"Əziz qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevə, eləcə də cəsur və qardaş..." - "Pakistan Azərbaycanı hər zaman dəstəkləyəcək"

\"Əziz qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevə, eləcə də cəsur və qardaş...\" - \"Pakistan Azərbaycanı hər zaman dəstəkləyəcək\" 

GÜNDƏM

Bugün, 09:52

"8 Noyabr demək olar ki, üç onillikdən sonra ölkənin ərazi bütövlüyünü bərpa etməyə nail olmuş Azərbaycan xalqının cəsarətinin, qətiyyətinin və fədakarlığının tarixi sübutu olub".

Mia.az xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif "X"-də paylaşım edib.

Paylaşımda deyilir: "Zəfər Gününün altıncı ildönümündə əziz qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevə, eləcə də cəsur və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Pakistan o dövrdə Azərbaycanın yanında olmaqdan qürur duyurdu və onu hər zaman dəstəkləyəcək. Ötən il Bakıda keçirilən və Prezident İlham Əliyevlə birlikdə iştirak etmək şərəfinə nail olduğum Zəfər Günü paradı xalqlarımız arasındakı sarsılmaz dostluq tellərini əyani şəkildə nümayiş etdirib".

Baş nazir həmçinin Azərbaycana gələcək inkişaf və yeni uğurlar, Cənubi Qafqaza isə möhkəm sülh və ümumi rifaha doğru irəliləməyi arzulayıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR