İordan çayının qərb sahilində həbslər var

img

09-12-2024 [12:08]


İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində əməliyyat davam edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail ordusu başda Cenin və Hebron olmaqla işğal altındakı bir çox şəhərlərə basqınlar həyata keçirib.

Məlumata görə, Hebronun müxtəlif yerlərində keçirilən reydlərdə xeyli insan saxlanılıb: "Basqınlar zamanı fələstinlilərin evləri dağıdılıb. Üstəlik, saxlanılan şəxslər və onların ailələri döyülüb, təhdid olunublar. Cenin şəhərinin Yabed qəsəbəsində isə evlərə basqınlar zamanı azı 22 nəfər saxlanılıb".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR