Sevgilisindən Türkiyə yığmasının hücumçusuna “xəyanət ittiham”ı: “O, məni aldatdı…” - FOTO

Sevgilisindən Türkiyə yığmasının hücumçusuna “xəyanət ittiham”ı: “O, məni aldatdı…”  - FOTO 

ŞOU-BİZNES

Bugün, 00:55

Türkiyə milli komandasının hücumçusu Can Uzun sevgilisi Aslı Ceylan tərəfindən “xəyanət”də ittiham olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb.

Bildirib ki, Uzanla 4 il sevgili olub.

Aslı Ceylan qeyd edib ki, Can Uzanın heç nəyi olmayanda onun arxasında olsa da, indi gözləmədiyi münasibətlə üzləşib: "O, 4 ildən sonra ilk sevgisinə, birlikdə böyüdüyü qıza, yəni, mənə xəyanət etdi…”

O, daha sonra qızlara müraciət edib: “Heç vaxt kişidən asılı olmayın. Təhsilinizə, karyeranıza və layiq olduğunuz həyatı qurmağa yönlənin….”

Xəyanət iddiasına Can Uzun hələlik cavab verməyib.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR