anbarında batdı
04.07.2026, 17:12 CƏMİYYƏT
-
Zaur Kamal qəza etdi - “Bu da belə getdi”
04.07.2026, 14:50 KRİMİNAL
-
İmişlidə zəlzələ olub
04.07.2026, 13:44 GÜNDƏM
-
Yasamalda evdə partlayış: bir nəfər ölüb, dörd nəfər xəsarət alıb (YENİLƏNİB)
04.07.2026, 13:28 CƏMİYYƏT
-
TƏBİB-də daha bir dəyişiklik - Departament müdiri təyinatı oldu
04.07.2026, 12:34 GÜNDƏM
-
Prezident İlham Əliyev Donald Trampı təbrik etdi - MƏTN
04.07.2026, 10:09 GÜNDƏM
-
Azərbaycan nefti bahalaşdı
04.07.2026, 09:02 İQTİSADİYYAT