Prezident Ağdamda - FOTOLAR (YENİLƏNİB)
GÜNDƏM
Bugün, 12:51
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxana binasının tikintisi ilə tanış olub.
Mia.az xəbər verir ki, səhiyyə naziri Anar Bayramov dövlət başçısına inşaat işlərinin gedişi ilə bağlı məlumat verdi.
Bildirildi ki, ümumi sahəsi 6 hektardan çox olan ərazidə xəstəxana kompleksinin əsas binası, əlavə korpuslar, həmçinin yardımçı tikili və qurğular inşa edilir. Xəstəxana kompleksində inzibati bölmə, qəbul və təcili tibbi yardım, terapiya, kardiologiya, cərrahiyyə, travmatologiya-ortopediya, ürək-damar, oftalmologiya, LOR, pediatriya və digər şöbələr fəaliyyət göstərəcək.
Burada, həmçinin funksional və uşaq poliklinikaları, klinik diaqnostika laboratoriyası, şüa-diaqnostika, hemodializ, fizioterapiya və tibbi bərpa şöbələrinin yaradılması nəzərdə tutulur. Xəstəxana müasir standartlara cavab verən tibbi avadanlıqla təchiz ediləcək.
***
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Ağdam Sənaye Parkında "Komfy" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib.
Mia.az xəbər verir ki, "Komfy" MMC-nin direktoru Fuad Nəcəfov müəssisə barədə dövlət başçısına məlumat verdi.
Bildirilib ki, "Komfy" MMC-yə 2024-cü ildə Ağdam Sənaye Parkının rezidenti statusu verilib. Müəssisənin illik istehsal gücü 130 min ədəd döşəkdir. Burada müxtəlif ölçüyə, konstruksiyaya və sərtlik dərəcəsinə malik döşəklərlə yanaşı, bonel və paket yay sistemləri də istehsal olunacaq. Müəssisədə Azərbaycanda ilk dəfə "roll-pack" formatında, yəni sıxılaraq rulon şəklində qablaşdırılan döşəklər istehsal ediləcək. Bu, daşınma xərclərini azaltmaqla ixrac imkanlarını genişləndirəcək. Beləliklə də məhsulların daxili bazarla yanaşı, digər ölkələrə satışı nəzərdə tutulur.
Müəssisə yerli və xarici hotellərin tələblərinə uyğun döşəklər də istehsal edəcək. Burada 65 nəfər daimi işlə təmin ediləcək. Ümumi dəyəri 2,5 milyon manat olan layihənin maliyyələşdirilməsində özəl investisiya ilə yanaşı, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) dövlət zəmanəti ilə 700 min manat kredit vəsaitindən istifadə edilib. Sənaye Parkının rezidenti kimi müəssisə 114 min manat dəyərində əlavə dəyər vergisindən (ƏDV) və gömrük rüsumlarından azad olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin Fərmanı ilə 2021-ci ildə yaradılmış Ağdam Sənaye Parkı 190 hektar ərazini əhatə edir. Burada 37 rezident və 2 qeyri-rezident olmaqla, ümumilikdə 39 müəssisə qeydiyyata alınıb. Layihələrin ümumi dəyəri 375,5 milyon manat, faktiki yatırılmış investisiyanın məbləği 192,6 milyon manatdır. Layihələr üzrə hazırda 1000-dən çox insan işlə təmin olunub. Rezidentlərin ümumi satış həcmi 2,96 milyard manata, ixracın həcmi isə 132,6 milyon manata çatıb.
***
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Ağdam Sənaye Parkında "ASMC" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib.
Mia.az xəbər verir ki, "Almet Holding" Açıq Səhmdar Cəmiyyətinin (ASC) təsisçisi Şirin Camallı dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdi.
Bildirildi ki, əsas təsisçisi "Almet Holding" ASC olan "ASMC" MMC 2024-cü ildə Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Ümumi dəyəri 24,9 milyon manat olan layihə iki mərhələdə həyata keçirilir. Dəyəri 8,8 milyon manat olan birinci mərhələnin maliyyələşdirilməsində özəl vəsaitlə yanaşı, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) tərəfindən subsidiyalaşdırılan 4,7 milyon manata yaxın bank kreditindən istifadə edilib. İkinci mərhələ üzrə 16,1 milyon manat investisiya nəzərdə tutulur. Sənaye Parkının rezidenti kimi müəssisə 470 min manat dəyərində əlavə dəyər vergisi (ƏDV) və gömrük rüsumlarından azad olunub.
Təqribən 1,7 hektar ərazidə yerləşən zavodda polad həsir, tikanlı, çəkilmiş, yanmış və sinklənmiş məftil və mismar istehsal olunacaq. Birinci mərhələdə illik istehsal gücü 4 min 920 ton polad həsir, 3 min 480 ton çəkilmiş məftil, 3 min 180 ton mismar, 1800 ton yanmış məftil, 12 min ton məftil və 1080 ton soyuq deformasiya olunmuş armatur təşkil edəcək. İkinci mərhələdə isə illik 10 min ton qalvanikləşdirilmiş və 8 min 240 ton yüksəkkarbonlu çəkilmiş məftil istehsalı planlaşdırılır.
Müəssisənin istehsal etdiyi polad həsir, məftil və mismar azad olunmuş ərazilərdə aparılan tikinti-bərpa işlərində geniş istifadə edilən materiallardır. Bu məhsulların bölgədə istehsalı tikinti layihələrinin materialla yerindən təminatına və daşınma xərclərinin azalmasına imkan yaradır.
İtaliya, Almaniya, Türkiyə və Çinin aparıcı şirkətlərinin avadanlığının quraşdırıldığı müəssisədə məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da nəzərdə tutulur.
Hazırda burada 26 nəfər çalışır. Müəssisə tam gücü ilə işə düşəndən sonra daimi iş yerlərinin sayı 100-ə çatdırılacaq.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin ölkənin iqtisadi məkanına reinteqrasiyası istiqamətində dövlət başçısının rəhbərliyi ilə genişmiqyaslı tədbirlər həyata keçirilir. Sənaye parklarında yaradılan infrastruktur, vergi və gömrük güzəştləri, Azərbaycan Biznesinin İnkişafı Fondunun güzəştli maliyyələşmə və zəmanət mexanizmləri özəl sektorun regiona investisiya yatırmasını stimullaşdırır.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq verilib
Bugün, 13:51 GÜNDƏM
-
POLKOVNİKLƏR GENERAL-MAYOR, GENERAL-MAYOR İSƏ GENERAL-LEYTENANT OLDU - Prezident onlara ali hərbi rütbələr verdi
Bugün, 13:32 GÜNDƏM
-
Prezident Ağdamda - FOTOLAR (YENİLƏNİB)
Bugün, 12:51 GÜNDƏM
-
Sabah yağış yağacaq
Bugün, 12:31 CƏMİYYƏT
-
Əli Əsədovun müavini təqaüdə göndərilir?
Bugün, 12:09 SİYASƏT
-
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında - FOTOLAR
Bugün, 12:02 GÜNDƏM
-
Bu bölgələrə qar yağır
Bugün, 11:53 CƏMİYYƏT
-
RAMİZ MEHDİYEVİN HƏBİBBƏYLİ İLƏ BAĞLI PLANI... - "Bu, yeni bir qarayaxma oyunu düzəltməyə xidmət edir”
Bugün, 11:21 GÜNDƏM
-
İlham Əliyev Xankəndi və Şuşada - FOTOLAR (Yenillənib)
Bugün, 09:55 GÜNDƏM
-
Azərbaycan nefti cüzi bahalaşdı
Bugün, 09:27 İQTİSADİYYAT
-
Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
Bugün, 09:08 SİYASƏT
-
Prezidentlə kişi sakini arasında səmimi söhbət: "Qonşuyuq?" - VİDEO
Bugün, 00:01 GÜNDƏM
-
İsrail Livanda 16 min hektardan çox əkin sahəsini yandırıb
06.11.2026, 21:59 DÜNYA
-
Viktor Osimhen əməliyyat olunacaq - Klub açıqlama yaydı
06.11.2026, 21:59 İDMAN
-
Zakir Qaralovun əmisi qızı təqaüdə göndərildi - TƏBİB-dən daha bir diqqətçəkən dəyişiklik
06.11.2026, 21:46 CƏMİYYƏT
-
“Sözümüz imzamızdır” və “Arı” kitablarının təqdimat mərasimi keçirilib - FOTOLAR
06.11.2026, 21:33 PRESS
-
MƏŞHUR OMİD MAĞAZALAR ŞƏBƏKƏSİNİN RƏHBƏRİ VƏ SATIŞ MÜDİRİ TUTULDU - Səbəb + VİDEOLAR (YENİLƏNİB)
06.11.2026, 20:24 KRİMİNAL
-
Naxçıvan MR-ın Bakıdakı Daimi Nümayəndəliyi ləğv edildi - Rəsmi qərar verildi
06.11.2026, 20:18 SİYASƏT
-
PROKUROR TƏHSİL EKSPERTİNƏ HƏBS CƏZASI İSTƏDİ
06.11.2026, 20:11 GÜNDƏM
-
İcra başçısının dayısı oğlu toyda qəfil vəfat etdi
06.11.2026, 19:51 CƏMİYYƏT
-
"Netflix"in 10 illik yubileyinə "damğa" vuran daha bir aktrisa... - FOTO
06.11.2026, 19:50 ŞOU-BİZNES
-
Cəlilabadda "Azərişıq" özbaşınalığı: 220 əvəzinə 160-170 volt, tez-tez kəsilən işıq, xarab olan məişət avadanlıqları...
06.11.2026, 19:49 CƏMİYYƏT
-
"Eşref Rüya" ilə məşhurlaşan aktrisanın geyimi gündəm oldu - FOTO
06.11.2026, 19:05 ŞOU-BİZNES
-
Adada ABŞ-ın MQ-1 PUA-sı vurulub
06.11.2026, 18:16 DÜNYA
-
Prezident və birinci xanım Qarabağda: İlham Əliyev sakinlərlə görüşdü, yeni kənd və obyektlərin açılışı oldu - VİDEO, FOTOLAR (YENİLƏNİB)
06.11.2026, 18:01 GÜNDƏM
-
ADPU Şamaxı filialındaş “Şanlı qələbəmizin və milli qürurumuzun təntənəsi” adlı tədbir keçirilib - FOTOLAR
06.11.2026, 17:55 CƏMİYYƏT
-
Kəlbəcərdəki ceyran heykəlləri: onlar niyə sahibsiz qalıb? - ŞAİR FƏRYAD EDİR
06.11.2026, 17:27 CƏMİYYƏT
-
Tərtərdə iki nəfəri öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib
06.11.2026, 17:13 KRİMİNAL
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
06.11.2026, 17:00 İQTİSADİYYAT
-
Azercell İKT sahəsində gələcəyin qadın mütəxəssislərinin inkişafına töhfə verir - FOTOLAR
06.11.2026, 16:28 CƏMİYYƏT
-
Əmlak sahəsində vətəndaşların ən çox aldadıldığı məsələ hansıdır? - İZAHAT
06.11.2026, 16:21 CƏMİYYƏT
-
Sabah Azərbaycanda güclü külək əsəcək - Daha bir xəbərdarlıq
06.11.2026, 16:12 GÜNDƏM
-
Bakıda yürüşlə bağlı bu yollarda hərəkət qismən məhdudlaşdırılacaq
06.11.2026, 16:05 CƏMİYYƏT
-
Seçkilərdə uduzan Trampdan İrana təhdid: "Tezliklə öyrənəcəksiniz"
06.11.2026, 15:58 GÜNDƏM