Ərdoğan və xanımı böyük heyətlə Azərbaycana yola düşdü - Heyətdə kimlər var?

Ərdoğan və xanımı böyük heyətlə Azərbaycana yola düşdü - Heyətdə kimlər var?

GÜNDƏM

Bugün, 12:38

Türkiyə prezidenti Prezident Rəcəb Tayyib Ərdoğan 8 noyabrda Azərbaycanın Qələbə Gününü qeyd etmək üçün İstanbuldan Qarabağa yola düşüb.

Mia.az TRT-yə istinadla xəbər verir ki, onu həyat yoldaşı Əminə Ərdoğan müşayiət edib.

Məlumata görə, səfər zamanı Ərdoğan həmkarı İlham Əliyevlə də görüşəcək.

Görüşdə ikitərəfli münasibətlər və iki ölkə arasında əməkdaşlıq sahələri qiymətləndiriləcək.

Xatırladaq ki, Prezident Ərdoğanı Atatürk Hava Limanında vitse-prezident Cevdet Yılmaz, İstanbul valisi Davud Gül və AK Partiyanın İstanbul Vilayət sədri Abdullah Özdemir yola salıblar.

Prezident Ərdoğanı səfərdə həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Prezidentin Kommunikasiya direktoru Burhanəddin Duran, Prezidentin Xarici Siyasət və Təhlükəsizlik üzrə Baş müşaviri Akif Çağatay Kılıç, AK Partiyasının sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbəri Kürşad Zorlu və Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım müşayiət edirlər.

F.ƏHMƏD

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR