Yığmanın futbolçusu İslam dinini qəbul etdi: “Kəliməyi-şəhadət gətirdim…"

Yığmanın futbolçusu İslam dinini qəbul etdi: “Kəliməyi-şəhadət gətirdim…\"  

İDMAN

Bugün, 00:16

Avstraliya milli komandasının futbolçusu Tete Yengi İslamı qəbul edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə 25 yaşlı futbolçunun özü məlumat verib.

Hazırda Şotlandiyanın “Livingston” komandasında oynayan futbolçu İslamı Avstraliyanın Adelaida şəhərindəki bir məsciddə imamın məsləhəti ilə qəbul etdiyini açıqlayıb:

“Məsciddə cümə xütbəsi verən müfti İsmayıl Minklə görüşdüm.  O, məndən kəlmeyi-şəhadət gətirib-gətirmədiyimi soruşdu. “Yox” dedim. Bundna sonra o, məni İslamı qəbul etməyə dəvət etdi. Mən bu səmimi dəvəti qəbul etdim və məscidin içərisində Kəliməyi-şəhadət gətirdim…"

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR