Rusiya gecə Kiyevə ağır zərbələr endirdi – Şəhər alova büründü, ölənlər var

Rusiya gecə Kiyevə ağır zərbələr endirdi – Şəhər alova büründü, ölənlər var

GÜNDƏM

Bugün, 09:21

Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə gecə saatlarında sərt zərbələr endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ilkin məlumata görə, nəticədə azı 4 nəfər həlak olub, 20-dək yaralı var. Şəhərdə bir çox yerlərdə nəhəng yanğınlar başlayyıb.

Məlumata görə, ən çox dağıntı və itki Podil və Darnitski rayonlarındadır: “Burada yaşayış binları vurulub, hazırda dağıntılar altında qalanlar üçün axtarış-xilasetmə əməliyyatları başlayıb. Hələlik 15 nəfər xilas olunub. Əməliyyat davam edir”

Kiyev meri Vitali Kliçko bildirib ki, hücum yerli vaxtla saat 02:45-də başlayıb: “Təəssüf ki, itkilərimiz var”.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəisi Timur Tkaçenko isə bildirib ki, Rusiya mülki əhalini hədəf alan raket hücumlarını hələ də davam etdirir.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı da hava hücumlarının davam etdiyini açıqlayıb: “Rusiya Kiyev, eləcə də Çerniqov, Sumı, Zaporojye, Dnepropetrovsk və Donetsk vilayətlərinə ardıcıl hücumları davam etdirir”

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR