Hikmət Hacıyev Slovakiya XİN-in dövlət katibi ilə görüşüb

Hikmət Hacıyev Slovakiya XİN-in dövlət katibi ilə görüşüb  

SİYASƏT

Bugün, 17:44

Slovakiya Xarici İşlər Nazirliyinin (XİN) Avropa İttifaqı işləri üzrə dövlət katibi Marek Estok Azərbaycanda səfərdədir.

Bu barədə dövlət katibi “X” hesabında bildirib.

Marek Estok Azərbaycana səfəri çərçivəsində Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

O, Hikmət Hacıyevlə Azərbaycanla Slovakiya arasında əməkdaşlıq və yeni müştərək layihələr barəsində açıq və müsbət müzakirələr apardığını qeyd edib.APA

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR