JURNALISTIN JURNALISTDƏN BAŞQA “DOST”U YOXDUR... (“Mənim dərdlərim” silsiləsindən)
10-05-2024 [10:47]
Qalib ARİF
***
Yaddaşımın Kəbəsindən asılan “Qara daş” kimidir bu xatirələr. Hər zaman unutmaq istəyirəm, amma heç zaman unuda bilmirəm.
2017-ci il, sentyabrın 7-si... Arif müəllim həmişə deyərdi ki, 7 rəqəmi bizə, bizim nəsilə düşür...
Həmin gün də ayın 7-si, cümə axşamı idi. İndi dumanlı xatırlayıram, deyəsən saat 5 idi, 5-10 dəqiqə ora-bura da ola bilərdi. Mən qəzetin axırıncı səhifəsinə qol çəkdim və mətbəəyə göndərdim. Ağır iş həftəsinin sona çatdığını ləzzətlə xatırlayıb (bizim qəzet həftəlik olsa da, kollektiv kiçik idi, hərəmiz iki nəfərin yerinə işləyirdik), iştahla məlum saytların birini açdım...
Mənim işim belə idi, mətbuat katibi, qəzet redaktoru idim, hər saatdan bir saytları açırdım, varaqlayırdım, bizdən, ölkədən yazılanlara baxırdım, son xəbərləri arayırdım. İşimin çəmini tapmışdım, onlarla sayta baxmağa vaxtım olmasa da, 3-4 “xəbər oğrusu” var, onlara baxırdım. Bunlar da işin səmtini tapmışdılar, uzağı, yaxını gəzib, xəbər axtarmırdılar, eləcə Azərbaycanın internet məkanında “qarğa-quzğun” kimi dövrə vururdular, harda 3 “S”-dən birini tapsalar, istər sensasiya olsun, istər skandal, istərsə də seks - fərqi yoxdur, dərhal üstünə “qonur”, yoxlamamış, dəqiqləşdirməmiş sayta qoyurdular. Adları da ki, göz dəyməsin, göydə Allahın yerdə dağların adını daşıyırdı. Bunlar peşəkarlıqdan, jurnalistikadan nə qədər uzaq olsalar da, mənim işimə bir o qədər yarayırdılar. Vaxt itirmirdim, 5-10 dəqiqədə şəhərdə, ölkədə nə baş verdiyini bilirdim.
Nə isə, həmin gün saat 5-də mən qəzetin işini yekunlaşdırdım və “quzğun” saytlardan birini, deyəsən, dağ adı daşıyanı açdım. Diqqətimi cəlb edən ilk xəbər “Səlyan şosesində ağır yol qəzası” oldu. Əvvəla, mən özüm Səlyan şosesində, Azərbaycan Prezidentinin jurnalistlərə hədiyyə etdiyi binada yaşayıram. Sonra, bu, mənim işimlə birbaşa bağlı xəbər idi, dərhal tıkladım. Xəbərin mahiyyəti təxminən belə idi: “Səlyan şosesində bir neçə maşının iştirakı ilə ağır yol qəzası baş verib. “Subaru” markalı avtomobil qabaqda qəfil saxlayan “Prado”markalı avtomobilə çırpılıb, əks yola çıxıb və qarşıdan sürətlə gələn “Opel” markalı avtomobillə toqquşub. Nəticədə 2 nəfər ölüb, 2 nəfər yaralanıb. İlkin məlumatlara görə, ölənlərdən biri jurnalist Qalib Arifin oğlu Arifdir”...
Burdan o yana oxuya bilmirəm, kövrəlirəm, bu Qalib Arif kimdirsə, özümü onun yerində hiss edirəm, onun dərdini çəkirəm.
Bilənlər bilir (bilməyənlər də bilənlərdən soruşsun), mən 30 ildən çoxdur ki, peşəkar jurnalistəm, yazıçıyam, çörəyim qələmdən çıxır. Odur ki, hər bir qələmdaşımın sevincini öz cevincim, dərdini öz dərdim bilirəm. Qərəz, birinci dəqiqədə mən Allahın qəzəbinə gəlmiş, oğlunu itirmiş qələmdaşımın halına acıyıram, ağlayıram. İkinci dəqiqədə hiss edirəm ki, mən bu bədbəxt insanı tanıyıram.
Yalnız 3-cü dəqiqədə mənə çatır ki, Qalib Arif - oğlunu itirən bədbəxt mən özüməm. Bununla da hər şey bitir – gözlərim qaralır, başım fırlanır, yıxılmamaq ücün (oturan yerdə bu, sadəcə olaraq mümkün deyil) kreslonun dəstəklərindən bərk-bərk tuturam. Ayaqlarım, sonra əllərim boşalır, ürəyim hardasa qulaqlarımın dibində vurmağa başlayır. Ayağa durmaq, qışqırmaq, bağırmaq, bütün dünyanı köməyə çağırmaq istəyirəm. Dura bilmirəm, ağzımı aça bilmirəm, hətta səs tellərim mənə xidmət etməkdən imtina edir. Beləcə, yarı diri, yarı ölü, uzun müddət ölümlə həyat arasında - bitərəf zonada qalıram. Bu uzun müddət 10 dəqiqə də ola bilər, 10 il də. Bilmirəm. Bəlkə mən də ölmüşəm, onu da bilmirəm... Amma bu müddətdə çal saçlarım daha da ağarır, başımda bir qara tük qalmır...
Yox, yox, deyəsən ölməmişəm – Allah, mən nə dizibərk adamam, hələ sağam. Ürəyim qulaqlarımda baraban çalır, arada hətta sinəmdən çıxmağa çalışır, sinəmə sıxdığım əlimə dəyib geri qayıdır. Elə bu zaman əl telefonum zəng çalmağa başlayır. İşin tərsliyindən səsi də ucadandır, hətta ürəyimin səsini batırır. Telefon sol tərəfdədir, istəyirəm əlimi uzadım, telefonu alıb divara çırpım. Sol əlim sinəmdədir, qaldıra bilmirəm, sağ əlimi qaldırmağa, sola fırlanmağa isə heyim çatmır.
Zəng sahibi isə israrlıdır, bir də, bir də zəng çalır. “Adamı adam kimi ölməyə də qoymurlar” fikirləşirəm. “Bəlkə evdəndir, (anamın 80 yaşı var) bizimkilərdir?” – dəhşətə gəlirəm. “Bəlkə jurnalistlərdir, xəbəri dəqiqləşdirmək istəyirlər?” – dəhşətə gəlirəm, göz yaşlarımı saxlaya bilmirəm.
“Bəlkə dostlardır, həmkarlardır, dərdimə şərik olmaq istəyirlər?” Bu fikir məni bir az sakitləşdirir, bir az özümə gəlirəm. “Möhkəm ol, kişi, kişinin başına iş gələr, hamımız Allahın altında yaşayırıq. Sənin oğlun Qarabağda ölən oğlanlardan artıq deyi ki?!”
Cətinliklə olsa da col tərəfə çevrilirəm (sol əlim qalxmır), sağ əlimlə telefonu götürürəm, cavab verirəm. Allahu Əkbər... Telefondan oğlumun səsi gəlir: “Ata, mən “avariya” eləmişəm... Maşının yarısı yoxdur...”
Mən təbiətcə inanclı insanam, amma mövhumatçılıqdan uzağam, Allahdan başqa heç kimə və heç nəyə inanmıram. Amma birdən-birə qatı bir mövhumatçıya çevrilirəm, “yəqin səsi o dünyadan gəlir” düşünürəm. Elə bu düşüncə ilə də cavab verirəm: “Bilirəm, can oğul, bilirəm, bütün mətbuat yazır...” Yenidən göz yaşlarıma hakim kəsilə bilmirəm...
Oğlum gərginliyi barometr kimi hiss edir və dərhal cavab verir: “Ata, bilmirəm mətbuat nə yazır, sən nə hiss edirsən, amma mən bir az əzilsəm də, salamatam, evimizin yanındayam, Səlyan yolundayam. Yaralıları maşından çıxarmağa kömək edirəm, bütün qanın içindəyəm...”.
ən dərhal ayağa qalxıb otaqdan çıxıram, həyətə yüyürürəm. Maşına necə mindiyimi, hadisə yerinə necə gəldiyimi bilmirəm... Yolda oğlum bir də zəng edir: “Ata, “Fövqəladə”, polis - hamısı burdadır. Deyəsən, bir nəfər ölən də var, özüm nəbzini tutmuşam.” Burda oğlumun səsi qırılır, hıçqırır...
Başılovlu hadisə yerinə çatıram, evimizdən yüzcə metr aralıdır. Təcili yardım maşınları artıq gedib, polis maşınları gözləyir. Oğlum məni görən kimi üstümə gəlir, kövrəlir. Əyilir (hündürdür), boynumu qucaqlayır, “ata, bağışla məni, bağışla” deyir. Bir müddət belə qalırıq, bir-birimizin iyini alırıq, sonra aralanırıq. Gözlərimi üzündən ayıra bilmirəm,“İlahi, sağdır, balam sağdır!” deyirəm, Allahın böyüklüyınə, mərhəmətinə şükr edirəm. Oğlumun əlləri dirsəyə kimi qandır. Diqqətlə baxıram, köynəyi, şalvarı qara olduğundan qan görünmür. Günahkar kimi danışır: “Atilla (dostudur – Q.A) yaralı idi, onu çıxarmışam, “təcili yardıma” mindirmişəm. O biri maşındakı öləni, yaralıları çıxarmağa kömək etmişəm. Tamam qanın içindəyəm...”
Yenidən məni qucaqlayır, ağlayır. “İlahi, onun 19 yaşı var, tələbədir” fikirləşirəm, “haran ağrıyır, bala, özünü necə hiss edirsən?” soruşuram. “Hər yerim ağrıyır, ata, ürəyim də bulanır” cavabını eşidirəm. Göz yaşlarımı saxlaya bilmirəm, oğlum görməsin deyə üzümü o yana çevirirəm. Bizim qəzada “həlak olmuş” maşınımız da gedir, artıq evakuatorun üstündədir. Mənə və ailəmizə 10 ildən artıq sədaqətlə qulluq edən köhnə maşınımız bu gün bizə ən böyük xidmətini göstərib – oğlumun və dostunun həyatını xilas edib. Oğlum mənimlə, azadlıqla xudafizləşir, polis maşınına minir. Onun arxasınca həsrətlə baxıram... Yenidən gözlərim yaşarır...
Sonrakı günlər ağır və əzablı keçir. Yaxınların uzaqlığı, uzaqların yaxınlığı, inandıqlarımın alçaqlığı...
Mən bu bir həftədə kimin kim olduğunu öyrənirəm, mənə, ailəmizə dəstək olan doğmalarımızın, dostlarımızın qədrini bilirəm. Bu günlədə mən, demək olar ki, heç nə yemirəm, ancaq araq içirəm və çəki itirirəm. Mənə ən böyük zərbəni isə ən çox sevdiyim, bütün həyatımı həsr etdiyim mətbuat vurur. Oğlumun ölüm xəbərini yaydıqları, mənə, bütün ailəmizə ağır yara vurduqları bəs deyilmiş kimi, indi də “məmur oğlu ağır qəza törətdi”, “daha bir yüksək səviyyəli məmurun oğlu insan ölümünə səbəb oldu” kimi yalanlar yayır. Oğlum dostu ilə “20-ci sahə” dairəsinə çörək almağa gedib, bunlar isə “dostları ilə əyləncə mərkəzindən gəlir” yazırlar... Allah mərdiməzara lənət eləsin...
Haqdan xəbərsiz olan məlum rusdilli sayt isə “yüksək səviyyəli məmurun oğlu insan ölümünə səbəb oldu” xəbərini düz bir həftə manşetdə saxlayır. (Yeri gəlmişkən, qəzada zərərçəkmişlər bu xəbərləri eşitdilər və faciəni alver predmetinə çevirdilər. Rus reketi kimi hərəsi məndən 100 min istədilər... Jurnalistin pulu hardandır, verə bilmədim, yüz yerə şikayət etdilər... Artıq neçə ildir, ailəmiz evdə çürüyür, oğlumuz türmədə...)
Daha dözə bilmirəm, axı, mən dərdimi kimə deyim?! Mən demirəm ki, oğlum cinayət törətməyib, deyirəm ki, qəsdən törətməyib, bu, 3-4 maşının iştirakı ilə baş verən təsadüfi bir qəzadır. Kimdir məni eşidən, kömək edən? -Axı, mən nəinki yüksək, heç aşağı səviyyəli məmur da deyiləm, adi jurnalistəm. Həftədə bir dəfə çıxan kiçik bir sahə qəzetinin redaktoruyam (idim...). Aylıq 500 manatlıq maaşa baxan, tələbə övladlarıma gündəlik 2-3 manat verməyə ancaq gücü çatan sadə bir insanam. Mənim oğlum BDU-nun jurnalistika fakultəsinin tələbəsidir (idi...) və əyləncə mərkəzlərini yalnız televizorda görüb. Ailəliklə 10 illik kreditlə, qəpiyi qəpiyə calayıb aldığımız köhnə bir maşınımız vardı, o da belə getdi.
Ailəmizdə və küçəmizdə baş verən, mənim bütün həyatımı alt-üst edən (hələ bunlar nədir ki, hələ məni işdən çıxardılar və bir tikə çörəyə möhtac qoydular) dəhşətli qəzadan sonra ilk dəfə özümü ələ alıram və oğlumun ölüm xəbərini yayan “qarğa-quzğun” saytların hərəsinə bir məktub yazıram: “Mən artıq əllinin keçmişəm, ömrümün yarıdan çoxunu mətbuata həsr etmişəm, minlərlə ictimai-siyasi, yüzlərlə bədii yazının müəllifiyəm. Sözümün canı odur ki, mən də sizin kimi jurnalistəm, çörəyim qələmdən çıxır. Axı, mən sizə nə pislik etmişəm ki, mənim oğlumun ölüm xəbərini yoxlamamış, dəqiqləşdirməmiş, belə bəh-bəhlə verirsiz?! Düşünmürsüz ki, mənim oğlumun atası, anası var, üç bacısı var, onlar bu xəbəri oxuyanda nə günə düşəcəkər? Mənim anamın 80 yaşı var, 50 ildən çox Axundov kitabxanasında işləyib, bütün ömrünü sizin kimi jurnalistlərin, müəllimlərin, həkimlərin yetişdirilməsinə həsr edib. Bu qoca nənə sizə nə pislik edib ki, yalandan nəvəsinin ölüm xəbərini yayırsız?! Axı, o, bu xəbəri eşitsəydi, dərhal ölərdi...
Axı, biz sizinlə yoldaşıq, qələmdaşıq, bir-birimizə arxa olmalıyıq...
Axı, jurnalistin jurnalistdən başqa dostu yoxdur...”
MİA.AZ
"Kimə oxşayacaqsınız ki?" - Röya "Mən yaşaya bilən qızam” deyir
“Bolmart”la Agentlik arasında qalmaqal yaranıb
Bakıda külək binanın fasadını sökdü - VİDEO
Qazsız bayram, süni intellekt əsaslı çökən sistem və ötürülən məsuliyyət... - Osman GÜNDÜZ YAZIR
"Ciddi işlər aparılır" - “Azəriqaz”dan bəzi qaz sayğaclarına pul yüklənməsində yaranan problemə reaksiyalar (YENİLƏNİB)
ADNAN ƏLİZADƏNİN NƏ QƏDƏR SƏRVƏTİ VAR? - Şok rəqəm açıqlandı
Aparıcı Nailə Əkbərova vəfat edib
Hikmət Hacıyev: "Biz sülhü təkcə Ermənistan hökuməti ilə deyil, həm də Ermənistan xalqı ilə qururuq"
"Xəbər bizi olduqca kədərləndirdi" - İlham Əliyev
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda administrator gecə klubunun qarşısında öldürülüb
"turbo.az”, "tap.az”, topaz-ın sahibi ən varlı adam oldu
DEPUTATIN ŞİRKƏTİ MÜĞƏNNİYƏ ƏMLAK PEŞKƏŞ EDİB? - Müğənni silinən xəbərlərə təsdiqləyici cavab verdi, şirkət isə...(VİDEO) - Yenilənib
"O, məndən yaxşıca istifadə etdi, onun şəxsi həyatına kim qadağa qoyubsa..." - Meyxanaçı Pərviz Türkandan danışdı
Qaz kartlarına niyə pul vurmaq olmur? - Açıqlama
"Təkcə bir yaxşı əməl belə hər tərəfə kök salır və..." - Mehriban Əliyeva İlham Əliyevlı birgə fotosunu paylaşdı, mesaj verdi
Sabah Bakıda və Abşeronda yağıntı intensivləşəcək - Xəbərdarlıq
Bakıya sulu qar, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
80 yaşlı Misir Mərdanov: "Nə isə görüləsi işlər çoxdur, təki Allah can sağlığı versin!"
Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşdi
Azərbaycan nefti çox cüzi bahalaşıb
PEZİDENT XALQA MÜRACİƏT ETDİ - TAM MƏTN + VİDEO
Hava ilə bağlı xəbərdarlıq edildi
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam