Dəm qazı bir ailəni yox etdi - Tərtərdə dəhşətli faciə

Dəm qazı bir ailəni yox etdi - Tərtərdə dəhşətli faciə

CƏMİYYƏT

21.04.2025, 17:18

Tərtər rayonunda bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb.

Məlumata görə, hadisə rayonun məcburi köçkünlər üçün salınmış Sarov qəsəbəsində baş verib.

Qəsəbədə yaşayan əslən Kəlbəcər rayonundan olan bir ailənin 4 üzvü - Tağızadə Rüfət Mais oğlu, onun həyat yoldaşı Tağıyeva Əfsanə Fəqan qızı, onların övladları Tağızadə Ümid Rüfət oğlu və Tağızadə Sürəyya Rüfət qızı yaşadıqları evdə dəm qazından boğularaq həyatlarını itirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR