ADPU Şamaxı filialındaş “Şanlı qələbəmizin və milli qürurumuzun təntənəsi” adlı tədbir keçirilib - FOTOLAR
CƏMİYYƏT
Bugün, 17:55
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş “Şanlı qələbəmizin və milli qürurumuzun təntənəsi” adlı tədbir keçirilib.
Mia.az xəbər verir ki, tədbirdən əvvəl filialın şəhid məzunları üçün yaradılmış abidə ziyarət olunub, Vətən uğrunda canından keçən qəhrəmanların əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə qonaq qismində Vətən müharibəsi şəhidi Yusif Əliyevin anası Natavan Əliyeva, şəhid Ağacan Cəbrayılovun atası Zakir Cəbrayılov, Vətən müharibəsi iştirakçıları Elməddin Eminaliyev və Etibar Qarayev iştirak ediblər.
Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Zəfər Gününə həsr edilmiş videoçarx nümayiş etdirilib.
Filialın direktoru, dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əhəmiyyətindən, Azərbaycan xalqının həmrəyliyindən, Müzəffər Ordumuzun qəhrəmanlığından və Zəfərin milli qürur tariximizdəki yerindən bəhs edib. O, bu möhtəşəm Qələbənin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, xalqımızın birliyi və ordumuzun şücaəti sayəsində əldə olunduğunu vurğulayıb. Direktor şəhidlərimizin qəhrəmanlığının heç zaman unudulmayacağını, onların əziz xatirəsinin daim ehtiramla yad ediləcəyini qeyd edərək gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinin vacibliyini diqqətə çatdırıb.
Daha sonra Sosial və xüsusi fənlər kafedrasının dosenti Sübhan Talıblı “Azərbaycan dövlətçilik və hərb tarixində 44 günlük Vətən müharibəsinin rolu” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Vətən müharibəsinin tarixi əhəmiyyəti, Azərbaycanın ərazi bütövlüyünün bərpası və qazanılmış Qələbənin dövlətçilik tariximizdəki yeri diqqətə çatdırılıb.
Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminaliyev “Zəfər Azərbaycan xalqının birlik rəmzidir” mövzusunda çıxış edib. O, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi milli həmrəyliyin və birliyin Qələbənin əldə olunmasında mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, bu tarixi Zəfər Azərbaycan xalqının iradəsinin, dövlətimizin gücünün və milli birliyimizin təntənəsidir.
Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi Çingiz Dadaşov “8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının qürur mənbəyidir” mövzusunda çıxışında Zəfər Gününün xalqımızın tarixi yaddaşında və milli qürurunda xüsusi yer tutduğunu qeyd edib. O, Azərbaycanın ərazi bütövlüyünün bərpasının dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri olduğunu diqqətə çatdırıb. Həmçinin bu Qələbənin gələcək nəsillər üçün vətənpərvərlik, milli ruh və qürur nümunəsi olduğunu bildirib.
Pedaqogika və psixologiya kafedrasının müəllimi Məlik Məlikov “Zəfərin auditoriyası: Müəllimlikdən şəhidliyə ucalanlar” mövzusunda çıxış edərək müəllimlik missiyasını Vətənə xidmət və qəhrəmanlıq nümunəsi ilə birləşdirən şəhidlərimizin həyat yolundan bəhs edib. O, müəllim adını daşıyan, eyni zamanda Vətən uğrunda canından keçən qəhrəmanların həyatının gənc nəsil üçün örnək olduğunu vurğulayıb. Şəhid müəllimlərin əziz xatirəsinin daim yaşadılmasının və onların qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib.
Tədbirdə həmçinin şəhid Yusif Əliyevin anası Natavan Əliyevaya, şəhid Ağacan Cəbrayılovun atası Zakir Cəbrayılova, Vətən müharibəsi iştirakçıları Elməddin Eminaliyevə və Etibar Qarayevə filialın rəhbərliyi tərəfindən təşəkkürnamələr təqdim olunub. Qonaqlara tədbirdə iştiraklarına və Vətənimizin qəhrəmanlıq tarixinin yaşadılmasına verdikləri töhfəyə görə minnətdarlıq bildirilib.
Tədbirin bədii hissəsi Zəfər Gününün ruhuna uyğun hazırlanmış şeir, musiqi və rəqs nümunələri ilə davam etdirilib.
İlk olaraq Tarix və coğrafiya müəllimliyi ixtisasının I tədris ili tələbəsi Ruhiya Şərifova Rahil Məmmədin müəllifi olduğu “Bu gün” şeirini səsləndirib. Şeir Vətən sevgisini, Zəfər sevincini və milli qürur hissini özündə əks etdirib.
Daha sonra Nazrin Nəcəfovanın pianoda, Ramiz Həsənlinin tarda müşayiəti ilə “Ay Laçın” mahnısı ifa olunub. Musiqi nömrəsi tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.
Məktəbəqədər təhsil ixtisasının I tədris ili tələbəsi Sabinə Qarayevə Mahirə Nağıqızının müəllifi olduğu “Xoş görmüşük” şeirini təqdim edib. İfa zamanı milli-mənəvi dəyərlərimizə və doğma yurda bağlılıq hissləri ifadə olunub.
Təhsildə sosial-psixoloji xidmət ixtisasının I tədris ili tələbəsi Hüsniyyə Hüseynova Solmaz Namazın müəllifi olduğu “Sən indi azadsan, azadsan vətən!” şeirini səsləndirib. Şeir Azərbaycanın azadlığına, ərazi bütövlüyünün bərpasına və Zəfər sevincinə həsr olunub.
Bədii hissədə İbtidai sinif müəllimliyi ixtisasının IV tədris ili tələbəsi Aişə Əvəzli və Məktəbəqədər təhsil ixtisasının II tədris ili tələbəsi Ağadostu Allahyarova tərəfindən “Uzundərə” rəqsi təqdim edilib. Milli rəqs nümunəsi tədbirə xüsusi rəng qatıb.
Tədbirin sonunda Tarix müəllimliyi ixtisasının III tədris ili tələbəsi Nihat Hümbətli tələbələr adından yekun çıxış edərək “Zəfər tələbə gənclərin gözü ilə” mövzusunda fikirlərini bölüşüb. O, Zəfər tarixinin gənc nəslin yaddaşında yaşadılmasının, qəhrəmanlıq salnaməmizin gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Cəlilabadda "Azərişıq" özbaşınalığı: 220 əvəzinə 160-170 volt, tez-tez kəsilən işıq, xarab olan məşət avadanlıqları...
Bugün, 19:49 CƏMİYYƏT
-
"Eşref Rüya" ilə məşhurlaşan aktrisanın geyimi gündəm oldu - FOTO
Bugün, 19:05 ŞOU-BİZNES
-
Adada ABŞ-ın MQ-1 PUA-sı vurulub
Bugün, 18:16 DÜNYA
-
Prezident və birinci xanım Qarabağda: İlham Əliyev sakinlərlə görüşdü, yeni kənd və obyektlərin açılışı oldu - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Bugün, 18:01 GÜNDƏM
-
ADPU Şamaxı filialındaş “Şanlı qələbəmizin və milli qürurumuzun təntənəsi” adlı tədbir keçirilib - FOTOLAR
Bugün, 17:55 CƏMİYYƏT
-
Kəlbəcərdəki ceyran heykəlləri: onlar niyə sahibsiz qalıb? - ŞAİR FƏRYAD EDİR
Bugün, 17:27 CƏMİYYƏT
-
Tərtərdə iki nəfəri öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib
Bugün, 17:13 KRİMİNAL
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Azercell İKT sahəsində gələcəyin qadın mütəxəssislərinin inkişafına töhfə verir - FOTOLAR
Bugün, 16:28 CƏMİYYƏT
-
Əmlak sahəsində vətəndaşların ən çox aldadıldığı məsələ hansıdır? - İZAHAT
Bugün, 16:21 CƏMİYYƏT
-
Sabah Azərbaycanda güclü külək əsəcək - Daha bir xəbərdarlıq
Bugün, 16:12 GÜNDƏM
-
Bakıda yürüşlə bağlı bu yollarda hərəkət qismən məhdudlaşdırılacaq
Bugün, 16:05 CƏMİYYƏT
-
Seçkilərdə uduzan Trampdan İrana təhdid: "Tezliklə öyrənəcəksiniz"
Bugün, 15:58 GÜNDƏM
-
Sergen Yalçın onları yığmaya çaırdı - Kərəm və İrfana qapı göstərildi + SİYAHI
Bugün, 15:53 İDMAN
-
Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq?
Bugün, 15:24 CƏMİYYƏT
-
Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək - Xəbərdarlıq
Bugün, 15:14 GÜNDƏM
-
Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə müzakirə aparıb
Bugün, 15:01 SİYASƏT
-
Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu
Bugün, 14:21 GÜNDƏM
-
Nihat Kahveci canlı yayımda əsəbləşdi: "Boğaram səni..."
Bugün, 14:03 İDMAN
-
Nazir müavnindən dərmanlarla bağlı açıqlama: "Nazirliyi qərarı ilə qeydiyyatdan keçmədən..."
Bugün, 13:45 CƏMİYYƏT
-
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı -Baş Prokurorluq və DİN açıqlama yaydı
Bugün, 13:29 KRİMİNAL
-
DRONLARIN QƏNİMİNƏ ÇEVRİLƏN TÜRKİYƏNİN YENİ SİLAHI: onun hansı imkanları var? - VİDEO
Bugün, 13:09 GÜNDƏM
-
"Netflix"in 10 illik yubileyi: türk aktrisa işəri buraxılmadı - FOTO
Bugün, 13:01 MƏDƏNİYYƏT
-
Gürcüstandaə iki azərbaycanlı qardaş öldürülüb
Bugün, 12:53 KRİMİNAL
-
Sabah yağış yağacaq
Bugün, 12:29 CƏMİYYƏT
-
22 % vergi, oyunçuların isə... - Lotereya və mərc operatorları ilə bağlı dəyşiklik (YENİLƏNİB)
Bugün, 12:17 İQTİSADİYYAT
-
TAKSİ SÜRÜCÜLƏRİ VERGİYƏ NECƏ CƏLB OLUNACAQ? - İZAHAT (YENİLƏNİB)
Bugün, 12:14 İQTİSADİYYAT
-
Emin Mahmudov millidəki karyerasını "nöqtələyir"
Bugün, 12:05 İDMAN
-
İstanbulda kirayə dələduzluğu: bu dəfə İkardiyə 8 milyon "yükləmək" istədilər, lakin... - FOTOLAR
Bugün, 11:47 İDMAN
-
Bakıda Zəfər günü hərbçilərin yürüşü keçiriləcək - MN açıqlama yaydı
Bugün, 11:40 CƏMİYYƏT
-
Gürcüstandakı soydaşlarımızın diqqətinə: 90 günlük müvəqqəti qeydiyyat qaydası dəyişir, rüsum planı var
Bugün, 11:32 GÜNDƏM
-
"Həkim təyinatı olmadan uşaqlara dərman vasitələri verməyin"
Bugün, 11:18 CƏMİYYƏT
-
Seçkini uduzan və ABŞ-a qaçan müxalifət lideri: "Bu sirri məzarıma aparacağam"
Bugün, 11:18 DÜNYA
-
Vincenzo Italiano: "3 xalı zibilliyə atdıq, çox əsəbiyəm"
Bugün, 11:06 İDMAN