“Vəzifə böyüdükcə, söz artıq şəxsi fikir olmaqdan çıxır" - Kamal Abdullanın qadınlar haqqındakı fikri müzakirələrə səbəb oldu (AÇIQLAMALAR)
SİYASƏT
22.05.2026, 10:03
Xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin rektoru, professor Kamal Abdullanın qadınların işləməsi və ictimai həyatda iştirakına dair söylədiyi fikirlər cəmiyyətdə birmənalı qarşılanmayıb.
Mia.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə artıq qızgın müzakirələr başlayıb.
Bəziləri K.Abdullanın fikirlərinin ailə institutunun qorunmasına yönəlik olduğunu deyib. Amma böyük əksəriyyət düşünür ki, ictimai şəxsin səsləndirdiyi fikirlər tendensiya yarada bilər və bu xüsusda ehtiyatlı olmaq lazımdı.
Məsələn, “Təmiz Dünya” təşkilatının sədri Mehriban Zeynalova yazır ki, strateji əhəmiyyət daşıyan bir təhsil müəssisəsinə rəhbərlik edən şəxsin dilindən səslənən sözlərin sosial, psixoloji, hüquqi və mənəvi təsiri var: “Çünki vəzifə böyüdükcə, söz artıq şəxsi fikir olmaqdan çıxır, ictimai təsir vasitəsinə çevrilir”, - deyə təşkilat sədri vurğulayır:
“Mən anlamaq istəyirəm, Kamal Abdulla onunla çiyin-çiyinə, həmin universitetin nüfuzu üçün çalışan qadın əməkdaşlara da eyni baxışla yanaşırmı? Yaxud o universitetdə təhsil alan qızlara da eyni “öyüd-nəsihət” verilirmi? Əgər qadının əsas və daha faydalı yeri evdirsə, onda illərlə qadınların elmə, idarəetməyə, təhsilə, dövlət quruculuğuna cəlb olunması üçün aparılan siyasətin mənası nə olur? Bu gün Azərbaycan dövləti qadınların təhsildə, ictimai həyatda, idarəetmədə iştirakını artırmaq üçün proqramlar həyata keçirir, gender bərabərliyi ilə bağlı öhdəliklər götürür, qadınların iqtisadi güclənməsini prioritet istiqamət kimi təqdim edir. Strateji bir təhsil müəssisəsinin rəhbəri bunları bilməmiş deyil. O halda belə bir fikir sadəcə şəxsi yanaşma deyil, həm də dövlətin illərlə formalaşdırmağa çalışdığı sosial istiqamətlə ziddiyyət yaradan mesajdır. Məhz ziyalı statusunda olan insanlar tərəfindən bu tip fikirlər cəmiyyətdə onsuz da mövcud olan stereotipləri legitimləşdirir. Yəni qadının fəaliyyəti, bacarığı, elmi və ictimai potensialı yox, onun “harada olmalı olduğu” müzakirə predmetinə çevrilir. Bu isə təkcə qadına münasibət məsələsi deyil, bütövlükdə cəmiyyətin inkişaf modeli ilə bağlı məsələdir.
Qadının yalnız mətbəx və evlə məhdudlaşdırıldığı heç bir cəmiyyət uzunmüddətli inkişaf, innovasiya və sağlam sosial düşüncə modeli qura bilməyib. Çünki qadını ictimai həyatdan geri çəkmək, əslində cəmiyyətin öz potensialının yarısını zəiflətmək deməkdir. Ailə dəyərlərini qorumaq başqa məsələdir, qadının yerini yalnız evlə müəyyən etmək isə tamam başqa məsələdir”.
Tanınmış bəstəkar, rəhmətlik Tahir Əkbərin qızı isə başına gələnlərə dair təsirli status paylaşıb və hazırda qadının yerini evdə görən K.Abdullanın bir vaxtlar onun təhsil haqqı ilə bağlı yaşadığı çətinliklərdə göstərdiyi soyuqqanlılığı təəssüf hissiylə xatırlayıb:
“Xalq yazıçısı? Kamal Abdullanı rektor kimi tanıyırıq. Tahir Əkbərin övladı 4-cü kursda oxuyanda o, rəhmətə getdi. Dillər universitetindən xahiş etdik ki, sonuncu ildi, pulu ödəyə bilmirik, atası da rəhmətə gedib. Universitetdən bizə dedilər, narahat olmayın, fondumuz var, özümüz ödəyəcəyik, T.Əkbərin övladına əl tutmaq bizim borcumuzdu. Dövlət imtahanına bizi zorla buraxdılar. Diplomu isə vermədilər, dedilər, pulu ödəyin. Bir yaxın millət vəkili vardı, onun köməyilə getdik yenə Kamal Abdullanın qəbuluna. Dedik, biz bəstəkar Tahir Əkbərin ailəsiyik, diplomu götürə bilmirik, çünki sonuncu təhsil haqqını ödəyə bilməmişik. Bizə yuxarıdan aşağı baxdı və dedi, gedin pulu ödəyin, sonra diplomu götürün. Çox pərt olduq, həddindən artıq məyus çıxdıq kabinetindən. Sonra bir məmur Tahir Əkbərin övladının təhsil haqqini ödədi. Tahir Əkbərdən bu xalqa bir musiqi xəzinəsi qaldı. Sizi hələ ki, rektor kimi tanıyırıq. Necə xatırlanacaqsınız? Bilmirəm”.
Mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Haluk Levent milyonçunu da aldadıb? – 60 milyon dollarlıq iddia
Bugün, 00:34 MƏDƏNİYYƏT
-
“Fənərbağça”dan getdi, yeni komandasında da qala bilmədi
Bugün, 00:33 İDMAN
-
ABŞ İrana yenə zərbə endirib
Bugün, 00:15 GÜNDƏM
-
DÇ-2026-dan birbaşa Türkiyəyə tətilə gəldi – Bir restorana fantastik məbləğ ödənildi (FOTO)
Bugün, 00:10 İDMAN
-
Ersin Destanoğlu "Əl-Cəzirə" klubuna keçib
Bugün, 00:06 İDMAN
-
Füzulidə minalanmış ərazidə yanğın olub
Bugün, 00:02 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 GÜNDƏM
-
Gəncədə qidadan 10 nəfər zəhərlənib - SİYAHI (Yenilənib)
12.07.2026, 19:14 CƏMİYYƏT
-
Türkiyədə məşhur müğənni saxlanılıb
12.07.2026, 18:00 MƏDƏNİYYƏT
-
Bu gün qəbul imtahanları keçirilib - 12 nəfərdə mobil telefon aşkarlanıb (Yenilənib)
12.07.2026, 13:20 GÜNDƏM
-
Hacıqabulda sərnişin avtobusu aşıb - 21 nəfər xəsarət alıb (FOTO)
12.07.2026, 10:21 CƏMİYYƏT
-
ABŞ İranı yenə bombaladı - Tehrandan cavab gecikmədi
12.07.2026, 09:43 GÜNDƏM
-
DÇ-2026: 1/2 finalın iştirakçıları bəlli oldu
12.07.2026, 09:11 İDMAN
-
DÇ-2026: İngiltərə və Argentina 1/2 finalda!
12.07.2026, 08:25 İDMAN
-
Hacı Kərimov Avropa çempionu olub
12.07.2026, 00:07 İDMAN
-
"Burada iş şəraiti gözəldir, yaşamaq üçün gözəl şərait var" - Prezident Xocavənddə + FOTOLAR
11.07.2026, 19:46 GÜNDƏM
-
Jurnalist “Azərsun Holdinq”də vəzifəyə təyin edildi
11.07.2026, 18:56 PRESS
-
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşüb - FOTOLAR (YENİLƏNİB)
11.07.2026, 18:35 GÜNDƏM
-
"Xankəndi" hotelinin açılışı oldu -FOTOLAR
11.07.2026, 18:02 İQTİSADİYYAT
-
Növbəti üç gündə güclü külək əsəcək - Xəbərdarlıq
11.07.2026, 18:01 CƏMİYYƏT
-
İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub - FOTOLAR
11.07.2026, 16:03 GÜNDƏM
-
RƏSMİ BAKININ SÜRƏTLİ MÜDAXİLƏSİ: İsrail qondarma erməni soyqırımı oyunundan niyə geri çəkildi? - TƏHLİL
11.07.2026, 14:36 SİYASƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
11.07.2026, 12:34 GÜNDƏM
-
Prezident Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışında - FOTOLAR
11.07.2026, 11:09 GÜNDƏM
-
Prezident İlham Əliyev Laçında - "Həkəriçay" su anbarının təməli qoyuldu + FOTOLAR
11.07.2026, 11:00 GÜNDƏM
-
Zakir Həsənov Türkiyədə Ərdoğanla bir arada - FOTOLAR
11.07.2026, 10:31 SİYASƏT
-
Monteneqroda törədilmiş ağır cinayət... - Azərbaycanda DNT tədqiqatı aparılıb
11.07.2026, 10:02 KRİMİNAL
-
DÇ-2026: İspaniya Belçikanı 2 qolla məğlub etdi
11.07.2026, 08:54 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
11.07.2026, 00:03 CƏMİYYƏT
-
ŞKTR prezidenti xəstəxanaya yerləşdirildi - Rəsmi tədbirdə qəfildən halı pisləşib
10.07.2026, 23:26 GÜNDƏM
-
Xəzərdə batan qızın axtarışı davam edir
10.07.2026, 21:13 CƏMİYYƏT
-
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib - FOTOLAR
10.07.2026, 20:36 GÜNDƏM
-
Donald Tramp: “İrana çox aydın şəkildə “atəşkəs bitdi” dedik”
10.07.2026, 19:53 GÜNDƏM
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Bakıda ermənilərin məhkəməsi davam edir
10.07.2026, 19:32 GÜNDƏM