Fransa müstəmləkəsinə "yox" deyən ölkənin yeni lideri bir ilkə imza atdı

Fransa müstəmləkəsinə \"yox\" deyən ölkənin yeni lideri bir ilkə imza atdı

DÜNYA

29.09.2026, 23:06

Fransa ilə "müstəmləkə əlaqələri"ni kəsərək Qərb müstəmləkəçiliyinə müharibə elan edən Burkina Faso lideri ilk milli qızıl emalı zavodunun açılışını edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 19 milyon dollar dəyərində qiymətləndirilən ilk milli  zavodun açılışnda çıxış edən Prezident İbrahim Traore xalqa ümidverici mesjlar verib.

O bildirib ki, bundan sonra xalqın sərvətləri xalqa çatacaq və ölkənin heç bir xammalı kənara daşınmaacaq: "Biz artıq çıxardığımız qızılımızı xammal şəkildə ucuz qiymətə Avropaya verməyəcəyik. Bunları öz ərazilərində emal edərək daha baha qiymətə tələb edən ölkələrə satacağıq".

Xatırladaq ki, Fransa ilə diplomatik əlaqələrini kəsən hərbçi İbrahim Traorenin rəhbərlik etdiyi müvəqqəti administrasiya dövründə Burkina Faso zavodun illik gücünü gücünü 515 tona çatdırmağı və zavodu bütün Qərbi Afrika bölgəsinə xidmət edən emal mərkəzinə çevirməyi hədəfləyir.

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR