Hacıqabulda "8 Noyabr – Zəfər Günü"nə həsr olunmuş bayram konserti keçirilib - FOTOLAR

Hacıqabulda \"8 Noyabr – Zəfər Günü\"nə həsr olunmuş bayram konserti keçirilib - FOTOLAR

GÜNDƏM

Bugün, 20:28

7 noyabr 2026-cı il tarixində Hacıqabul rayon Mədəniyyət Mərkəzində "8 Noyabr – Zəfər Günü"nə həsr olunmuş bayram konserti keçirilib.

Mia.az xəbər verir ki, tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Rafael Hüseynov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər, İcra Hakimiyyətinin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Tədbirin açılışında Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Rafael Hüseynov çıxış edərək "8 Noyabr – Zəfər Günü"nün Azərbaycan tarixindəki müstəsna əhəmiyyətindən, xalqımızın tarixi Qələbəyə gedən yolundan və Vətən müharibəsində qazanılan Zəfərin ölkəmizin ərazi bütövlüyünün bərpasında oynadığı mühüm roldan bəhs etdi.

Çıxışda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfərin əldə olunmasındakı müstəsna roluna xüsusi diqqət yetirildi. Qeyd olundu ki, dövlət başçısının uzaqgörən siyasəti, qətiyyətli siyasi iradəsi və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın iqtisadi və hərbi potensialı gücləndirildi, ordumuz müasir tələblərə uyğun formalaşdırıldı və ölkəmizin müdafiə qüdrəti əhəmiyyətli dərəcədə artırıldı. Eyni zamanda, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi, ölkəmizin haqq mövqeyinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən ardıcıl siyasətin əhəmiyyəti vurğulandı.

Bildirildi ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Ali Baş Komandanın rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın birliyi tarixi qələbənin əldə olunmasında həlledici rol oynadı. Bu Zəfərin qazanılmasında Vətən uğrunda canlarından keçən şəhidlərimizin misilsiz fədakarlığı və qəhrəmanlığı xüsusi yer tutur. Şəhidlərimiz torpaqlarımızın azadlığı, dövlətimizin suverenliyi və xalqımızın gələcəyi naminə həyatlarını qurban verərək tariximizə qəhrəmanlıq salnaməsi yazdılar. Onların əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq, göstərdikləri şücaət gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi olacaqdır. Vətən müharibəsində yaralanaraq sağlamlığını itirən qazilərimizin və döyüşlərdə iştirak edən hərbçilərimizin xidmətləri də Qələbəmizin ayrılmaz tərkib hissəsi kimi qeyd olundu.

Noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin taleyini müəyyənləşdirən mühüm hadisələrdən biri oldu. Bu qələbə Azərbaycan dövlətinin gücünü, xalqımızın iradəsini və milli birliyini bütün dünyaya nümayiş etdirdi.

Daha sonra bayram konserti bədii proqramla davam etdi. Konsertdə Əməkdar artist Elza Seyidcahan, aşıq Fəzail Miskinli, İzzət Bağırov, Televiziya Muğam Müsabiqəsinin qalibi Murad Rüstəmzadə, Şamo Məmmədov, Niyazi Musayev, Rasimə Seyidcahan, Leyla Əfşan və Lamiya Əfşan çıxış etdilər.

Təqdim olunan musiqi nömrələrində Vətənə məhəbbət, Zəfər sevinci, Azərbaycan Ordusunun qəhrəmanlığı və şəhidlərimizin əziz xatirəsi tərənnüm olundu. Bayram konserti Zəfər Gününə həsr olunmuş musiqi proqramının təqdimatı ilə başa çatdı.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR