Tələbələri şantaj edən Qarabağ Universitetinin müəllimidir? - Açıqlama (YENİLƏNİB)

Tələbələri şantaj edən Qarabağ Universitetinin müəllimidir? - Açıqlama (YENİLƏNİB)

CƏMİYYƏT

Bugün, 12:24

Qarabağ Universitetində idman müəllimi işlədiyi iddia olunan Faiq Məmmədovun dələduzluğa görə cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı məlumat yayılıb.

Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Faiq Məmmədov Qarabağ Universitetində heç vaxt çalışmayıb və universitetlə hər hansı əməkdaşlığı olmayıb.

Hədə-qorxu ilə tələb etmə və əxlaqsız hərəkətlərdə ittiham olunan 33 yaşlı şəxsin 11 il müddətinə azadlıqdan məhrum edildiyi bildirilir(pravda.az)

***

Qarabağ Universitetində idman müəllimi işləmiş Faiq Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.

Mia.az Xitab24.az-a istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü təqsirləndirilən şəxs dələduzluqda, hədə-qorxu ilə tələb etmədə və əxlaqsız hərəkətlərdə ittiham olunub.

Onun bu davranışından iki tələbə zərər çəkib.

Tələbələrin şikayətində sonra F.Məmmədov barəsində araşdırma aparılıb, o, saxlanılaraq istintaqa təhvil verilib. Təqsirləndirilən şəxsin törətdiyi əməllər sübuta yetirilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, F.Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, F.Məmmədov hadisədən sonra Qarabağ Universitetindəki işindən xaric edilib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR