Türkiyə dövləti Ağdamda məktəb tikr: "Gələn il İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik"

Türkiyə dövləti Ağdamda məktəb tikr: \"Gələn il İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik\"

GÜNDƏM

Bugün, 16:20

Ağdamda 40 sinif otağından ibarət məktəb inşa olunur.

Mia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.

"Ağdamda sahəsi 14 500 kvadratmetr olan, 40 sinif otağından ibarət məktəbin tikintisinə başlamışıq", - o bildirib.

Türkiyə lideri əlavə edib ki, təhsil müəssisəsinin açılışı gələn ilə planlaşdırılır: "Gələn il İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik".

Ərdoğan Qarabağda aparılan yenidənqurma işləri ilə bağlı Azərbaycanın səylərindən də danışıb.

O, Cəbrayılda həyata keçirilən birgə layihədən də söz açıb: "Ən son Cəbrayılda Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi və Ağıllı Tingçilik qazandırmağın qürurunu yaşadıq. Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyimizin dəstəyi ilə qurulan bu mərkəz Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir nişanəsi olub".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR