Məcburi köçkünlər üzrə elektron baza yenilənəcək
GÜNDƏM
Bugün, 16:56
Məcburi köçkünlərin elektron bazasındakı məlumatlar yenilənəcək.
Mia.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yerli bölmə və nümayəndəliklərinin iştirakı ilə keçirdiyi Regional idarəetmə və status şöbəsinin 2026-cı ilin III rübünün yekunlarına həsr olunmuş iclasda danışılıb.
Bildirilib ki, tədbirdə qurumun yerli bölmə və nümayəndəliklərinin rəhbərlərinə işin səmərəli qurulması, fəaliyyətin günün tələblərinə uygun təşkili istiqamətində zəruri tələb və tövsiyələr çatdırılıb. Mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılmasının vacibliyi vurğulanıb, məcburi köçkünlərin elektron bazasındakı məlumatların tam dəqiqləşdirilərək yenilənməsi tapşırılıb.
İclasda Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, keçmiş məcburi köçkünlər arasında yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışla bağlı məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin mütəmadi davam etdirilməsinə dair göstəriş verilib.
Bu çərçivədə işğaldan azad olunmuş ərazilərdə dövlət tərəfindən həyata keçirilən müasir infrastruktur layihələri, Böyük Qayıdışın mərhələləri, məskunlaşma qrafiki və növbəlilik prinsipləri barədə sakinlərə dövri və rəsmi məlumatların mütəmadi olaraq çatdırılması üçün müvafiq materialların hazırlanması tapşırılıb.
Həmçinin diqqətə çatdırılıb ki, Dövlət Komitəsi yaradılmış elektron sistem vasitəsilə keçmiş məcburi köçkünlər arasında mütəmadi sorğular keçirir. İşğaldan azad olunmuş ərazilərə qayıtmaq istəyən şəxslərin ailə tərkibi, sağlamlıq vəziyyəti və peşə ixtisasları rəsmi qaydada qeydiyyata alınır. Bu məlumatlar azad edilmiş ərazilərdə tikiləcək mənzillərin sayının, məktəblərin və iş yerlərinin profilinin müəyyənləşdirilməsində mühüm rol oynayır.
Görüşdə məskunlaşma prosesinin və evlərin püşkatma yolu ilə paylanmasının rəsmi qurumların, media nümayəndələrinin və köçkün icmalarının iştirakı ilə tam şəffaf şəkildə icra edildiyi, Qarabağ və Şərqi Zəngəzura köçürülmə, sakinlərin və onların əmlakının təhlükəsiz daşınması və yerləşdirilməsinin dövlət vəsaiti hesabına həyata keçirildiyi vurğulanıb. Yerli struktur rəhbərlərinə vətəndaşların sosial şəbəkələrdə yayılan qərəzli və dəqiqləşdirilməmiş məlumatlardan uzaq durmaları üçün müvafiq maarifləndirmə işlərinin aparılması tapşırılıb.
İclas zamanı yerlərdə mövcud olan problemlər dinlənilib, onların həlli yolları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonda yerli bölmə rəhbərlərinə məcburi köçkünlərlə iş sahəsində qanunvericilikdə edilən yeniliklər barədə müraciət edən hər bir vətəndaşa ətraflı məlumatın verilməsi, ağır şəraitdə yaşayan məcburi köçkünlər haqqında məlumatların dəqiqliklə araşdırılaraq Komitəyə təqdim edilməsi və müraciətlərə baxılarkən qanunvericiliyin tələblərinin gözlənilməsi bir daha diqqətə çatdırılıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
“Azəriqaz”da şöbə müdiri təyinatı oldui
Bugün, 18:21 CƏMİYYƏT
-
“Açığı, gəzə bilmirəm...” - Abid Şərifov
Bugün, 18:08 CƏMİYYƏT
-
Nargin: Saralmış Kədər - Qarabağ - Türk dünyasının ZƏFƏR yaddaşı
Bugün, 17:56 MƏDƏNİYYƏT
-
Bakıda 6 mənzil, rayonda şadlıq evi, villa və mağazalar... - Vəzifədən azad edilən məmur bu qədər sərvətə necə sahiblənib?
Bugün, 17:39 CƏMİYYƏT
-
Kamran Əliyev Rusiyanın Ali Məhkəməsinin sədrini təltif etdi - FOTO
Bugün, 17:17 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Məcburi köçkünlər üzrə elektron baza yenilənəcək
Bugün, 16:56 GÜNDƏM
-
Əli Həsənovun qızı Dubayda biznes qurub - FOTOLAR
Bugün, 16:56 SİYASƏT
-
“Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı - FOTOLAR
Bugün, 16:44 İQTİSADİYYAT
-
Yeni icra başçısı kollektivə təqdim olundu - FOTOLAR
Bugün, 16:40 GÜNDƏM
-
Xalq artistinin səhhəti haqqında açıqlama: "Həkimlərin nəzarətindədir"
Bugün, 16:18 CƏMİYYƏT
-
637 min manatlıq mübahisəli iş üzrə məhkəmə davam edir
Bugün, 16:10 KRİMİNAL
-
Lənkəranda zəlzələ olub
Bugün, 15:59 GÜNDƏM
-
Torpaq sahəsinin koordinatlarının naturada tanıdılması xidməti elektronlaşdırılıb
Bugün, 15:56 İQTİSADİYYAT
-
Oktaybar ayında hava necə olacaq? - AYLIQ PROQNOZ
Bugün, 15:35 CƏMİYYƏT
-
Xətainin abidəsinin postamenti üzərindəki yazı... - Araşdırma başlayıb + FOTOLAR
Bugün, 15:20 MƏDƏNİYYƏT
-
NATO-dan bəyanat: "Rusiyaya qarşı gücümüz var"
Bugün, 15:08 GÜNDƏM
-
90-ların müğənnisi illərə meydan oxuyur - FOTOLAR
Bugün, 14:57 ŞOU-BİZNES
-
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirəcək - Bu tarixdə
Bugün, 14:39 CƏMİYYƏT
-
Daha bir rayonun statistika idarəsinin rəisi işdən çıxarılıb
Bugün, 14:29 CƏMİYYƏT
-
Qubad İbadoğlu Azərbaycandan getdi
Bugün, 14:28 SİYASƏT
-
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Bugün, 14:21 GÜNDƏM
-
Misli Premyer Liqası: VIII turun oyun cədvəli açıqlandı
Bugün, 14:09 İDMAN
-
"Azəriqaz"ın gizlinləri: əhalinin adına yazılan borclar, kadr, sayğac və "Təmizqaz" siyasəti... - "Əvvəlki rəhbərliyin dövrlərində cüzi itkiyə görə..." (MÜSAHİBƏ)
Bugün, 14:03 İQTİSADİYYAT
-
Jurnalist Əvəz Zeynallı dəfn olundu (Yenilənib)
Bugün, 13:55 PRESS
-
"Roşka” ləqəbli tiktokerə 5 il cəza istənilib
Bugün, 13:24 PRESS
-
Aİ Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək
Bugün, 13:20 SİYASƏT
-
İki ölkə arasında 74 günlük müharibə təkrarlanacaq? - Britaniya yenə hədələndi, ölkəyə vaxt verildi
Bugün, 12:56 DÜNYA
-
Sabah rayonlara yağış yağacaq
Bugün, 12:39 CƏMİYYƏT
-
Nurgül Yeşilçay serial üçün nələ etməyib? - FOTOLAR
Bugün, 12:37 MƏDƏNİYYƏT
-
Tələbələri şantaj edən Qarabağ Universitetinin müəllimidir? - Açıqlama (YENİLƏNİB)
Bugün, 12:24 CƏMİYYƏT
-
İqtisadçı-ekspert Pərviz Heydərov vəfat edib
Bugün, 12:22 CƏMİYYƏT
-
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim edib - FOTOLAR
Bugün, 12:13 GÜNDƏM
-
Hava limanında sərnişindən dəyəri 4 milyon manatdan çox brilyant aşkarlanıb
Bugün, 12:00 KRİMİNAL