Qumral: "Düşünürəm, qadağa götürüləcək, siyahıda olanların bəziləri artıq efirlərə çıxırlar"

Qumral: \"Düşünürəm, qadağa götürüləcək, siyahıda olanların bəziləri artıq efirlərə çıxırlar\"

ŞOU-BİZNES

Bugün, 10:36

“Televiziyalara baxmıram. Başım o qədər öz işimə qarışır ki, heç bilmirəm ki, efirdə nə baş verir… Məni öz həyatımdan başqa heç nə maraqlandırmır, ona görə də insanın gərək öz işi olsun ki, heç kimlə maraqlanmasın. Efirlərə isə hələ də dəvət etmirlər. Televiziya müğənni üçün mütləqdir. Yeni mahnıların təqdimatı üçün efirə çıxmaq lazımdır. Düşünürəm, qadağa götürüləcək, siyahıda olanların bəziləri artıq efirlərə çıxırlar. Bəzilərinə görə efir qadağası oldu, amma əsas o bəziləri də yenə efirdədir. Geri qayıdırlar”.

 Mia.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında müğənni Qumral Musayeva deyib.

 O bildirib ki, bir dəqiqə belə boş vaxtı yoxdur: “Hətta televiziyaya çıxanlar, orada oturanlar arasında elələri var ki, işləri yoxdur, ancaq mənim işlərim var. Mən elə bir müğənniyəm ki, toylara da gedirəm, gecə proqramlarında da iştirak edirəm, yəni harada istəyirlərsə, orada oluram. Elə müğənnilər var ki, sırf toyxanaya gedirlər. Məsələn, indi Məhərrəm ayıdır, onların qazanc baxımından gedəcək yerləri yoxdur”.

 Q.Musayeva efir qadağalarının ona heç bir təsirinin olmadığını qeyd edib: “Məni sevənlər, istəyənlər daim mənimlədir və istədikləri yerə də dəvət edirlər, gedirəm. Yeni mahnılarımı isə “Youtube” kanalımda və öz səhifəmdə tanıdıram. Ümumiyyətlə, piara işləmirəm, bəziləri var, çox pul xərcləyirlər. Məndə isə ancaq öz kütləmdir”.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR