Bakıda 6 mənzil, rayonda şadlıq evi, villa və mağazalar... - Vəzifədən azad edilən məmurun 12 illik fəaliyyəti yoxlanılır (YENİLƏNİB)

Bakıda 6 mənzil, rayonda şadlıq evi, villa və mağazalar... - Vəzifədən azad edilən məmurun 12 illik fəaliyyəti yoxlanılır (YENİLƏNİB)

CƏMİYYƏT

04.10.2026, 12:03

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyində maliyyə yoxlaması aparılır.

Mia.az Unikal-a istinadən xəbər verir ki, qurumun 12 illik dövrü yoxlanılır.

Belə ki, sözügedən yoxlama Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun da vəzifədə olduğu dövrü əhatə edir.

Qeyd edək ki, sentyabrın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sərəncamı ilə Bəxtiyar Əsgərov daimi nümayəndəliyin rəhbəri vəzifəsindən azad edilib.

O, Naxçıvan MR-in Bakı şəhərində daimi nümayəndəliyinə 2014-cü ilin fevralından 2026-cı ilin sentyabr ayına qədər rəhbərlik edib. Onun Vasif Talıbovun yaxın adamlarından biri olduğu barədə məlumatlar yayılıb.

***

Senyatbrın 28-də Bəxtiyar Əsgərov ötən gün Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib.

Mia.az "Unikal"-a istinadla işdən çıxarılan Bəxtiyar Əsgərovun əmlaklarının siyahısını təqdim edir:

- Nərimanov rayonunda yeni tikili binalarda 3 mənzil;

- Memar Əcəmi metrosunun yaxınlığındakı yeni tikili binalarda 3 mənzil;

- Oğuz şəhərində yerləşən "Tansu" şadlıq sarayı;

- Oğuzda yerləşən villa;

- Oğuzda obyektlər və mağazalar;

Qeyd edək ki, Bəxtiyar Əsgərova məxsus olan "Tansu" şadlıq sarayında 2019-cu ildə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən monitorinq keçirilib. Şadlıq sarayında ciddi nöqsanlar aşkarlanıb və fəaliyyəti məhdudlaşdırılıb. Həmin zaman rəsmi sənədlərdə şadlıq sarayının sahibi qismində Aydınov Azər Mehrab oğlu göstərilib. O, Bəxtiyar Əsgərovun bacanağıdır.

Xatırladaq ki, Bəxtiyar Əsgərov ötən gün azad edildiyi vəzifəyə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbov tərəfindən təyin edilmişdi. Onun Vasif Talıbovun yaxın adamlarından biri olduğu barədə məlumatlar yayılıb.

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR