DÇ-2026: Braziliya və Meksika turnirlə vidalaşdı - Norveç və İngiltərədən inanılmaz oyun....

DÇ-2026: Braziliya və Meksika turnirlə vidalaşdı - Norveç və İngiltərədən inanılmaz oyun....

İDMAN

Bugün, 09:00

Ötən gecə DÇ-2026-da iki maraqlı oyun baş tutub.

Mia.az xəbər verir ki, günün ən maraqlı oyunu Erlinq Holandın formasını geyndiyi Norveç yığması ilə Neymarın çıxış etdiyi Braziliya millisi arasında keçirilib.

Oyunda hesabı norveçlilər elə Hollandın 79-cu dəqiqədə vurduğu qolla açıblar. O, 90-cı dəqiqədə fərqi artırıb - 2:0.

Brazilya millisi bu qolun yalnız birinə cavab verə biliblər. Neymar 90+10-cu dəqiqədə fərqi azaldan qola imza atıb - 2:1.

Beləliklə, Braziliya turnirlə vidalaşıb. Norveç isə 1/4 finala yüksələrək İngiltərə yığmasına rəqib olub.

Gecənin digər qarşılaşması isə  Mexiko stadionunda Mekskika və İngiltərə yığmaları arasında baş tutub.

Bu matçda  ev sahibləri Meksika məğlub olub - 2:3

İngiltərəni qələbəyə aparan qolları 36 və 38-ci dəqiqələrdə Cud Bellinqem, 60-cı dəqiqədə penaltidən Harri Keyn vurub. Meksikalıların qollarına isə 42-də  Xulian Kinyones, 69-da penaltidən  Raul Ximenez imza atıblar.

Beləliklə, İngiltərə ilə Norveç 1/4-də güclərini sınayacaq.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR